Previous Next
Bağla

Qafqazda startap təcrübəsi: Ailənizdən necə dəstək ala bilərsiniz

30-01-2020 14:22
Qafqazda startap təcrübəsi: Ailənizdən necə dəstək ala bilərsiniz

23 fevral tarixində “Startup Grind Baku Hub” tərəfindən bank sektorunda 12 il, marketinq və brendinq sektorunda isə 15 ildən çox rəhbərlik təcrübəsi olan David Birman ilə « Qafqazda startap təcrübəsi: Ailənizdən necə dəstək ala bilərsiniz » adlı “fireside chat” formatlı görüş keçiriləcək.
 
Xeberler.az bildirir ki, “Youth Inc.” Sahibkarlıq Proqramı, İnnovasiylar Agentliyi, Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin tərəfdaşlığı ilə baş tutacaq tədbirdə David Birman startaplarla öz zəngin təcrübəsini və marağlı hekayələrini paylaşmaqla yanaşı, Qafqazda startapların keçdiyi həyat reallıqları haqqında geniş məlumat verəcək. Bir çox startap sahibkarlığa başlayan zaman ailə və tanışlarından maliyyə dəstəyi əldə etməyi investisiyaların təşviqi üçün ən asan mənbə kimi görür. Müraciət olunacaq bankların olmaması bəhanəsi ilə ailə və yaxınları inandırıb startapa başlamaq üçün lazım olan maliyyə dəstəyini onlardan almaq çox yaxşı ideya kimi görünür. Lakin yanlış aparılan kommunikasiya və anlaşılmazlıqlar mütləq şəkildə mübahisələrə, münasibətlərin pozulmasına, hətta pul iktisi və məhkəmə proseslərinə çata biləcək hallar yaranır. Spiker görüşdə bu kimi halların yaşanmaması üçün məsləhət və üsullardan bəhs edəcək. Bundan əlavə, David Birman görüşdə banklar ilə münasibətlər, hüquqi və şəxsi biznes münasibətləri və başqa sahələrdə topladığı təcrübəsini də bölüşəcək.

Rus dilində baş tutacaq tədbirdə iştirak etmək üçün 22 fevrala qədər https://bit.ly/SGBseic vasitəsi ilə bilet əldə etmək mümkündür. David Birman “Yelo Bank”-da Rəqəmsal bankçılıq, Brendin idarəedilməsi və Müştəri təcrübəsi üzrə Baş direktor olaraq fəaliyyət göstərmişdir. Həmçinin o, Avropa İdarəetmə Məktəbinin Biznes Idarəçiliyi üzrə bakalavr dərəcəsi və Nielsen Norman Group-dan UX idarəetmə və qarşılıqlı əlaqələrin layihələşdirilməsi üzrə magistr dərəcəsi almışdır.

Qeyd edək ki, "Startup Grind” hərakatı 600-dən çox mərkəzdə 2 milyondan çox sahibkarı maarifləndirən, ruhlandıran və birləşdirən ən böyük müstəqil startap cəmiyyətidir. “Google for Startups”-ın əsas tərəfdaşlığı vasitəsilə 125-dən artıq ölkədə startap ekosistemlərinin yetişdirilməsinə yardım edir. “Startup Grind” hərəkatının əsas istiqaməti uğurlu şirkət qurucularının, novator və təlimçilərin, böyük şirkətlərin yaradılması yolunda təcrübəsini bölüşən investorların iştirak etdiyi aylıq tədbirlərdir. Silikon Vadisində yaradılan “Startup Grind” milyonlarla sahibkara öz işini qurmaqda, strateji tərəfdaşlarla əlaqə yaratmaqda və maliyyələşmədə kömək edir. “Startup Grind Baku Hub”-ın əsas tərəfdaşları “Youth Inc.” Sahibkarlıq Proqramı, İnnovasiyalar Agentliyi və Barama İnnovasiya və Sahibkarlıq Mərkəzidir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ceyhun İmanov ilə Brend Təcrübə adlı tədbir keçiriləcək

12-11-2019

Silikon Vadisinin startap proqramı Azərbaycanda

18-10-2019

Startapçı həyatından bir gün

12-10-2018

Azercell-dən sahibkar xanımlara dəstək

02-02-2019

“Demo Day – Barama” çərçivəsində 5 uğurlu startapın təqdimatı keçiriləcək

31-05-2021

Startap Grind Azərbaycanda öz təmsilçiliyini açır

21-07-2015

İyunun 1-də “Demo Day – Barama” keçiriləcək

17-05-2021

StartupFest 2019 adlı beynəlxalq startap festivalı keçiriləcək

23-10-2019

İnnovasiyalar Agentliyində "DEMO DAY" keçirilib

21-05-2020

İnnovasiyalar Agentliyində “Demo Day” keçirilib

21-07-2020

Startapçılarımız Silikon Vadisi mentoru ilə görüşüb

17-03-2017

Startapçılar İsrailli eskpert ilə görüşüb

29-07-2019

A’Startap Sammitinə qeydiyyat başladı

27-06-2018

Skott Kupor dünyanın nüfuzlu investor şirkətlərindən danışacaq

04-10-2019

“Azərbaycan startapları üçün Türkiyə ekosisteminin dinamikaları” adlı vebinar keçiriləcək

22-04-2021

Azercell-dən startapçılar üçün yeni layihə

23-09-2017

Növbəti Fintech Meetup Gəncədə baş tutacaq

04-10-2019

ABB-nin dəstəyi ilə “Baku ID” innovasiya festivalı başlanıb

27-06-2024

Növbəti startap turu Qubada keçiriləcək

07-06-2018

“Startup World Cup” tədbiri Azercell-in tərəfdaşlığı ilə baş tutacaq

17-09-2024

StartupFest 2019-a start verilib

21-11-2019

Bakıda Startup AddVenture keçiriləcək

08-01-2015

Startap Azərbaycan BDU toplantısı keçiriləcək

12-03-2015

ABŞ-da yaşayan startapçımızla görüş keçirilib -Fotolar

30-03-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə