Previous Next
Bağla

Azercell-dən sahibkar xanımlara dəstək

02-02-2019 12:26
Azercell-dən sahibkar xanımlara dəstək

Ölkəmizdə sahibkarlıq ekosistemini inkişaf etdirmək və biznes sahəsində yeniliklərə təkan vermək məqsədilə “Azercell Telekom” MMC tərəfindən 2009-cu ildə yaradılan Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi daha bir layihəyə dəstək verir.

Xeberler.az  bildirir ki, mərkəz təhsil sahəsində ixtisaslaşan "Education HUB"ın təşkilatçılığı və ABŞ-ın Azərbaycandakı Səfirliyinin dəstəyi ilə baş tutan “Sosial Sahibkarlıq Laboratoriyası” proqramında yaxından iştirak edir. Belə ki, layihə çərçivəsində Barama İnnovasiya və Sahibkarlıq Mərkəzində təcrübə klinikası təşkil olundu. 2 gün davam edəcək təcrübə proqramında Bərdə, Mingəçevir, Ağdam və Yevlaxdan olan 15 gənc qadın sosial sahibkarlığa dair mövcud imkanlar, maliyyə resursları və bu sahə ilə bağlı digər məlumatları əldə edə biləcəklər. Təcrübə zamanı Azərbaycanda fəaliyyət göstərən bir sıra banklar, eləcə də Coca-Cola şirkətinin nümayəndələri bu istiqamətdə həyata keçirdikləri proqramlarla bağlı məlumatı iştirakçılarla bölüşəcəklər.

Bundan əlavə, səfər çərçivəsində 4 regionu təmsil edən xanımlar Barama İnnovasiya və Sahibkarlıq Mərkəzindəki startap layihələri ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər. İştirakçılar həmçinin sosial sahibkarlıq sahəsində təcrübə qazanmış şəxslərlə tanış olacaq, biznesin ilk illərində uğursuzluqdan qaçmağın yolları mövzusunda müzakirə aparacaqlar.

Qeyd edək ki, Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi 10 illik fəaliyyəti dövründə uğurlu biznes mühitinin yaradılması və Azərbaycanın rəqəmsal ekosisteminin inkişaf etdirilməsi istiqamətində bir sıra layihələr həyata keçirərək, beynəlxalq tədbirlərə ev sahibliyi edib. Barama hazırda Azərbaycanın əsas startap inkubasiya mərkəzlərindən biridir və PAŞA Bank-ın dəstəyi ilə bu istiqamətdə fəaliyyətini genişləndirir.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Barama Regional Sahibkarlıq Konfransı baş tutub

26-12-2018

Startapçı həyatından bir gün

12-10-2018

Azercell-in Barama mərkəzi PAŞA Bank ilə memorandum imzalayıb

07-10-2015

Barama məktəblilər üçün yeni layihəyə başlayır

22-12-2017

Proqramçıların sevimli müsabiqəsi başlayır

08-11-2018

Barama İnnovasiya Mərkəzi yeni ofisini istifadəyə verdi

23-05-2019

“Barama İnkubasiya 2021” proqramı davam edir

09-03-2021

İsrailin Azərbaycandakı səfiri Azercell-in Barama Mərkəzini ziyarət etdi

31-05-2018

Azercell-in Barama Mərkəzindən Mayak layihəsinə dəstək

22-12-2018

A’Startap Sammitinə qeydiyyat başladı

27-06-2018

Azercell-in Barama mərkəzi inkubasiya proqramına müraciət müddətini uzatdı

10-09-2018

İnnovasiyalar Agentliyinin nümayəndələri tələbələrlə görüşüb

21-11-2019

Azercell startaplara öz biznesini qurmağa dəstək göstərəcək

18-10-2018

Azercell şəxsi biznesini qurmaq istəyənlərə fürsət yaradır

13-08-2018

Növbəti startap turu Qubada keçiriləcək

07-06-2018

Azercell Gələcəyi qur layihəsində məktəblilərə dəstək oldu

06-10-2018

Onbranch startapından Gənc Ol istifadəçiləri üçün yeni imkanlar

07-09-2018

Barama ölkəmizi Seedstars-da təmsil edib

14-12-2017

"Barama" fəaliyyətini İnnovasiyalar Agentliyində davam etdirəcək

04-07-2019

Bir günə sayt yaratmağı öyrən seminarı keçirilib

05-03-2019

Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi yeni inkubasiya proqramına başlayıb

03-12-2020

Startaplar üçün növbəti şans

09-08-2017

Barama Graduation Ceremony tədbiri baş tutub

04-08-2018

2 gün yuxusuz qalan developerlər arasında qaliblər seçilib

14-05-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə