Previous Next
Bağla

Qlobal IE Biznes Məktəbi ABB-nin transformasiya təcrübəsini tədris nümunəsinə çevirdi

05-10-2026 11:10
Qlobal IE Biznes Məktəbi ABB-nin transformasiya təcrübəsini tədris nümunəsinə çevirdi

Dünyanın ən nüfuzlu biznes məktəblərindən olan IE Biznes Məktəbində (IE Business School) ABB-nin transformasiya təcrübəsinin tədris nümunəsi (case-study) kimi öyrənilməsinə başlanıb.

IE Biznes Məktəbinin professoru Antonio Zabaleta Morenonun hazırladığı nümunə “ABB-nin yeni inkişaf mərhələsi: artımın miqyasının və yolunun seçilməsi” (ABB Bank’s next frontier: Choosing the scope and path of growth) adlanır. Burada Bankın son illərdə uğurla həyata keçirdiyi strateji və rəqəmsal transformasiya prosesi, ABB-də Agile əməliyyat modelinin tətbiqi, texnoloji yenilənmə və süni intellekt əsaslı inkişaf istiqamətləri tələbələrə real biznes təcrübəsi kimi təqdim olunur.

Tədris nümunəsi ABB-nin 2016-cı ildəki mürəkkəb vəziyyətdən transformasiya yolu ilə yeni inkişaf mərhələsinə çata bilməsini və 2026–2028-ci illər üzrə qarşıya qoyduğu strateji hədəfləri əhatə edir.

Professor Antonio Zabaleta Moreno materialı hazırlayarkən ABB-nin transformasiya uğurunun konkret göstəricilərinə istinad edib. Bunlardan biri 5 il ərzində Bankın mobil tətbiqinin istifadəçi sayında 16 dəfə artımın baş verməsidir. Belə ki, ABB mobile tətbiqinin istifadəçi sayı 2020-ci ildəki təxminən, 171 mindən 2025-ci ildə 2,6 milyona qədər artıb. Tətbiqin reytinqi 1,2-dən 4,9-a yüksəlib. ABB-nin rəqəmsal
kanallar üzrə müştəri məmnuniyyəti (NPS) göstəricisi 48-dən 77-yə çatıb.

Bank Agile transformasiyanı da uğurla reallaşdırıb. Hazırda Bankda 14 Agile sahə, 80-dən çox Agile squad fəaliyyət göstərir. Çevik iş tərzi sayəsində ABB-də yeni məhsulun hazırlanaraq bazara çıxarılması müddəti 243 gündən 59 günə qədər azaldılıb.

Bankın 2019-cu ildə yaratdığı ABB Tech Akademiyasını 1113-dən çox məzun bitirib və həmin məzunların 83%-i işlə təmin olunub.

Tədris nümunəsində ABB-nin növbəti inkişaf mərhələsinin əsas istiqamətləri kimi süni intellekt həllərinin geniş tətbiqi, rəqəmsal imkanların genişləndirilməsi, yeni  bazarlara çıxış və həyat tərzi tərəfdaşı olaraq müştərilərin gündəlik həyatına inteqrasiya edilən xidmətlərin inkişafı nəzərdən keçirilir.

Bankın İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: “ABB-nin keçdiyi transformasiya yolu artıq yalnız Bankın inkişaf tarixinin bir hissəsi deyil, beynəlxalq biznes məktəbində öyrənilən real idarəetmə təcrübəsinə çevrilib. Bu nəticənin arxasında komandamızın illər ərzində göstərdiyi əzm, dəyişikliklərə açıq
yanaşma və daha yaxşısını qurmaq ambisiyası dayanır. Bu, bizim üçün böyük
qürurdur. Mənim üçün xüsusilə dəyərlidir ki, IE Business School-da tələbələr
ABB-nin necə dəyişməsi ilə yanaşı, növbəti inkişaf mərhələsində qarşıda duran
strateji seçimləri də müzakirə edəcəklər. ABB təcrübəsinin beynəlxalq akademik
mühitdə müzakirə olunması göstərir ki, keçdiyimiz transformasiya yolu artıq öz
sərhədlərimizi aşaraq daha geniş biznes icması üçün də maraq doğurur”.

Professor Antonio Zabaleta Moreno qeyd edib: “Bu keysin hazırlanması mənim üçün çox dəyərli və məmnunedici təcrübə oldu. Möhtəşəm əməkdaşlığa görə ABB-yə dərin minnətdarlığımı bildirirəm. ABB təsirli transformasiya yolu keçmiş innovativ qurumdur. Rəqəmsal həlləri, süni intellekti fəaliyyətinin tam mərkəzinə qoymuş bu bankın gələcəyini formalaşdıran strateji qərarların araşdırılmasını tələbələrdən səbrsizliklə gözləyirəm”.

ABB-nin bu uğuru, ümumilikdə Azərbaycanın bank sektorunda həyata keçirilən rəqəmsal və təşkilati dəyişikliklərin qlobal akademik sferalarda öyrənilməsi baxımından əhəmiyyətli faktdır.

Tədris nümunəsi ilə buradan tanış ola bilərsiniz.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, ABB-nin rəsmi internet səhifəsi, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin Bankın rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
ABB Agile təcrübəsini sahibkarlarla paylaşıb

ABB Agile təcrübəsini sahibkarlarla paylaşıb

28-02-2024
Fitch ABB-nin reytinqini növbəti dəfə yüksəltdi!

Fitch ABB-nin reytinqini növbəti dəfə yüksəltdi!

07-08-2026
Gömrük xərclərini ABB-nin İnternet Bankçılıq  platformasında hesabla

Gömrük xərclərini ABB-nin İnternet Bankçılıq platformasında hesabla

17-12-2024
ABB-nin Gəncə filialı yenilənmiş binasında xidmətə başlayıb

ABB-nin Gəncə filialı yenilənmiş binasında xidmətə başlayıb

26-05-2026
ABB-nin bir qrup müştərisi ilə görüş keçirilib

ABB-nin bir qrup müştərisi ilə görüş keçirilib

04-03-2025
ABB-nin Saatlı filialı yenilənmiş binada  xidmətə başlayıb

ABB-nin Saatlı filialı yenilənmiş binada xidmətə başlayıb

04-06-2025
5 ildə ABB Tech Akademiyasını 722 məzun bitirib

5 ildə ABB Tech Akademiyasını 722 məzun bitirib

22-10-2024
İndi aviabiletlər də ABB Business-də alınır

İndi aviabiletlər də ABB Business-də alınır

16-01-2026
ABB növbəti dəfə yüksək təhlükəsizlik sertifikatı alıb

ABB növbəti dəfə yüksək təhlükəsizlik sertifikatı alıb

19-12-2025
ABB-dən 200 000 manata qədər təmir krediti

ABB-dən 200 000 manata qədər təmir krediti

13-03-2026
ABB-nin reytinqi tarixi maksimuma  yüksəldi!

ABB-nin reytinqi tarixi maksimuma yüksəldi!

09-07-2025
ABB Xankəndidə Çağrı Mərkəzi yaradır

ABB Xankəndidə Çağrı Mərkəzi yaradır

24-06-2026
ABB-nin dəstəyi ilə Agile sammiti – süni intellekt və data təcrübəsi paylaşılacaq!

ABB-nin dəstəyi ilə Agile sammiti – süni intellekt və data təcrübəsi paylaşılacaq!

24-11-2025
ABB yeni korporativ saytını təqdim edib

ABB yeni korporativ saytını təqdim edib

19-11-2025
Moody’s ABB-nin reytinqini yüksək səviyyədə saxladı!

Moody’s ABB-nin reytinqini yüksək səviyyədə saxladı!

16-06-2026
ABB-nin Daşkəsən filialı da yeniləndi!

ABB-nin Daşkəsən filialı da yeniləndi!

20-05-2025
ABB “Data və süni intellekt sertifikasiya proqramı”nı təqdim edib

ABB “Data və süni intellekt sertifikasiya proqramı”nı təqdim edib

17-11-2025
Xankəndidə ABB-nin Çağrı Mərkəzinin  açılışı olub

Xankəndidə ABB-nin Çağrı Mərkəzinin açılışı olub

03-07-2026
ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib

ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib

02-10-2026
ABB və iTicket-dən həyat tərzi bankçılığına  doğru mühüm addım

ABB və iTicket-dən həyat tərzi bankçılığına doğru mühüm addım

15-07-2026
ABB-nin Yasamal filialı əvvəlki ünvanında fəaliyyətini bərpa edib

ABB-nin Yasamal filialı əvvəlki ünvanında fəaliyyətini bərpa edib

24-07-2025
ABB-dən fiziki şəxslər üçün yeni məhsul - ABB istiqrazları

ABB-dən fiziki şəxslər üçün yeni məhsul - ABB istiqrazları

04-03-2026
ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!

ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!

25-11-2024
ABB Sahibkarlar Gününü müştəriləri  ilə qeyd etdi

ABB Sahibkarlar Gününü müştəriləri ilə qeyd etdi

27-04-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə