Previous Next
Bağla

RİNN və ABB birgə yeni layihəyə start verir

04-03-2022 12:49
RİNN və ABB birgə  yeni layihəyə start verir

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və ABB birgə yeni layihəyə start verir. 

Xeberler.az bildirir ki, məqsəd ölkədə insan kapitalının inkişafına dəstəkdir. Layihə çərçivəsində əmək bazarı üçün peşəkar İKT mütəxəssisləri hazırlanacaq. Ali təhsil müəssisələrinin tələbə və məzunlarına proqramlaşdırma, proqram təminatı, dizayn və digər sahələrdə bilik və bacarıqlara yiyələnmək üçün şərait yaradılacaq. Sırf bu əməkdaşlıq çərçivəsində 2022-ci ildə müvafiq istiqamətlər üzrə 200 məzunun hazırlanması nəzərdə tutulur. Bundan başqa, ABB və nazirliyin birgə təşkilatçılığı əsasında ideya marafonu, inkubasiya və akselerasiya proqramları həyata keçiriləcək. Birgə tədbirlərin reallaşdırılmasında Bankın ABB Tech Akademiyasının və ABB İnnovasiya Mərkəzinin imkanlarından geniş istifadə ediləcək. Belə ki, ABB Tech Akademiyasının yaxın günlərdə elan edəcəyi növbəti proqramlarda təqaüdlü təhsil imkanı yaradılacaq. 

Sözügedən layihə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin 2021-ci ildə təqdim etdiyi “Technest” Təqaüd Proqramı çərçivəsində yerinə yetirilir. Bu proqramın əsas məqsədi İKT sahəsində əmək bazarının tələblərinə uyğun yetkin, yenilikçi və sahibkar təfəkkürünə malik insanların sosial icmasını formalaşdırmaqdır. Proqram çərçivəsində hazırda 500-dək gənc və yeniyetmə təqaüd əsasında təhsil alır. Onlardan 120 nəfəri məktəblidir. 

ABB də ölkəmizdə informasiya texnologiyaları üzrə peşəkar mütəxəssislərin hazırlanmasına, startap ekosisteminin inkişafına fəal dəstək verir. Bankın ABB Tech Akademiyası, ABB İnnovasiya Mərkəzi bir neçə ildir ki fəaliyyətdədir. ABB və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təhsil sahəsindəki əməkdaşlığı ölkədə innovasiya ekosisteminin inkişafına, innovativ məhsul və xidmətlərin yaranmasına əhəmiyyətli töhfələr verəcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
5 ildə ABB Tech Akademiyasını 722 məzun bitirib

5 ildə ABB Tech Akademiyasını 722 məzun bitirib

22-10-2024
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə ABB İnnovasiya Mərkəzi növbəti əməkdaşlığa start verir

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə ABB İnnovasiya Mərkəzi növbəti əməkdaşlığa start verir

06-06-2022
ABB Qarabağ Universitetinin 50 tələbəsinə  təqaüd ayıracaq

ABB Qarabağ Universitetinin 50 tələbəsinə təqaüd ayıracaq

03-06-2025
ABB-nin tərəfdaşlığı ilə “Startup World Cup”  yarışması keçiriləcək!

ABB-nin tərəfdaşlığı ilə “Startup World Cup” yarışması keçiriləcək!

02-09-2024
ABB Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin  tərəfdaşıdır

ABB Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin tərəfdaşıdır

29-08-2025
ABB “Data və süni intellekt sertifikasiya proqramı”nı təqdim edib

ABB “Data və süni intellekt sertifikasiya proqramı”nı təqdim edib

17-11-2025
ABB “Qarabağ” Futbol Klubunun rəsmi tərəfdaşı oldu!

ABB “Qarabağ” Futbol Klubunun rəsmi tərəfdaşı oldu!

30-07-2025
ABB İnnovasiya Mərkəzinin daha 10 startapı investorlara təqdim edildi

ABB İnnovasiya Mərkəzinin daha 10 startapı investorlara təqdim edildi

01-07-2022
ABB səhmlərinə sifarişlərin 84 faizi rəqəmsal platformalar üzərindən olub

ABB səhmlərinə sifarişlərin 84 faizi rəqəmsal platformalar üzərindən olub

24-09-2024
ABB Dövlət Vergi Xidmətinin 2 mükafatını qazanıb

ABB Dövlət Vergi Xidmətinin 2 mükafatını qazanıb

06-03-2026
ABB-dən fiziki şəxslər üçün yeni məhsul - ABB istiqrazları

ABB-dən fiziki şəxslər üçün yeni məhsul - ABB istiqrazları

04-03-2026
ABB “2025 WMF Dünya Kuboku”nun  tərəfdaşıdır!

ABB “2025 WMF Dünya Kuboku”nun tərəfdaşıdır!

21-05-2025
ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib

ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib

16-12-2024
ABB-nin Gəncə filialı yenilənmiş binasında xidmətə başlayıb

ABB-nin Gəncə filialı yenilənmiş binasında xidmətə başlayıb

26-05-2026
ABB-dən yüksək gəlirli əmanət kampaniyası

ABB-dən yüksək gəlirli əmanət kampaniyası

28-01-2026
ABB-dən 200 000 manata qədər təmir krediti

ABB-dən 200 000 manata qədər təmir krediti

13-03-2026
ABB-nin Daşkəsən filialı da yeniləndi!

ABB-nin Daşkəsən filialı da yeniləndi!

20-05-2025
“Technest’’ çərçivəsində tələbələrin innovativ layihələrinin təqdimatı keçirilib

“Technest’’ çərçivəsində tələbələrin innovativ layihələrinin təqdimatı keçirilib

09-03-2022
“Technest” Təhsil proqramı Azərbaycan gəncliyi üçün açılmış yeni fürsətlər pəncərəsidir ­

“Technest” Təhsil proqramı Azərbaycan gəncliyi üçün açılmış yeni fürsətlər pəncərəsidir ­

22-06-2022
ABB-nin dəstəyi ilə “Baku ID” innovasiya festivalı başlanıb

ABB-nin dəstəyi ilə “Baku ID” innovasiya festivalı başlanıb

27-06-2024
ABB Mastercard-la birgə dayanıqlılıq mövzusunda hakatona start verir!

ABB Mastercard-la birgə dayanıqlılıq mövzusunda hakatona start verir!

01-11-2024
ABB növbəti dəfə yüksək təhlükəsizlik sertifikatı alıb

ABB növbəti dəfə yüksək təhlükəsizlik sertifikatı alıb

19-12-2025
ABB-nin Saatlı filialı yenilənmiş binada  xidmətə başlayıb

ABB-nin Saatlı filialı yenilənmiş binada xidmətə başlayıb

04-06-2025
İndi aviabiletlər də ABB Business-də alınır

İndi aviabiletlər də ABB Business-də alınır

16-01-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə