Previous Next
Bağla

“Technest’’ çərçivəsində tələbələrin innovativ layihələrinin təqdimatı keçirilib

09-03-2022 14:13
“Technest’’ çərçivəsində tələbələrin innovativ layihələrinin təqdimatı keçirilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnnovasiyalar Agentliyində nazirliyin “Technest” Təqaüd proqramının bir qrup istedadlı tələbəsi ilə görüş təşkil olunub.

Xeberler.az bildirir ki, 20-dən çox innovativ ideya və layihə təqdimatını keçirən tələbələr yenilikçi və sahibkar təfəkkürü ilə qonaqlar qarşısında uğurla çıxış ediblər.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev tələbələrin təqdimatını yüksək qiymətləndirərək onlara gələcək fəaliyyətlərində uğurlar diləyib.

Nazir bildirib ki, biz “Technest” Təqaüd proqramının dəstəyi ilə gələcək karyera yolunu seçmiş bu gənclərin uğurlarından məmnunluq duyuruq. Bu gün gənclərimiz təhsil, bilik və davamlı inkişafa aparan yolun başlanğıcındadırlar.

İnanıram ki, “Technest” milli brendə çevrilərək smart nəslin formalaşmasında önəmli rol oynayacaq. Proqramın builki nəticələri bizi çox ruhlandırır. İKT üzrə bir sıra kurslarda təhsil alan 50 tələbəmiz artıq müxtəlif müəssisələrdə işlə təmin olunub. Qısa müddətdə bu, olduqca yüksək nəticədir”, – deyə Rəşad Nəbiyev vurğulayıb.

Görüşdə bildirilib ki, “Technest” proqramının özəlliyi ondan ibarətdir ki, yuxarı sinif şagirdləri məktəbdə təhsil almaqla yanaşı, rəqəmsallaşan dünyanın tələb etdiyi yeni peşə sahələri üzrə də bilik və bacarıqlarını əhəmiyyətli şəkildə inkişaf etdirə bilirlər.

Şagirdlər təkcə qabaqcıl İKT proqramlarının istifadəçiləri kimi deyil, həm də onların yaradıcıları kimi yetişdirilir. Artıq Bakı şəhəri ilə yanaşı, Sumqayıtda yaşayan gənclər üçün proqramdan faydalanmaq imkanı yaradılıb.

Maraqlı diskussiya şəraitində davam edən görüşdə tələbələrin “Technest” proqramı ilə bağlı rəy və təklifləri dinlənilib.

Qeyd edək ki, sözügedən proqram Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşəbbüsü ilə 2021-ci ildən start götürüb. “Technest” Təqaüd proqramının məqsədi informasiya texnologiyaları üzrə milli kadrların yetişdirilməsini sürətləndirmək, bu sahədə mövcud çatışmazlıqları aradan qaldırmaq və ölkədə rəqəmsal inkişafa töhfə verməkdir. Proqram çərçivəsində 120 məktəbli, 618 tələbə və məzun bulud həlləri, bulud inzibatçılığı, böyük verilənlər bazası, kibertəhlükəsizlik, avtomatika, elektronika, müxtəlif proqramlaşdırma dilləri, “UI/UX” dizayn kimi müxtəlif istiqamətlər üzrə təhsil alırlar.

2022-ci ildə “Technest” təqaüdçülərinin qabaqcıl mütəxəssislər kimi yetişdirilməsi və işlə təmin olunması qarşıda duran əsas vəzifələrdən biridir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bu istiqamətdə dövlət-özəl tərəfdaşlığı əsasında “Whelp” startapı ilə birgə təsis etdiyi “Code and More” təhsil layihəsi və nazirliyin “İKT Lab” Tətbiq və Tədris Mərkəzi  ilə yanaşı ölkədə İKT üzrə peşəkar kurslar təşkil edən “Code Academy”, İsrail-Azərbaycan Təlim Mərkəzi, Tech Academy, “ABB Tech” Akademiyası və İnnovasiyalar Mərkəzi ilə yaxından əməkdaşlıq edir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə ABB İnnovasiya Mərkəzi növbəti əməkdaşlığa start verir

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə ABB İnnovasiya Mərkəzi növbəti əməkdaşlığa start verir

06-06-2022
Rəşad Nəbiyev Göyçayda “Technest” təqaüdçüləri ilə görüşüb

Rəşad Nəbiyev Göyçayda “Technest” təqaüdçüləri ilə görüşüb

06-03-2023
Sahibsiz heyvanların qidalandırılmasını asanlaşdıran həll təqdim edilib

Sahibsiz heyvanların qidalandırılmasını asanlaşdıran həll təqdim edilib

24-02-2022
“Technest” Təhsil proqramı Azərbaycan gəncliyi üçün açılmış yeni fürsətlər pəncərəsidir ­

“Technest” Təhsil proqramı Azərbaycan gəncliyi üçün açılmış yeni fürsətlər pəncərəsidir ­

22-06-2022
Tələbələrə “Technest” təqaüd proqramı barədə məlumat verilib

Tələbələrə “Technest” təqaüd proqramı barədə məlumat verilib

23-11-2023
“Technest” Təqaüd Proqramına yeni qeydiyyat başlayıb

“Technest” Təqaüd Proqramına yeni qeydiyyat başlayıb

31-10-2023
RİNN və ABB birgə  yeni layihəyə start verir

RİNN və ABB birgə yeni layihəyə start verir

04-03-2022
Azərbaycanda İKT təqaüd proqramına qeydiyyat başlayıb

Azərbaycanda İKT təqaüd proqramına qeydiyyat başlayıb

31-01-2023
‘’Technest’’ çərçivəsində İKT sahəsində təhsil alan daha 50 gənc məzun olub

‘’Technest’’ çərçivəsində İKT sahəsində təhsil alan daha 50 gənc məzun olub

25-07-2022
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi təqaüd proqramı elan edir

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi təqaüd proqramı elan edir

08-09-2021
Məktəblilərə elektronika üzrə təlim keçirilir

Məktəblilərə elektronika üzrə təlim keçirilir

25-02-2022
NRYTN-nin elan etdiyi təqaüd proqramına qoşulan təhsil müəssisələrinin sayı artıb

NRYTN-nin elan etdiyi təqaüd proqramına qoşulan təhsil müəssisələrinin sayı artıb

29-09-2021
Gömrük Akademiyasında kibertəhlükəsizlik dərsləri başlayıb

Gömrük Akademiyasında kibertəhlükəsizlik dərsləri başlayıb

06-02-2023
“Technest” təqaüdçüləri peşəkar HR-ların hədəfində!

“Technest” təqaüdçüləri peşəkar HR-ların hədəfində!

20-10-2022
Yenilənmiş “mygov” rəqəmsal hökumət platformasının təqdimatı keçirilir

Yenilənmiş “mygov” rəqəmsal hökumət platformasının təqdimatı keçirilir

17-09-2024
"İl sonuna qədər 5 min nəfərə Technest təqaüdü verilməsi hədəflənir"

"İl sonuna qədər 5 min nəfərə Technest təqaüdü verilməsi hədəflənir"

11-03-2024
NRYTN-ın təqaüd proqramını qazanan şagird və tələbələrlə görüş keçirilib

NRYTN-ın təqaüd proqramını qazanan şagird və tələbələrlə görüş keçirilib

02-10-2021
“Technest” proqramı çərçivəsində 137 tələbə üçün yumşaq bacarıqlara aid konfrans keçirilib

“Technest” proqramı çərçivəsində 137 tələbə üçün yumşaq bacarıqlara aid konfrans keçirilib

10-08-2023
Mingəçevir Dövlət Universitetində “Elektronika və avtomatika” təlimi davam edir

Mingəçevir Dövlət Universitetində “Elektronika və avtomatika” təlimi davam edir

03-10-2024
İKT sahəsində karyera qurmaq istəyənlərə şad xəbərlər-Müsahibə

İKT sahəsində karyera qurmaq istəyənlərə şad xəbərlər-Müsahibə

01-02-2023
Ekspert: İT üzrə mütəxəssis hazırlığı ilə kimlər məşğuldur?

Ekspert: İT üzrə mütəxəssis hazırlığı ilə kimlər məşğuldur?

12-10-2022
Cəzaçəkmə müəssisələrində İKT sahəsi üzrə təlimlər keçirilib

Cəzaçəkmə müəssisələrində İKT sahəsi üzrə təlimlər keçirilib

18-07-2023
UNEC-in tələbələri “Technest Demo Day” sertifikatını qazanıblar

UNEC-in tələbələri “Technest Demo Day” sertifikatını qazanıblar

16-12-2024
Azercell Təqaüd və Təcrübə Proqramının qaliblərini təbrik edib

Azercell Təqaüd və Təcrübə Proqramının qaliblərini təbrik edib

05-03-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə