Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Avropa İttifaqının (Aİ) ölkəmizdəki nümayəndəliyinin rəhbəri xanım Malena Mardla görüşüb.
Xeberler.az RYTN-nin rəsmi saytına istinadən məlumat verir ki, görüşdə dekabrın 2-5-də Bakıda keçiriləcək “Bakutel 2015” 21-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisi çərçivəsində Aİ ilə birlikdə “Rəqəmli Vahid Bazar” mövzusunda təşkil olunacaq konfransın təfərrüatı ilə bağlı müzakirələr aparılıb.
Azərbaycanla Avropa İttifaqı arasında müxtəlif istiqamətlərdə uğurlu əməkdaşlıq təməlinin qoyulduğunu bildirən nazir Əli Abbasov münasibətlərin gələcək inkişafının təmin olunması üçün qarşılıqlı maraq və potensialın olduğunu qeyd edib. Nazir, xüsusən Xəzər və Qafqaz regionlarının telekommunikasiya və informasiya texnologiyaları sahəsində ən böyük sərgisi olan - “Bakutel”in tərəflər arasında əməkdaşlığın daha da gücləndirilməsi və növbəti mərhələyə qədəm qoyması üçün böyük və əlverişli platforma yaratdığını vurğulayıb.
Azərbaycanda son illər İKT sahəsində əldə olunan nailiyyətləri maraqla izlədiyini deyən Malena Mard qazanılan uğurların Aİ-nin Şərq Tərəfdaşlığı Proqramına üzv (Azərbaycan, Gürcüstan, Moldova, Belarus, Ukrayna və Ermənistan) ölkələr üçün yaxşı təcrübə ola biləcəyini bildirib. Səfir qeyd edib ki, bu istiqamətdə irəli sürülən təşəbbüslər qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsində faydalı, eyni zamanda vacibdir.
Diplomat, həmçinin Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində iyunun əvvəllərində Lüksemburq şəhərində baş tutmuş “Rəqəmsal iqtisadiyyat mövzusunda Şərq Tərəfdaşlığı ölkələri üzrə nazirlərin I görüşü”nü xatırladaraq, bu görüşdən irəli gələn öhdəliklərin yerinə yetirilməsi ilə bağlı “Bakutel 2015” çərçivəsində İşçi qruplar tərəfindən müzakirələrin aparılmasının mümkünlüyünü diqqətə çatdırıb. Xanım Mard Avropa İttifaqının Brüsseldə yerləşən baş qərargahında keçirilən müzakirələrdən sonra sözügedən konfransın təşkili ilə bağlı son qərarları RYTN-in nəzərinə çatdıracağını da söyləyib.
Qeyd edək ki, cari ildə “Bakutel 2015” 21-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisinin strateji tərəfdaşı ABŞ-ın aparıcı, dünyada məşhur Google şirkəti seçilib.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri