Previous Next
Bağla

RYTN-də İsrail səfiri ilə görüş keçirilib

06-08-2015 16:10
RYTN-də İsrail səfiri ilə görüş keçirilib

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Azərbaycanda diplomatik fəaliyyətini başa vuran İsrail Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rafael Harpaz ilə görüşüb.

Xəbərlər-in verdiyi məlumata görə, “Azərbaycan Respublikası Hökuməti və İsrail Dövləti Hökuməti arasında informasiya və yüksək  texnologiyalar sahəsində əməkdaşlıq haqqında Saziş”ə uyğun olaraq davam etdirilən əlaqələrdən söz açan nazir ölkələrimiz arasında ikitərəfli münasibətlərin gələcək inkişafının təmin olunması üçün qarşılıqlı maraq və potensialın olduğunu bildirib.

Xüsusən İsrail-Azərbaycan əməkdaşlığında yüksək texnologiyaların vacib istiqamət olduğunu nəzərə çatdıran Ə.Abbasov İsrailin bu sahədə aparıcı dövlətlərdən olduğunu, onun zəngin təcrübəsindən Azərbaycanın da yararlana biləcəyini vurğulayıb.

Daha sonra diplomatik fəaliyyəti dövründə tərəfdaşlıq əlaqələrinin inkişafına, o cümlədən İKT sahəsində Azərbaycan ilə İsrail arasında münasibətlərin daha da gücləndirilməsinə verdiyi töhfəyə və göstərdiyi xidmətlərə görə səfirə təşəkkürünü bildirən Ə.Abbasov diplomata gələcək fəaliyyətində müvəffəqiyyətlər arzulayıb.

Öz növbəsində, Rafael Harpaz İsrail Dövləti ilə Azərbaycan arasında uğurla davam edən əlaqələrin hər iki tərəfdə razılıq yaratdığını, bu münasibətlərin inkişafında rabitə və informasiya-kommunikasiya texnologiyaları sahəsinin özünəməxsus çəkisi ilə seçildiyini diqqətə çatdırıb.

Əməkdaşlığın genişləndirilməsində BakuTel Beynəlxalq sərgi-konfransının rolunu da xüsusi vurğulayan R.Harpaz sonuncu sərgidə İsrail şirkətlərinin “İsrail Milli Pavilyonu” adı altında təmsil olunduğunu xatırladıb, cari ildə də Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan-İsrail Ticarət Palatasının birgə təşkil edəcəyi İsrail-Azərbaycan Startaplar Forumunun uğurlu keçməsinə lazımi dəstəyin göstəriləcəyini deyib.

Səfir əməkdaşlığın bundan sonra da bütün istiqamətlərdə, o cümlədən İKT sahəsində dostluq və etimad müstəvisində davam etdiriləcəyinə əminliyini ifadə edib.

Diplomatik xidməti zamanı əlaqələrin inkişafına verdiyi dəstəyə görə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə minnətdarlığını da ifadə edən səfir ölkəmizdən xoş təəssüratlarla ayrıldığını qeyd edib.

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İsraillə İKT sahəsində əməkdaşlıq müzakirə edilib

01-10-2015

Nazirlikdə kibertəhlükəsizlik məsələləri müzakirə olunub

19-02-2015

İKT sahəsində Koreya-Azərbaycan əməkdaşlığı müzakirə olunub

29-09-2015

Səfir Azərbaycanda İKT sahəsini yüksək qiymətləndirib

30-09-2015

Azərbaycan və İsrail İKT sahəsində əməkdaşlığa dair saziş imzalayıblar

29-06-2009

Kosmik sənaye sahəsində əməkdaşlıq müzakirə edilib

03-10-2015

Azərbaycan-İsrail arasında İnnovasiya üzrə dəyirmi masa keçirilib

06-12-2018

Azərbaycan İsrail arasında İKT-ə dair sənəd təsdiq edilib

23-07-2009

Əli Abbasov İraqın ölkəmizdəki səfiri ilə görüşüb

12-08-2015

RİNN-də İsrailin Azərbaycandakı səfiri ilə görüş keçirilib

08-01-2026

Azərbaycan ilə İsrail arasında İKT sahəsində əməkdaşlığa dair saziş imzalanacaq

15-12-2008

Macarıstan ölkəmizdə İT sahəsinə investisiya qoyuluşuna maraqlıdır

02-10-2015

Vergilər Nazirliyində görüş keçirilib

05-07-2018

Koreya ilə İKT sahəsində əməkdaşlıq müzakirə olunub

19-08-2016

İsrail Azərbaycanda İKT-nin inkişaf etdirilməsinə dəstək verməyə hazırdı

30-06-2009

“İKT Azərbaycan-Pakistan münasibətlərinin inkişafında xüsusi yer tutur”

25-08-2015

Azərbaycan Serbiya ilə İKT sahəsində əməkdaşlığı möhkəmləndirir

28-09-2015

Bakıda texnologiyalar üzrə İKT Forumu keçiriləcək

22-09-2015

Azərbaycan İsraillə aqrar innovativ texnologiyaların tətbiqi sahəsində əməkdaşlıq edə bilər

13-02-2023

Bakutel-də təmsil olunan Xorvatiya şirkətləri ilə görüş keçirilib

04-12-2015

Nazir Rəşad Nəbiyevin İsrailə səfəri çərçivəsində hava əlaqələri haqqında vacib saziş imzalanıb

01-07-2022

İsrail və Azərbaycan süni intellekt sahəsində əməkdaşlıq edəcək

04-02-2026

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu tezliklə fəaliyyətə başlayacaq

08-04-2013

Səfir: “İsrail Azərbaycan ilə kosmik sahədə əlaqələri inkişaf etdirmək niyyətindədir”

06-12-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə