ASAN xidmət-in “Sənədsiz məktəbli qalmasın” sosial aksiyası davam edir.
Xeberler.az-ın məlumatına görə, martın 14-dən etibarən Səyyar ASAN xidmət Bakı şəhəri Qaradağ rayonunda 106 saylı orta məktəbdə şagirdlərə şəxsiyyət vəsiqələrinin verilməsinə başlayıb.
15 mart 2016-cı il tarixindən isə səyyar avtobus vasitəsilə Sabunçu rayonu Maştağa qəsəbəsi yerləşən 293 saylı orta məktəbin qarşısında 17 ümumtəhsil məktəbində təhsil alan şagirdlərə şəxsiyyət vəsiqələrinin verilməsi planlaşdırılır.
Aksiyanın məqsədi şagirdlərin ASAN xidmət mərkəzinə gəlmədən, vaxt itkisi olmadan şəxsiyyət vəsiqəsi almasını təmin etməkdir.
Qeyd edək ki, aksiya çərçivəsində artıq 3000-dən çox məktəbliyə şəxsiyyət vəsiqəsi verilib və bu aksiya Bakı şəhərində yerləşən bütün məktəbləri əhatə edənə qədər davam edəcək.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri