ASAN xidmət-ə 23 milyon müraciət qeydə alınıb

26-07-2018 / 14:31

26 iyul 2018-ci il tarixində ASAN xidmət-ə 23 milyonuncu, o cümlədən Səyyar ASAN xidmətə 1 500 000-ci vətəndaş müraciəti qeydə alınıb.

Xeberler.az məlumat verir ki, bu müraciətin sahibi Gədəbəy rayon sakini Hüseyn Qarayev olub. O, Gədəbəy rayonunda Səyyar ASAN xidmətə müraciət edərək Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi xidmətindən yararlanıb.

Belə ki, 23 milyonuncu müraciətin sahibi kimi Hüseyn Qarayev təşəkkürnamə və simvolik hədiyyələrlə mükafatlandırılıb.

Qeyd edək ki, hazırda 13 ASAN xidmət mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxt Bakı şəhərində olmaqla digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba və Mingəçevirdədir. Bundan başqa regionlarda 10 Səyyar ASAN xidmət avtobusu və Səyyar ASAN qatar vasitəsi ilə vətəndaşlara səyyar formada xidmətlər göstərilir.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə