Previous Next
Bağla

Səyyar “ASAN xidmət” Tbilisidə xidmət göstərəcək

04-05-2026 / 16:31

Səyyar “ASAN xidmət” Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycan vətəndaşlarına xidmət edəcək.

Xeberler.az bildirir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, iyunun 5-7-də Azərbaycanın Gürcüstandakı səfirliyində vətəndaşlarımız üçün şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, məhkumluq barədə arayışların verilməsi üzrə xidmətlər göstəriləcək.

Xidmətlərdən yararlanmaq üçün mütləq Elektron Növbə Portalından növbə götürmək lazımdır: appointment.mfa.gov.az/az

Portalda səfirliyi seçdikdən sonra müvafiq xidməti və tarixi (5, 6 və 7 iyun) qeyd etməyi unutmayın.

Ünvan: Tbilisi şəhəri, Vaxtanq Qorqasali küçəsi 4.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə