Previous Next
Bağla

SİMA minlərlə ağacın qorunmasına töhfə verir

22-11-2024 11:34
SİMA minlərlə ağacın qorunmasına töhfə verir

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC tərəfindən yaradılmış SİMA yeni nəsil rəqəmsal imza olaraq ekoloji problemlərin həllinə və dayanıqlı inkişaf məqsədlərinə töhfə verməyə davam edir. Kağız istehsalını azaltmaqla ətraf mühitin qorunmasını hədəfləyən bu rəqəmsal həll yaşıl texnologiyaların  təşviqinə xüsusi önəm verir. Bu istiqamətdə SİMA Bakıda keçirilən COP29 tədbirini dəstəkləyərək qlobal iqlim dəyişikliklərinə qarşı mübarizədə aktiv iştirakını bəyan edir.

SİMA-nın məqsədi rəqəmsallaşmanın geniş tətbiqi vasitəsilə daha yaşıl və dayanıqlı gələcəyə yol açmaqdır.

“SİMA İmza” brendi altında və mobil tətbiq şəklində çalışan bu texnologiya yalnız hüquqi etibarlılığa və təhlükəsizliyə fokuslanmır. Həm də yaşıl texnologiyaların tətbiqi və ekosistemin qorunması istiqamətində də vacib töhfələr verir. Hazırda 60-dan çox tərəfdaşı olan SİMA ilə qurumlar bir çox fiziki xidmətləri rəqəmsallaşdırıblar. SİMA ilə bu günədək həyata keçirilən tranzaksiyalar nəticəsində hər hansı fiziki iştirakçılıq olmadan, kağız sənədlər istifadə edilmədən milyonlarla sayda imzalama, təsdiqləmə və ya elektron sistemlərə giriş edilib. Bu həcmdə kağızsız əməliyyat isə yüzminlərlə ağacın kəsilməkdən xilas edilməsi deməkdir.

Nəticə etibarilə SİMA yeni nəsil rəqəmsal imzadan istifadə ağacların kəsilməsinin, dolayı yolla təbiətdəki yaşıllığın azalmasının qarşısını alır. Kağız istehsalının azaldılması isə həm də istehsal prosesi zamanı sərf olunan su və enerji ehtiyatlarına da qənaət etmə imkanı yaradır.

Qeyd edək ki, kağız istehsalı böyük miqdarda ağacın kəsilməsini tələb edən prosesdir.

Hesablamalara görə, bir ton kağız istehsalı üçün təxminən 17 ağac kəsilir. Orta hesabla hər il dünyada 400 milyon ton kağız istehsal edildiyini nəzərə alsaq, bu, hər il yüzminlərlə ağacın kəsilməsi deməkdir. Başqa bir nümunə gətirsək, günümüzdə bank filiallarında bir kredit müqaviləsinin hazırlanmasına təxminən 50 vərəq sərf edilir.

Rəqəmsal sənədləşmə sayəsində isə bu göstəricini 80%-ə qədər azaltmaq mümkündür.

Bu gün artıq 1000-dən çox elektron xidmət SİMA ilə əlçatandır. Aparılmış monitorinqə görə, təkcə banklarda SİMA ilə kredit vermə müddəti 3 dəfə, müştəri itkisi göstəricisi 2 dəfə azalır. “SİMA İmza” həm də bölgələrdə yaşayan sakinlərin xidmət mərkəzlərinə gəlmə asılılığını aradan qaldırır ki, bu da enerjiyə (yanacağa) qənaət, dolayı yolla təbiətə buraxılan zərərli qazların azaldılması deməkdir.

Nəticə olaraq rəqəmsal sənədləşmənin genişlənməsi karbon izinin azalmasına, su və enerji sərfiyyatının optimallaşmasına gətirib çıxarır. Bu cür dəyişikliklər yalnız ətraf mühitin qorunmasına deyil, həm də davamlı və yaşıl texnologiyalar əsasında inkişaf edən bir gələcəyə xidmət edir. SİMA yeni nəsil rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı www.sima.az saytından və “157” Zəng mərkəzi ilə əlaqə saxlayaraq əldə etmək mümkündür.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“AccessBank” “SİMA İmza” ilə öz xidmətlərini rəqəmsallaşdırıb

20-12-2024

“SİMA İmza” və “Yelo Bank”dan yenilik

25-04-2025

“Sizin Lombard”da kreditini “SİMA İmza” ilə rəsmiləşdir!

25-10-2024

“SİMA İmza” ilə “Expressbank”da depozit yerləşdirilməsi rəqəmsallaşdı

22-01-2026

“SİMA İmza” və “Baku Electronics”dən yenilik

27-02-2026

“SİMA İmza”nı yükləyənlərin sayı 2 milyonu ötdü

13-09-2024

Azercell müştəri xidmətlərini rəqəmsallaşdırmağa davam edir

12-08-2025

“SİMA İmza” ilə “Həyatın yaşam sığortası”nı məsafədən əldə etmək mümkün oldu

03-02-2024

“SİMA İmza” daha 3 platformaya inteqrasiya edilib

15-01-2025

“Kontakt”da alış-veriş artıq “SİMA İmza” ilə!

16-07-2025

“SİMA İmza” “Xalq” bankın internet bankçılıq sisteminə inteqrasiya edilib

17-12-2024

“SİMA İmza” ilə “Azpulmat”da kreditini anında rəsmiləşdir!

08-08-2024

“SİMA İmza” ilə insan resursları üzrə əməliyyatlar rəqəmsallaşıb

07-03-2024

“SİMA İmza” tətbiqinin yüklənmə sayı 3 milyonu ötüb

22-01-2025

“SİMA İmza” “Dostbank” mobil tətbiqinə inteqrasiya edilib

10-04-2025

Daha 5 qurum “SİMA İmza”nın tərəfdaşı olub

23-05-2025

“SİMA İmza”nın tərəfdaş sayı 100-ə çatıb

30-12-2025

“SİMA İmza” ilə banka getmədən kredit əldə etmək mümkündür

28-11-2023

Daha 3 maliyyə qurumu SİMA ilə tərəfdaş olub

28-01-2025

“SİMA İmza” ilə banka getmədən ATB-dən kart sifariş et!

05-04-2024

Ipoteka krediti və kirayə mənzilləri “SİMA İmza” ilə də əldə etmək olacaq

05-02-2026

SİMA ilə həyat sığortası məhsullarını əldə etmək imkanı yaradıldı

15-08-2022

“SİMA İmza” ilə elektron səhiyyə xidmətləri daha əlçatan oldu

21-06-2025

SİMA ilə “E-gov” sisteminə giriş daha əlçatan oldu

18-07-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə