Previous Next
Bağla

“SİMA İmza”nı yükləyənlərin sayı 2 milyonu ötdü

13-09-2024 15:18
“SİMA İmza”nı yükləyənlərin sayı 2 milyonu ötdü

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC tərəfindən yaradılmış “SİMA İmza” mobil tətbiqinin yüklənmə sayı 2 milyonu ötüb.

2022-ci ildə istifadəyə verilmiş tətbiq vasitəsilə vətəndaşlara, fərdi sahibkarlara və hüquqi şəxslərə SİMA yeni nəsil rəqəmsal imzanın üstünlükləri təqdim olunur. SİMA-da tətbiq edilən süni zəka və biometrik eyniləşdirmə elektron imza sektorunda etibarlılıq amilini yüksək səviyyəyə çatdırıb. Üztanıma texnologiyası isə tətbiqdən sui-istifadə hallarının qarşısının alınmasına xidmət edir.

Hüquqi olaraq əl imzasına bərabər sayılan “SİMA İmza” ilə hazırda 50-dən çox qurum öz xidmətlərini rəqəmsallaşdırıb. 150-ə yaxın dövlət elektron portalına giriş təmin edilib. Müxtəlif sahələr üzrə fəaliyyət göstərən 100-dən artıq qurumla inteqrasiya davam etdirilir.

“SİMA İmza” vətəndaşların və qurumların elektron imza əldə etməsi üçün xidmət mərkəzlərindən asılılığına son qoyub. İnternetə çıxış olan istənilən yerdə, istənilən vaxt smartfon vasitəsilə yeni nəsil rəqəmsal imzanın əldə olunması mümkündür. Bunun üçün sadəcə “SİMA İmza” tətbiqini smartfona yükləyib qeydiyyatdan keçmək kifayətdir.

Qeydiyyat təkcə şəxsiyyət vəsiqəsi ilə 1 dəqiqə ərzində yekunlaşır. İstənilən sistemə inteqrasiya oluna bilən “SİMA İmza” qurumlar üçün limitsiz sayda imzalama imkanı qazandırır. Bununla həm xərclərə, həm də vaxta qənaət edilir. Fiziki müraciətlərin qəbulu üçün əlavə işçi və kağız sənədlər saxlamağa, onları arxivləşdirməyə ehtiyac qalmır. Uzun və yorucu növbə prosesləri aradan qalxır. SİMA rəqəmsal imza ölkənin rəqəmsal transformasiyasını sürətləndirir. “SİMA İmza” mobil tətbiqi dövlət-özəl tərəfdaşlığı çərçivəsində həm vətəndaş məmnuniyyətinin yüksəldilməsinə, həm də şəxslərin rəqəmsal hökumət konseptindəki rolunun aktivləşməsinə təkan verir.
SİMA yeni nəsil rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı www.sima.az saytından və “157” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“SİMA İmza” tətbiqinin yüklənmə sayı 3 milyonu ötüb

22-01-2025

“AccessBank” “SİMA İmza” ilə öz xidmətlərini rəqəmsallaşdırıb

20-12-2024

SİMA İmza mobil tətbiqinin istifadəçi sayı 500 mini keçib

23-11-2023

“SİMA İmza” daha 3 platformaya inteqrasiya edilib

15-01-2025

“SİMA İmza”nın tərəfdaş sayı 100-ə çatıb

30-12-2025

“SİMA İmza”nın yüklənilmə sayı 5 milyonu ötüb

16-09-2025

“SİMA İmza” “Dostbank” mobil tətbiqinə inteqrasiya edilib

10-04-2025

Daha 5 qurum “SİMA İmza”nın tərəfdaşı olub

23-05-2025

“SİMA İmza” “Xalq” bankın internet bankçılıq sisteminə inteqrasiya edilib

17-12-2024

“SİMA İmza” ilə “Expressbank”da depozit yerləşdirilməsi rəqəmsallaşdı

22-01-2026

SİMA elektron gömrük xidmətlərini daha əlçatan etdi

23-06-2022

“SİMA İmza” ilə banka getmədən ATB-dən kart sifariş et!

05-04-2024

“SİMA İmza” və “Yelo Bank”dan yenilik

25-04-2025

“SİMA İmza” ilə elektron səhiyyə xidmətləri daha əlçatan oldu

21-06-2025

“SİMA İmza” ilə “digital.login”ə girişlərin həcmi 118 dəfə artıb

29-04-2025

“SİMA İmza” ilə “Həyatın yaşam sığortası”nı məsafədən əldə etmək mümkün oldu

03-02-2024

SİMA vasitəsilə iş yerlərindən arayışların alınması daha rahat oldu

14-06-2022

“SİMA İmza” ilə insan resursları üzrə əməliyyatlar rəqəmsallaşıb

07-03-2024

SİMA rəqəmsal imza Birbank-da!

26-05-2026

SİMA ilə “Etik İmza”da bütün sənədləri dərhal imzalamaq mümkün oldu

22-08-2022

“SİMA İmza”da FİN kod və seriya nömrəsi ilə qeydiyyat mümkün oldu

14-02-2024

“Sizin Lombard”da kreditini “SİMA İmza” ilə rəsmiləşdir!

25-10-2024

SİMA ilə “E-gov” sisteminə giriş daha əlçatan oldu

18-07-2022

SIMA “Portmanat” elektron pulqabına inteqrasiya olundu

14-03-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə