Previous Next
Bağla

Şirkətlərdə məlumat sızmaları 133 faiz artıb

11-10-2018 10:06
Şirkətlərdə məlumat sızmaları 133 faiz artıb

Niderlandın mobil telefonlar və kredit kartları üçün “Gemalto” çip istehsalçısı 2018-ci ilin birinci yarısının yekunları üzrə şirkətlərdə 4,6 milyard məlumat sızması qeydə alıb. Bu, bir il əvvəlin göstəricisini 133 faiz üstələyir.

Xeberler.az  bildirir ki, ICTnews Elektron Xəbər Xidmətinin məlumatına görə, məlumat sızması ilə əlaqədar ümumilikdə 945 insident baş verib. Bu göstərici 2017-ci ilin yanvar-iyununda 1162 təşkil edib. Kiberinsidentlərin çoxu Şimali Amerika (559), Avstraliya (308) və Böyük Britaniyada (22) qeydə alınıb.
Baş verən 945 məlumat sızmasının 256-sı səhiyyənin, 132-si maliyyə sektorunun, 86-sı təhsil müəssisələrinin, 68-i peşə xidməti sahəsi üzrə tədarükçü şirkətlərin, 61-i dövlət müəssisələrinin payına düşüb.

Cinayətkar fəaliyyət nəticəsində şirkətlər 6 ay ərzində 3,6 milyard məlumat itkisi ilə üzləşiblər ki, bu da 2017-ci ilin ilk yarısı ilə müqayisədə 1300 faiz çoxdur. Təsadüfi sızmalar nəticəsində itirilən məlumatların həcmi 47 faiz – 880 milyon məlumatadək azalıb.

Cinayətkarlar şirkətlərə daha çox (87,2 faiz) fərdi məlumatların oğurlanması üçün hücum edirlər. Populyarlığa görə ikinci hədəf maliyyə məlumatlarının ələ keçirilməsidir (2018-ci ilin birinci yarısında burada sızmanın həcmi 359 milyon məlumata bərabər olub). Sonrakı yerdə hesab məlumatlarının sızması (ələ keçirilən 220 milyon məlumat nümunəsi) yer alıb. İri sosial şəbəkələr, o cümlədən “Twitter” və “Facebook” oğurlanmış məlumatların sayına görə liderdir. Sonrakı mövqelərdə dövlət müəssisələri yer alıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Şirkətlər məlumat sızmasına görə 36,9 milyard dollar itirib

10-09-2015

“2014-cü ildə 1 milyarddan çox fərdi məlumat sızıb”

08-06-2015

Facebook istifadəçilərinin sayı azalıb

03-05-2015

2018-də ən çox kompüter satan şirkətlər - SİYAHI

12-01-2019

Bu ölkə məlumat itkisinin sayına görə liderdir

23-09-2016

“Apple” kompüterlərinin ABŞ-da satışı artmaqda davam edir

14-04-2015

Aktiv Facebook istifadəçilərinin sayı azalıb

02-03-2015

2021-ci ildə kiberhücumların sayında kəskin artım qeydə alınıb

15-07-2021

Dünyanın ən böyük kompüter istehsalçıları açıqlanıb

16-04-2019

İKT sektoru üzrə göstərilmiş xidmətlərin ümumi dəyəri artıb

15-12-2025

Bir ayda 134 milyon manata yaxın xidmət

17-02-2015

Azərbaycanda rabitə sektorunun gəlirləri 1 milyard manatı keçib

21-12-2010

Noutbuklar bazarının həcmi azalıb

15-07-2015

Elektrikli avtomobillərin satışı 59 faiz artıb

17-05-2018

Azərbaycanda elektron ticarətin həcmi artıb

19-04-2017

İnformasiya və rabitə xidmətlərindən 380 milyon manat gəlir əldə edilib

15-04-2015

Azərbaycanda Facebook istifadəçilərinin fəallığı azalıb

05-07-2015

Kart vasitəsilə edilən ölkədaxili nağdsız ödənişlərin həcmi artıb

25-02-2025

Azərbaycanın rabitə sektorunun satış həcmi 881 milyon dollar təşkil edib

20-10-2009

Kompüterlər bazarında yenidən azalma qeydə alınıb

12-10-2018

Ötən il ödəniş kartlarının 80 faizi təmassız ödənişləri dəstəkləyib

10-03-2025

Azərbaycanda sosial şəbəkədən istifadə edənlərin sayı artıb

05-10-2015

Mobil internet şəbəkələrinə qoşulmaların sayı artıb

08-09-2015

Elektron ticarətin həcmi 1,7 dəfə artıb

20-04-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə