Previous Next
Bağla

Ötən il ödəniş kartlarının 80 faizi təmassız ödənişləri dəstəkləyib

10-03-2025 13:51
Ötən il ödəniş kartlarının 80 faizi təmassız ödənişləri dəstəkləyib

2025-ci il yanvarın 1-nə dövriyyədə olan ödəniş kartlarının sayı 19,9 milyon ədəd təşkil edib, virtual kartlar istisna olmaqla ödəniş kartlarının 80 faizi təmassız ödənişləri dəstəkləyib.

Xeberler.az məlumat verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının illik “Rəqəmsal Ödənişlər İcmalı”nda bildirilir.

2023-cü illə müqayisədə ödəniş kartlarının sayı 17,6 faiz, o cümlədən təmassız kartların sayı 23,5 faiz artıb. Emissiya edilən ödəniş kartlarının 89 faizini (17,6 milyon ədəd) debet kartlar, 11 faizini (2,3 milyon ədəd) isə kredit kartları təşkil edib. Eyni zamanda virtual kartların sayı 22,8 faiz artaraq 1,9 milyon ədədə çatıb.

Dövriyyədə olan ödəniş kartlarının 9 faizini məhz virtual kartlar təşkil edib. 2024-cü il ərzində ölkə daxilində ödəniş kartları ilə aparılmış əməliyyatların ümumi həcmi 2023-cü illə müqayisədə 39 faiz artaraq 122,9 milyard manat, o cümlədən nağdsız ödənişlərin həcmi 61 faiz artaraq 78,9 milyard manat olub.

Ölkədə ödəniş kartları ilə aparılan nağdsız ödənişlərin böyük hissəsi elektron ticarət əməliyyatlarının payına düşüb. 2024-cü il ərzində elektron ticarət əməliyyatlarının sayı 2023-cü illə müqayisədə 83 faiz artaraq 1,003.4 milyon ədəd, həcmi isə 70 faiz artaraq 66,5 milyard manat olub. Təsərrüfat subyektlərində 2024-cü il ərzində POS-terminallar vasitəsilə aparılan nağdsız əməliyyatların sayı 2023-cü il ilə müqayisədə 49,3 faiz artaraq 621,9 milyon ədəd, həcmi isə 25,4 faiz artaraq 12,3 milyard manat olub. O cümlədən 2024-cü il ərzində POS-terminallarla aparılan təmassız ödənişlərin sayı 2023-cü il ilə müqayisədə 49,6 faiz artaraq 599,8 milyon ədəd, həcmi isə 29,1 faiz artaraq 11,5 milyard manat olub.

Aparılan təhlillər nəticəsində məlum olub ki, təsərrüfat subyektlərində quraşdırılan POS-terminalların sayının 1 faiz artması, token əməliyyatlarının həcminin 3,9 faiz artmasına təsir göstərir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Kart vasitəsilə edilən ölkədaxili nağdsız ödənişlərin həcmi artıb

25-02-2025

Ötən il “Apple Pay” və “Google Pay” ilə edilən ödənişlər 2 dəfə artıb

10-03-2025

Hökumət ödəniş portalı üzərindən əməliyyatların 66 faizi nağdsız formada aparılıb

26-04-2023

Azərbaycanda dövriyyədə olan bankomat və POS-terminalların sayı açıqlanıb

10-03-2025

Azərbaycanda bank kartlarının sayında və nağdsız ödənişlərdə böyük artım

26-12-2023

Nağdsız ödənişlərin 87 faizdən çoxu elektron ticarətin payına düşüb

30-08-2025

Dövriyyədə olan ödəniş kartlarının sayı artıb

25-07-2023

Azərbaycanda ödəniş kartlarının sayı 13 milyonu ötüb

25-01-2023

Apreldə ölkədaxili nağdsız əməliyyatların həcmi 1,9 dəfə artıb

24-05-2023

Mobil bankçılıq xidməti vasitəsilə müştəri köçürmələrinin həcmi artıb

10-03-2025

İyunda elektron ticarət üzrə 2 min 867 milyon manat nağdsız ödəniş edilib

27-07-2023

Azərbaycanda ödəniş kartlarının sayı 20%-ə qədər artıb

21-08-2023

İnternet bankçılıq xidmətilə aparılan müştəri köçürmələrinin həcmi artıb

12-03-2026

9 ayda "Milli Ödəniş Sistemləri" ilə edilən əməliyatlar 590 milyard manat olub

19-11-2025

Azərbaycanda nağdsız ödənişlərin həcmi artıb

08-11-2016

Kredit kart əməliyyatlarının sayı artıb

24-05-2012

Nağdsız valyuta bazarında 31,7 milyard dollarlıq əməliyyat aparılıb

16-02-2023

5 milyon manatılıq elektron ticarət dövriyyəsi olub

22-05-2024

Azərbaycanda nağdsız ödənişlərin həcmi artıb

10-09-2016

Azərbaycanda “Apple Pay” və “Google Pay” ilə aparılmış ödənişlərin məbləği açıqlandı

13-06-2023

Nağdsız ödəniş sisteminə qoşulan avtobusların sayı 2 minə çatdırılıb

10-01-2025

İKT sektoru üzrə göstərilmiş xidmətlərin ümumi dəyəri artıb

15-12-2025

Ödəniş kartları ilə aparılan əməliyyatların həcmi artıb

26-10-2015

Elektron ticarətin həcmi 1,7 dəfə artıb

20-04-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə