Previous Next
Bağla

Mobil internet şəbəkələrinə qoşulmaların sayı artıb

08-09-2015 10:22
Mobil internet şəbəkələrinə qoşulmaların sayı artıb

İsveçin Ericsson şirkətinin məlumatına görə, 2015-ci ilin ikinci rübündə dünyada mobil rabitənin nüfuzetmə səviyyəsi 99 faiz təşkil edib.

Xeberler.az RYTN-in rəsmi saytına istinadən məlumat verir ki, rüb ərzində 53 milyon yeni mobil qoşulma əlavə olunub ki, bunun da nəticəsində qoşulmuş SİM-kartların ümumi sayı 7,2 milyarda çatıb. Lakin dünyada real abunəçilərin sayı 4,9 milyarda yaxındır.

Mobil qoşulmaların illik ifadədə sayı təxminən 5 faiz, ötən ilin analoji rübü ilə müqayisədə 0,7 faiz artıb. İkinci rübdə xalis qoşulmaların sayına görə 12 milyon yeni qoşulma ilə Hindistan lider olub. Sonrakı yerlərdə Myanma (5 milyon), Nigeriya (4 milyon), ABŞ (4 milyon) və  Banqladeş (3 milyon) qərarlaşıb.

Analitiklərin məlumatına görə, 2015-ci ilin ikinci rübündə dünyada genişzolaqlı mobil internetə 140 milyon yeni qoşulma qeydə alınıb. Nəticədə dünyada genişzolaqlı mobil internetə qoşulmaların ümumi sayı 3,1 milyarda yaxınlaşıb. Bu göstəricinin illik artımı 25 faiz təşkil edir

WCDMA və HSPA şəbəkələrində 50 milyon yeni qoşulma əlavə olunub. LTE şəbəkələrində 115 milyon qoşulma qeydə alınıb və nəticədə “LTE” qoşulmalarının ümumi sayı 740 milyona çatıb. “GSM” şəbəkəsindən istifadə edən abunəçilərin ümumi sayı 70 milyon artıb. Bununla belə, yalnız “GSM” texnologiyasından istifadə edə bilən abunəçilərin sayı 80 milyon azalıb.

Hesabat dövründə təxminən 340 milyon smartfon satılıb. Smartfonların mobil telefonların ümumi satışında payı 75 faiz təşkil edib. 2014-cü ilin ikinci rübündə bu göstərici 65 faiz olub. Smartfonların bütün mobil qoşulmalarda payı 45 faizə bərabərdir. Bu, bazarın böyük artım potensialına malik olmasından xəbər verir.

Dünyada mobil trafikin aylıq həcmi 4 min petabaytı ötüb. Cari ilin ikinci rübündə mobil trafik 2014-cü ilin ikinci rübü ilə müqayisədə 15 faiz artaraq illik ifadədə 55 faiz yüksəlib. Trafikin artımı genişzolaqlı mobil internetə qoşulmaların sayının artması və trafikin bir abunəçi üçün istifadəsinin çoxalması ilə əlaqədardır. Lakin trafik üzrə məlumatlar ölkələr, regionlar və operatorlara görə ciddi fərqlənir.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

SİM kartların sayı Yer kürəsi əhalisinin sayına yaxınlaşıb

04-06-2015

4G şəbəkəsi abunəçilərinin sayı 1 milyardı ötüb

11-03-2016

Dünyada internetin sürəti 14 faiz artıb

18-12-2015

Qeydiyyatdan keçən domenlərin sayı 300 milyona yaxınlaşır

06-06-2015

Dünyada hər 10 nəfərin 7-si smartfon sahibi olacaq

03-06-2015

Smartfonların satış həcmi artıb

19-11-2015

Smartfonlar bazarının artımı zəifləyib

21-08-2015

“Tesla”nın mənfəəti artıb

23-04-2026

Bir ayda 134 milyon manata yaxın xidmət

17-02-2015

“Facebook”un mobil istifadəçilərinin sayı 1,25 milyarda çatıb

23-04-2015

“5G” smartfonlarının satışının 70 faizi Çinin payına düşür

28-09-2020

“LTE” abunəçilərinin sayı 1,4 milyard nəfərə çatacaq

16-06-2015

Dünyada kriptovalyuta milyonerlərinin sayı iki dəfə artıb

28-08-2024

LTE abunəçilərinin sayı 1 milyarda çata bilər

17-11-2015

Yer kürəsinin hər ikinci sakini İnternetdən istifadə edəcək

27-05-2015

Qeydiyyatdan keçən domenlərin sayı artır

03-07-2015

İl ərzində mobil videonun həcmi 100 faiz yüksəlib

29-06-2015

TV panellərin tədarükü 201 milyonu ötüb

22-10-2015

Mobil telefonlar bazarında artım müşahidə olunur

29-04-2015

Azərbaycanda rabitə sektorunun gəlirləri 1 milyard manatı keçib

21-12-2010

Elektron ticarət sektoruna hücumların sayı artıb

22-08-2015

“Apple” kompüterlərinin ABŞ-da satışı artmaqda davam edir

14-04-2015

İKT sahəsinin gəlirləri 10 faiz artıb

27-07-2015

İnkişaf etməkdə olan bazarlarda smartfonların satışı artıb

29-05-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə