Previous Next
Bağla

Süni intellekt tərəfindən yazılmış povest müsabiqəyə təqdim olunub

30-03-2016 12:20
Süni intellekt tərəfindən yazılmış povest müsabiqəyə təqdim olunub

Yaponiya alimləri insanın nəzarəti altında hekayə və povestlər yaza bilən süni intellekt yaratmağa müvəffəq olublar.

Həmin süni intellekt tərəfindən yazılmış povest Yaponiyada məşhur “Xoşi Şiniçi” adına ədəbiyyat müsabiqəsinə qəbul olunub.

Xeberler.az ict.az-a istinadən məlumat verir ki, mütəxəssislər uzun müddətdir ki, insan kreativliyini emulyasiya edə bilən süni intellekt yaratmağa çalışırlar. Buna nail olmuş yapon istehsalçılarının komandasına rəhbərlik edən professor Xitoşi Matsubara bildirib ki, süni intellektin hekayə yazması üçün ona əsərin qəhrəmanı haqqında məlumat, süjetin ümumi sözlərlə təsviri, həmçinin istifadə edə biləcəyi söz, ifadə və cümlələrin siyahısı verilib. Süni intellektin əsas vəzifəsi bütün elementləri vahid strukturda birləşdirmək, povestin oxunaqlı və maraqlı olmasını təmin etmək olub.

Nəticədə “Kompüterin povest yazdığı gün” adlı əsər işıq üzü görüb. Əsas qəhrəman özündə yazıçılıq istedadını aşkar etmiş süni intellekt olub. Münsiflərdən biri əsərdə personajların aydın təsvir olunmadığını bildirib və povest müsabiqəni tərk edib. Qeyd etmək lazımdır ki, münsiflərə əsərlər və müəlliflər barədə öncədən məlumat verilməyib.

Süni intellekt sahəsində əldə olunan nailiyyətlər göstərir ki, yaxın gələcəkdə maşın insanla müxtəlif yaradıcılıq sahələrində yarışa biləcək.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Süni İntellekt Sistemləri hazırlayan startap 15 milyon dollar investisiya əldə edib

28-03-2025

Süni intellekt albom üçün musiqi yazıb

25-08-2017

Süni intellekt insanı bir çox sahələrdə üstələyəcək

05-06-2017

Süni intellekt hüquqşünas vəzifəsini icra edəcək

13-05-2016

Yaponiya süni intellektin inkişafına sərmayə yatıracaq

26-08-2015

Bill Qeyts: Süni intellekt bu peşələri əvəz edə bilməyəcək

28-03-2025

Süni intellekt laboratoriyası fəaliyyətə başlayıb

02-10-2017

Süni intellekt üzrə dərc olunan elmi əsərlərin xülasələri toplusu dərc olunub

28-03-2026

Sədr: "ASAN xidmət"in fəaliyyətində süni intellektin tətbiqinin uğurlu nəticələri görünür

02-12-2025

“Google” süni intellektin silah istehsalı ilə bağlı prinsiplərini yeniləyib

05-02-2025

Milli Süni İntellekt Mərkəzi 3 süni intellekt layihəsini istifadəyə verib

11-12-2025

Məşhur robot vəsait toplayır-Səbəb

30-11-2017

İranda Süni İntellekt Mərkəzi yaradılır

29-10-2025

Süni intellekt insanı nə vaxt əvəz edəcək?

04-04-2018

Süni intellekt üzrə prioritet sektorların siyahısı hazırlanacaq

19-03-2025

“AI Index Report 2026”: Süni intellekt sürətlə inkişaf edir

16-04-2026

Azərbaycanda Süni İntellekt Akademiyası yaradılacaq

19-03-2025

"Vikipediya" süni intellekt ilə məqalə yaradılmasına qadağa qoyub

27-03-2026

Meta “Play AI”ni satın alıb

15-07-2025

Süni intellektin inkişafı üçün əlverişli biznes mühiti yaradılacaq

19-03-2025

“Müasir incəsənət məkanında süni intellekt” mövzusunda konfrans keçirilir

11-04-2025

Süni intellektin inkişafına dair məruzə dinlənilib

03-04-2025

“Süni intellekt və insan hüquqları: ” adlı maarifləndirici nəşr hazırlanıb

04-05-2026

Yaponiya texnologiya nəhəngləri süni intellekt sahəsində inhisara qarşıdır

03-10-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə