Previous Next
Bağla

Məşhur robot vəsait toplayır-Səbəb

30-11-2017 11:06
Məşhur robot vəsait toplayır-Səbəb

Son zamanlar xüsusi populyarlıq qazanan Humanoid Sofiya “Ümumdünya süni intellekt”in yaradılması üçün vəsait toplayır.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, robot hər kəsi açıq süni intellekt platforması yaradan “SingularityNET” layihəsinə sərmayə qoymağa səsləyib.

İnvestorlar tərəfindən əldə edilmiş tokenlərlə “Ümumdünya süni intellekt” meydançasında xidmətlər və məhsulları almaq mümkün olacaq.

Şirkət “qlobal beyin” – süni intellekt alqoritmləri və hesablama gücündən istehsalçılar və şirkətlərin müxtəlif problemlərini həll edə biləcək sistem yaratmaq niyyətindədir. Əlaqədar müştərilər tokenlər ödəməklə, qlobal süni intellektin gücündən istifadə edə biləcəklər.

Gəlir əldə etmək istəyən istehsalçılar öz həllərini ümumi kitabxanaya əlavə etməyə çalışacaqlar. Sistem süni intellekt nəhənglərinin hakimiyyətindən azad və açıq olacaq. Planlara əsasən, istehsalçılar onun inkişafında maraqlı olacaqlar. Beləliklə, blokçeyn əsasında xüsusi süni intellekt platforması meydana çıxacaq.

Layihənin ideyası robot texnikası üzrə mütəxəssis və tanınmış süni intellekt istehsalçısı Ben Qerselə aiddir. O, süni intellekt bazarında oliqopoliyanı (bu kimi bazarlarda sadəcə bir neçə dominant (üstün) şirkət fəaliyyət göstərir) məhv etmək istəyir.

“SingularityNET”in hədəfi süni intellekt üçün desentralizasiya olunmuş şəbəkənin yaradılmasıdır. Onun hüceyrələrinin hər birində bir alqoritm olacaq və bütün şəbəkənin arxasında ondan öz ehtiyacları üçün istifadə edən korporasiyalar və ya hökumətlər dayanmayacaq.

Layihə müəllifinin fikrincə, süni intellekt ən yaxşı beyinləri satın alan böyük korporasiyalara aid olmamalıdır. Süni intellektin arxasında insanlar olmalıdır. Yalnız belə süni intellekt cəmiyyət üçün faydalı və şəffaf olacaq.

İnsan şüuru səviyyəsində alqoritm korporasiya tərəfindən yaradılarsa, o, ilk növbədə əhalidən əlavə gəlirin əldə edilməsi üçün istifadə ediləcək. Hökumət isə təbii olaraq, ondan vətəndaşların izlənilməsi üçün istifadə edəcək.

Bu platformada böyük şirkətlərlə yanaşı, xırda istehsalçılar da öz xidmətlərini təklif edə biləcəklər. Qersel bildirib ki, blokçeyn sağlam rəqabəti təmin edə və süni intellektin sonrakı inkişafına təkan verə biləcək.

Əvvəlcə kompüter görməsi alqoritmləri və ya səsin tanınması kimi sadə həllər meydana çıxacaq. Lakin gələcəkdə platforma istehsalçılara özlərini inkişaf etdirməkdə kömək edəcək. Desentralizasiya olunmuş platformada dövlət və ya hər hansı bir şirkət prosesə nəzarət edə və onu dəyişdirə bilməyəcək. Məhsulları həqiqətən yaxşı olan proqramçılar heç bir maneə olmadan gəlir əldə edəcəklər.

Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Süni intellekt üzrə bakalavr proqramı başlayır

22-05-2018

Gələcəkdə insan bədənini əvəzləmək mümkün olacaq

06-02-2018

Süni intellekt laboratoriyası fəaliyyətə başlayıb

02-10-2017

Süni intellekt tərəfindən yazılmış povest müsabiqəyə təqdim olunub

30-03-2016

Süni intellekt insanı bir çox sahələrdə üstələyəcək

05-06-2017

Yaponiya süni intellektin inkişafına sərmayə yatıracaq

26-08-2015

AK süni intellektə investisiya cəlb etmək üçün təşəbbüs başladır

11-02-2025

Apple süni intellekt mütəxəssislərini əməkdaşlığa cəlb edir

08-09-2015

Texnologiya parklarında süni intellekt texnologiyaları istehsal olunacaq

19-03-2025

Pavel Durov Astanada süni intellekt laboratoriyasının açılışını elan edib

02-10-2025

Robot ölkəyə rəhbərlik edəcək

20-06-2017

Apple öz süni intellekt çiplərini istehsal edəcək

19-12-2025

Süni intellekt 2,3 milyon yeni iş yeri yaradacaq

20-12-2017

Süni intellekt Strategiyasının məqsədləri məlum olub

19-03-2025

İsrailli nümayəndə: Süni intellektlə bağlı yeni iş imkanları yaranacaq

16-10-2025

IBM kibertəhlükəsizlik problemlərini süni intellektlə həll edəcək

18-10-2018

Süni intellekt insanların 3D-modelini yaradır

23-04-2018

Microsoft WCO IT/TI 2019 Konfrans və Sərgisində iştirak edir

11-06-2019

Süni intellekt istənilən mağazanı avtomatlaşdıracaq

02-03-2018

Azərbaycanda Süni İntellekt Akademiyası yaradılacaq

19-03-2025

Süni intellekt müsabiqədə münsif olacaq

06-02-2018

Nvidia yeni nəsil süni intellekt çipini təqdim edib

20-05-2025

Mask: Süni intellekt 2031-ci ilə qədər bəşəriyyətdən daha ağıllı ola bilər

23-01-2026

Süni intellekt proqramı vasitəsilə ali məktəbə qəbul olmaq mümkün olacaq

19-11-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə