Bu gün “Təhsildə Əməkdaşlıq” Proqramı üzrə Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə “Microsoft” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb. Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, Təhsil Nazirliyi ilə “Microsoft” şirkətinin Anlaşma Memorandumu çərçivəsində əməkdaşlığı “2008-2012-ci illərdə Azərbaycanda təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”na dəstək məqsədilə həyata keçirilir.
Tədbirdə çıxış edən “Microsoft” şirkətinin Orta və Qərbi Avropa üzrə “Təhsildə Əməkdaşlıq” Proqramının rəhbəri Teodor Milev Azərbaycanla əməkdaşlığı davam etdirəcəklərinə hazır olduqlarını deyib. Onun sözlərinə görə, bundan sonra da müəllimlərin, şagirdlərin uğur qazanması üçün məktəblərə kömək etməyə hazırıq.
Tədbirin davamında Təhsil Nazirliyi ilə “Microsoft” şirkəti arasında Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilib. Anlaşma Memarandurumunu təhsil naziri Misir Mərdanov, “Microsoft” şirkətinin Orta və Qərbi Avropa üzrə “Təhsildə Əməkdaşlıq” Proqramının rəhbəri Teodor Milev və “Microsoft Azərbaycan” şirkətinin baş direktoru Teymur Axundov imzalayıb.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri