Previous Next
Bağla

Azərbaycan Dünya İnnovativ Təhsil Forumunda iştirak edəcək

25-10-2010 17:48
Azərbaycan Dünya İnnovativ Təhsil Forumunda iştirak edəcək

Bakı şəhərinin 8 saylı  məktəbin riyaziyyat müəllimi İlhamə Əkpərova “Çoxüzlülər bizim ətrafımımızdadır” layihəsi ilə Azərbaycanı 26-29 oktyabr tarixində Cənubi Afrika Respublikasının Keyptaun şəhərində keçiriləcək Dünya İnnovativ Təhsil Forumunda təmsil edəcəkdir. İ.Əkpərova bu ilin mart ayında Berlində keçirilən Avropa İnnovativ Müəllimlər Müsabiqəsində yarımfinalçılar siyahısına düşərək bu imkanı əldə etmişdir. Forumda həmçinin “Təhsildə əməkdaşlıq” proqramı üzrə «Microsoft Azərbaycan» şirkətinin meneceri Emin Axundov da iştirak edəcəkdir.

İ.Əkpərova ölkəmizi Təhsil Nazirliyi və “Microsoft Azərbaycan” şirkəti tərəfindən həyata keçirilən, MƏDƏD, ULTRA, İnetl, HP tərəfindən dəstəklənən Azərbaycan üzrə İnnovativ Müəllimlər Müsabiqəsinin qalibi kimi təmsil edəcəkdir.  “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində ümumtəhsil məktəb müəllimlərinin Motivasiya sisteminin formalaşmasına dəstək məqsədi də daşıyır.

Müsabiqə innovasiya yanaşmasının və informasiya texnologiyalarının yardımılə məktəbin dərs proqramını daha səmərəli şəkildə tədris etməyə imkan verən ən yaxşı təhsil layihələrinin müəyyən edilməsinə istiqamətlənmişdir.

Microsoft korporasiyası tərəfindən keçirilən Ümumdünya İnnovativ Təhsil Forumu təhsil sahəsində ən mötəbər müsabiqələrdəndir. Bu tədbir məktəb müəllimlərinə və direktorlara innovativ tədris və təhsil çərçivəsində texnologiyaları bir alət kimi daha da efektiv şəkildə istifadə etməyə yardım edir. Builki tədbirdə 75-dən çox ölkəni təmsil edən 500-dən çox müəllim, direktor, KİV nümayəndəlirinin və təhsil sahəsində çalışan digərlərinin iştirakı gözlənilir. Tədbirdə iştirak edəcək müəllimlər 13 Ümumdünya İnnovativ Təhsil Mükafatlarından birinə sahib olmaq üçün yarışacaqlar. Həmin müəllimlər təmsil etdikləri ölkələrdə keçirilmiş müsabiqənin qalibləridirlər. Tədbirdə iştirak edəcək direktorlar dünyanın bir neçə ən innovativ orta məktəblərini təqdim edəcəklər.

Qeyd etmək lazımdır ki, Microsoft şirkəti ilk dəfədir ki, sözügedən tədbiri Asiya/Afrika regoinunda keçirir. 
                                                                                                             xeberler.az/Ellada

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İnnovativ müəllimlər müsabiqəsinin yekunları elan edildi

09-02-2010

Azərbaycanda innovativ müəllimlər müsabiqəsi elan olundu

18-06-2009

Azərbaycanda “İnnovativ müəllimlər” müsabiqəsi keçirilir

13-01-2009

İnnovativ müəllimlər müsabiqəsində 200-dən artıq müəllim iştirak edir

04-02-2009

Azərbaycan “Microsoft” tərəfindən təşkil olunacaq konfransda təmsil olunacaq

03-07-2009

Azərbaycan müəllimlərinin innovativ layihələri Xorvatiyada və Bolqarıstanda tətbiq olunacaq

08-04-2009

London şəhərində “İnnovativ məktəb” mövzusunda beynəlxalq konfrans keçirilib

23-01-2009

“Elektron Təhsil” Respublika müsabiqəsinin nominantları müəyyənləşdirildi

10-06-2010

«İnnovativ Müəllimlər» Müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirildi

28-02-2009

Azərbaycan Microsoft-un “Həmkara dəstək” proqramında iştirak edəcək

18-09-2010

“Elektron Təhsil” Ümumrespublika müsabiqəsinə start verilir

05-04-2010

“Elektron Təhsil” Respublika müsabiqəsinə 1092 lahiyə təqdim olunub

17-05-2012

“E-Məktəb” sistemi 10 məktəbdə tam istifadəyə verildi

01-06-2010

“Microsoft” Azərbaycandakı fəaliyyətinə dair hesabat təqdim edib

25-12-2010

“İnnovativ Müəllimlər” müsabiqəsinin final mərhələsi 25 fevral tarixində keçiriləcək

20-02-2009

«İnnovativ Müəllimlər» Müsabiqəsinin qalibləri bəlli oldu

27-02-2009

“Elektron məktəb” layihəsi çərçivəsində müəllimlər üçün İKT təlimləri keçirilir

07-05-2009

Təhsil nazirliyinin elektron tədris resursların qiymətləndirilməsi üzrə Şurası yaradılmışdır

10-02-2010

Bakıda İKT-nin təhsildə tətbiqi müzakirə olunacaq

24-11-2008

Azərbaycan Microsoft-un “Həmkara Dəstək” proqramında iştirak edə bilər

03-03-2010

Təhsil sisteminin informasiyalaşdırılması ilə əlaqədar konfrans keçiriləcək

11-06-2009

Təhsil Nazirliyi ilə “Microsoft” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb

10-12-2009

“Təhsil, Elm, İnformasiya Texnologiyaları” Festivalı öz işinə başladı

23-06-2010

“Elektron Təhsil” Respublika müsabiqəsində iştirakçıların qeydiyyatı başa çatdı

26-05-2010





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə