Previous Next
Bağla

Təhsilin rəqəmsallaşdırılması ilə bağlı brifinq keçirilib

24-02-2026 17:56
Təhsilin rəqəmsallaşdırılması ilə bağlı brifinq keçirilib

Ölkə üzrə təhsilin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən tədbirlərə dair media nümayəndələri üçün brifinq təşkil olunub. Brifinqi Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov aparıb.

Xeberler.az bildirir ki, tədbirdə təhsil sistemində rəqəmsal transformasiyanın əsas istiqamətləri, əldə olunan nəticələr və qarşıda duran strateji hədəflər barədə geniş məlumat verilib.

Bildirilib ki, təhsilin rəqəmsallaşdırılması üç əsas istiqamət üzrə həyata keçirilir: Azərbaycan Təhsil Şəbəkəsinin genişləndirilməsi, təhsil müəssisələrinin İKT avadanlıqları ilə təminatının gücləndirilməsi və rəqəmsal həllərin tətbiqi. Son illərdə təhsil müəssisələrində internet trafiki artıb, şəbəkə infrastrukturu modernləşdirilib və kompüter təminatı yaxşılaşdırılıb. 2026-cı ilin sonunadək kompüter–şagird nisbətinin 1:6 səviyyəsinə çatdırılması planlaşdırılır.

Qeyd olunub ki, Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi çərçivəsində məktəbəqədər, ümumi, peşə, ali və xaricdə təhsil pillələri üzrə informasiya sistemləri vahid platformada birləşdirilib. Hazırda 40-dan çox informasiya sistemi MyGovİD / SİMA vahid giriş mexanizminə qoşulub və Elektron Hökumət İnformasiya Sistemi ilə inteqrasiya olunub.

Bununla yanaşı, 8 adda təhsil arayışı və “Təhsil ödənişləri” xidməti MyGov platformasına inteqrasiya edilib. Ali və orta ixtisas təhsili üzrə köçürülmə, abituriyentlərin elektron qeydiyyatı və məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesləri artıq elektron formada həyata keçirilir.

“Rəqəmsal Məktəb” platformasının 2025-ci ilin sentyabr ayından etibarən Bakı şəhərində tətbiq edildiyi bildirilib. Hazırda platformadan 354 məktəb, 543 mindən çox şagird, 360 mindən artıq valideyn və 44 mindən çox müəllim istifadə edir. Platforma çərçivəsində I–XI siniflər üzrə 9 mindən çox tədris videosu və rəqəmsal resurs hazırlanaraq istifadəyə verilib.

Brifinqdə həmçinin Microsoft ilə əməkdaşlıq çərçivəsində Copilot süni intellekt alətinin “Rəqəmsal Məktəb” platformasına inteqrasiya edildiyi qeyd olunub. Bu alət müəllimlərə dərs planlaşdırılması, tədris materiallarının hazırlanması və məzmunun təhlili kimi istiqamətlərdə dəstək verir.

Eyni zamanda bildirilib ki, Nazirlər Kabinetinin yeni qaydalarına əsasən diplomlar, attestatlar və sertifikatlar tam elektron formatda təqdim olunacaq. Təhsil sənədləri elektron sistem üzərindən əldə ediləcək və onlayn doğrulama imkanı təmin olunacaq.

Sonda vurğulanıb ki, həyata keçirilən tədbirlər təhsildə əlçatanlığın və keyfiyyətin artırılmasına, rəqəmsal bacarıqların inkişafına və müasir təhsil mühitinin formalaşdırılmasına xidmət edir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Nazirlik rəsmisi: 8 növ təhsil xidməti “myGov”a inteqrasiya edilib

Nazirlik rəsmisi: 8 növ təhsil xidməti “myGov”a inteqrasiya edilib

24-02-2026
Təhsildə rəqəmsallaşma və süni intellekt həlləri genişlənir

Təhsildə rəqəmsallaşma və süni intellekt həlləri genişlənir

15-07-2026
“Rəqəmsal məktəb” platforması 500 mindən çox şagirdi əhatə edir

“Rəqəmsal məktəb” platforması 500 mindən çox şagirdi əhatə edir

04-07-2025
“Rəqəmsal məktəb” platformasından istifadə edənlərin sayı 900 mini ötüb

“Rəqəmsal məktəb” platformasından istifadə edənlərin sayı 900 mini ötüb

10-07-2026
Təhsil platformasının istifadəçilərinin sayı 2 milyona çatacaq

Təhsil platformasının istifadəçilərinin sayı 2 milyona çatacaq

15-07-2026
Təhsil sahəsində bütün elektron xidmətlər vahid giriş sistemi ilə inteqrasiya edilib

Təhsil sahəsində bütün elektron xidmətlər vahid giriş sistemi ilə inteqrasiya edilib

15-07-2026
Bakı məktəblərində “Rəqəmsal məktəb” platforması tətbiq olunacaq

Bakı məktəblərində “Rəqəmsal məktəb” platforması tətbiq olunacaq

15-09-2025
“mygov” platformasına yeni təhsil xidmətləri inteqrasiya edilib

“mygov” platformasına yeni təhsil xidmətləri inteqrasiya edilib

01-06-2026
"mygov"a yeni təhsil xidmətləri inteqrasiya edilib

"mygov"a yeni təhsil xidmətləri inteqrasiya edilib

14-05-2026
“Rəqəmsal məktəb” platforması: “Microsoft Copilot”

“Rəqəmsal məktəb” platforması: “Microsoft Copilot”

17-03-2026
Bakı məktəblərində “Rəqəmsal məktəb” platforması istifadəyə verilir

Bakı məktəblərində “Rəqəmsal məktəb” platforması istifadəyə verilir

06-02-2025
Nazir: Tədris prosesinin rəqəmsallaşdırılması nəzərdə tutulur

Nazir: Tədris prosesinin rəqəmsallaşdırılması nəzərdə tutulur

29-06-2026
Təhsil haqqında dövlət sənədləri elektron formada veriləcək

Təhsil haqqında dövlət sənədləri elektron formada veriləcək

08-01-2026
“Rəqəmsal məktəb”platformasından 685 mindən çox istifadəçi yararlanır

“Rəqəmsal məktəb”platformasından 685 mindən çox istifadəçi yararlanır

05-01-2026
Məktəbəqədər təhsil müəssisələrinə elektron qəbul başlayır

Məktəbəqədər təhsil müəssisələrinə elektron qəbul başlayır

02-07-2026
20 ali məktəb lisenziyalı “Microsoft” alətləri ilə təmin olunacaq

20 ali məktəb lisenziyalı “Microsoft” alətləri ilə təmin olunacaq

03-06-2026
Təhsil sənədlərinin “mygov” üzərindən təqdim olunması artıq tam hüquqidir

Təhsil sənədlərinin “mygov” üzərindən təqdim olunması artıq tam hüquqidir

10-01-2026
Azərbaycan təhsilin rəqəmsal transformasiyası üzrə növbəti beynəlxalq tədbirdə iştirak edib

Azərbaycan təhsilin rəqəmsal transformasiyası üzrə növbəti beynəlxalq tədbirdə iştirak edib

24-05-2022
“Rəqəmsal məktəb” platformasına “SİMA İmza” ilə giriş təmin edilib

“Rəqəmsal məktəb” platformasına “SİMA İmza” ilə giriş təmin edilib

07-04-2025
Agentlik: 10 min şagird kompüter əsaslı monitorinqə cəlb olunacaq

Agentlik: 10 min şagird kompüter əsaslı monitorinqə cəlb olunacaq

08-05-2025
Azərbaycanda diplomların elektron formatda verilməsinə başlanılıb

Azərbaycanda diplomların elektron formatda verilməsinə başlanılıb

15-07-2026
Elektron qəbul yalnız dövlət bağçalarına aiddir

Elektron qəbul yalnız dövlət bağçalarına aiddir

08-06-2022
Bütün təhsil sənədləri tamamilə elektronlaşdırılacaq

Bütün təhsil sənədləri tamamilə elektronlaşdırılacaq

24-02-2026
Uşaqların I sinfə elektron qəbulu prosesi davam edir

Uşaqların I sinfə elektron qəbulu prosesi davam edir

20-06-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə