Previous Next
Bağla

Azərbaycan təhsilin rəqəmsal transformasiyası üzrə növbəti beynəlxalq tədbirdə iştirak edib

24-05-2022 21:33
Azərbaycan təhsilin rəqəmsal transformasiyası üzrə növbəti beynəlxalq tədbirdə iştirak edib

“Açıq Təhsil Təhlili” (“Open Education Analytics”) rəqəmsal icmaya üzv ölkələrin görüşü baş tutub. Görüşdə üzv ölkələrlə yanaşı Misir, El Salvador, Estoniya, Hindistan, İsrail, Malayziya, Nigeriya, Oman, Filippin, Sinqapur, Tunis təhsil nazirlikləri və departamentlərinin  rəhbər heyəti iştirak edib. 

 

Xeberler.az bildirir ki, görüş çərçivəsində rəqəmsal təhsil ekosisteminin formalaşdırılması üzrə müxtəlif ölkələrdə tətbiq olunan yeniliklər təqdim edilib. 

 

Görüşdə iştirak edən Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov Azərbaycanda pandemiya zamanı tətbiq olunan “Virtual məktəb” layihəsi və post pandemiya dövründə təhsilin rəqəmsal transformasiyası təşəbbüsləri barədə çıxış edib. Vüsal Xanlarov qeyd edib ki, Azərbaycanda bütün təhsil pillələri üzrə yeni informasiya sistemləri qısa zamanda yaradılaraq istifadəyə verilib, nəticədə data və süni intellektin effektiv tətbiqi üçün geniş perspektivlər yaranıb.
  
Daha sonra, ABŞ-ın Corciya ştatının təhsil departamentində tətbiq olunan süni intellekt həlləri dinlənilib, təqdimatlar əsasında ölkələr arasında müzakirələr aparılıb və Azərbaycanda təhsilin rəqəmsal transformasiyası üzrə aparılan işlər iştirakçılar tərəfindən uğurlu qiymətləndirilib. 

 

Qeyd edək ki, “Açıq Təhsil Təhlili” “Microsoft” korporasiyasının təhsil istiqaməti tərəfindən əlaqələndirilir və təhsil sahəsində müasir analitika üçün bilik mübadiləsini, əməkdaşlığı, təhsil resurslarını və ən yaxşı təcrübələri təşviq edir. Bu icma eyni zamanda üzv ölkələrin təhsil sistemlərinin data əsaslı təhlil alətlərini təkmilləşdirmək  üçün  mütəmadi görüşlər təşkil edir. Təhsil Nazirliyi icmada digər 4 ölkənin -  ABŞ, Finlandiya, Birləşmiş Ərəb Əmirlikləri və Avstraliya nümayəndələri ilə yanaşı, 2020-ci ildən etibarən iştirak edərək, ölkədə pandemiya dövründə qurulmuş məsafədən təhsil,  elektron xidmətlər və informasiya sistemlərinin tətbiqi təcrübəsini bölüşür.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Müəllim” mobil tətbiqi istifadəyə verilir

24-02-2026

Təhsil Sisteminin İnformasiyalaşdırılması idarəsinin rəisi beynəlxalq tədbirdə iştirak edir

19-09-2024

Təhsilin İnkişafı Fondu ilk rəsmi sənədini imzaladı

14-07-2022

Nazirlik rəsmisi: 8 növ təhsil xidməti “myGov”a inteqrasiya edilib

24-02-2026

Təhsilin rəqəmsallaşdırılması ilə bağlı brifinq keçirilib

24-02-2026

Azərbaycan nümayəndə heyəti “Elektron məktəb – 2011” adlı beynəlxalq konfransda iştirak edəcək

08-09-2011

Təhsil Nazirliyində yeni təyinat

19-02-2018

Bakıda Ali təhsilin rəqəmsal transformasiyası seminarı keçirilib

04-01-2019

Microsoft Bakıda növbəti seminar keçirib

03-04-2018

Bütün təhsil sənədləri tamamilə elektronlaşdırılacaq

24-02-2026

Azərbaycan təhsil sahəsində yeni texnologiyaları öyrənir

16-11-2023

Dubayda Azərbaycan təhsilində İKT-nin tətbiqi və distant təhsil müzakirə olunub

06-03-2013

“Elektron Təhsil” Ümumrespublika müsabiqəsinə start verilir

05-04-2010

Azərbaycan “Microsoft” tərəfindən təşkil olunacaq konfransda təmsil olunacaq

03-07-2009

Qrant layihəsinin təqdimatı keçirilib

30-08-2018

“Rəqəmsal məktəb” platforması 500 mindən çox şagirdi əhatə edir

04-07-2025

Distant təhsil formasının tətbiqində ləngiyirik

18-07-2013

Təhsil Sistemində Elektron Tədris Resurslarını Qiymətləndirən Şura yaradılacaq

07-10-2009

STEAM layihəsi paytaxt məktəblərində

27-01-2020

“E-Məktəb” sistemi 10 məktəbdə tam istifadəyə verildi

01-06-2010

Azərbaycan təhsilində İKT-nin tətbiqi Moldovada keçirilən İKT sammitində müzakirə olundu

26-04-2013

Süni intellekt texnologiyalarının təhsildə tətbiqinə dair görüş keçirilib

30-05-2025

“Elektron məktəb” layihəsinə 1000 məktəb qoşulacaq

04-04-2012

UNEC-in rektoru: “Azərbaycan distan təhsil ixrac edən mərkəzə çevrilə bilər”

04-05-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə