Previous Next
Bağla

TESS orbital teleskopu əsas missiyasını başa vurub

12-08-2020 09:35
TESS orbital teleskopu əsas missiyasını başa vurub

TESS orbital teleskopu əsas missiyası çərçivəsində bütün tapşırıqları yerinə yetirib, gecə səmasının xəritəsini 75 faiz təfsilatı ilə çəkib və Günəş sistemindən kənarda indiyədək məlum olmayan onlarca planeti kəşf edib.

Xeberler.az bildirir ki, bu barədə ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyinin (NASA) Qoddard adına Kosmik Uçuşlar Mərkəzinin (GSFC) mətbuat xidməti məlumat yayıb. Kosmik Uçuşlar Mərkəzində TESS layihəsinin elmi rəhbəri Patrisiya Boyd deyib: “Teleskopumuz iki ildir çox keyfiyyətli müşahidə aparır, ən müxtəlif elmi problemləri öyrənən həmkarlarımız üçün maraqlı olacaq məlumatlar əldə edir. TESS-in genişlənmiş missiyasını işə salaraq, deyə bilərik ki, onun əsas hissəsi uğurla başa çatıb”.

Ekzoplanetləri müşahidə etmək üçün nəzərdə tutulan TESS orbital teleskopu kosmosa 2018-ci ilin aprelində göndərilib. O, 2009-cu ildə kosmosa göndərilmiş və 8 il ərzində dörd mindən çox ekzoplanet kəşf etmiş Kepler teleskopunu əvəz edir.

Fəaliyyətinin birinci mərhələsində səmada Qu və Lira bürclərinin kəsişməsində yerləşən hissəni müşahidə etmiş Keplerdən fərqli olaraq, TESS əsas və genişlənmiş missiyası zamanı Qalaktikanın müxtəlif hissələrini müşahidə edərək “sərbəst rejimdə” işləyəcək.

Belə ki, iki il ərzində artıq 66 təsdiqlənmiş ekzoplanet kəşf edilib və 2 mindən çox namizəd aşkarlanıb. Bunların bir hissəsi çox parlaq səma cisimlərinin kənarlarında aşkarlanıb ki, onları Kepler prinsipcə müşahidə edə bilməyib. Alimlərin gözləntilərinə görə, TESS 2022-ci ilin sentyabrında başa çatacaq genişlənmiş missiyası müddətində daha çox obyekt kəşf edəcək. Missiya çərçivəsində, teleskop əvvəlcə səmanın cənub hissəsini təkrar öyrənəcək, sonra bizim Günəş sistemi müstəvisindən baxdığımız ulduzlarda ilk dəfə olaraq planet aşkarlamağa çalışacaq. Astronomların fikrincə, bu müşahidələr onlara digər ulduzlarda Yerin analoqunu tapmağa kömək edəcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

NASA yeni planetlər kəşf edəcək

19-04-2018

NASA “super-Yer” planeti kəşf edib

16-07-2025

Astronomlar sürətlə formalaşan yad planet kəşf ediblər

23-11-2024

NASA əlverişli yaşayış temperaturuna malik planet kəşf edib

05-07-2025

“Orion” kosmik gəmisi Aya uçuşunu başa vurub

07-04-2026

Messenger kosmik zondu missiyasını başa vurdu

01-05-2015

NASA 3I/ATLAS kometasının yeni görüntülərini təqdim edəcək

19-11-2025

“SpaceX”in pilotlu kosmik missiyası təxirə salınıb

27-08-2024

“Webb” teleskopu Plutonun peykində karbon dioksid və hidrogen peroksid aşkar edib

02-10-2024

“SpaceX”in ilk insanlı kosmik uçuşu həyata keçirilir

01-04-2025

Çin növbəti kosmik missiyasını orbitə göndərir

24-04-2025

Kosmosda hansı ölkənin lider olması məlum olub

15-07-2015

"Solar Orbiter" zondu kosmosa buraxılıb

17-02-2020

NASA Yerin "Orion"dan çəkilmiş ilk şəkillərini yayımlayıb

04-04-2026

Azərbaycan Beynəlxalq Astronavtika Federasiyasının konfransına qatılıb

30-03-2022

Asteroidlərin izlənməsi üçün kosmosa teleskop buraxılacaq

25-02-2013

NASA: Öz qalaktikasını tərk edən nəhəng qara dəlik yolunda ulduzlar buraxır

08-04-2023

ABŞ kosmosa məxfi kosmik gəmi göndərir

20-05-2015

Son 1 ildə Yerə bənzəyən 300 planet kəşf edilib

18-02-2009

NASA yeni superkompüter hazırlayıb

06-09-2019

Kosmik turistlər tarixdə ilk dəfə olaraq kosmosa çıxıblar

13-09-2024

Milyarder sahibkar və “SpaceX”in iki əməkdaşı Kennedi Kosmik Mərkəzindən kosmosa çıxacaq

10-09-2024

“Webb” teleskopu Süd Yolunun mərkəzi qara dəliyi ətrafında xaotik şiddəti müşahidə edir

19-02-2025

Cənubi Koreya kosmosa Ayı tədqiq edəcək orbital aparat göndərəcək

30-08-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə