Messenger kosmik zondu missiyasını başa vurdu

01-05-2015 / 17:32

Aprelin 30-da ABŞ-ın planetlərarası Messenger avtomatik zondu kosmik fəzada on illik missiyasını başa vurub.

Xəbərlər-in verdiyi məlumata görə, zond yanacaq ehtiyatını tamamilə sərf etdikdən sonra elmi fəaliyyətini yekunlaşdıraraq Merkuri planetinə düşüb.

2004-cü ilin avqust ayında fəzaya buraxılan Messenger kosmik zondu 2011-ci il martın 18-də Merkuri planetinin orbitinə daxil olmuşdu. Əvvəlcə zondun Merkuri orbitində bir il ərzində fəaliyyət göstərəcəyi planlaşdırılsa da, NASA mütəxəssisləri onun missiyasını uzatmaq qərarına gəlmişdilər. Nəticədə Messenger Merkuri səthinin xəritəsinin hazırlanması məqsədi ilə yerə 250 mindən çox müxtəlif təsvirlər göndərmişdi. (AZƏRTAC)


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə