Previous Next
Bağla

"Solar Orbiter" zondu kosmosa buraxılıb

17-02-2020 10:13
"Solar Orbiter" zondu kosmosa buraxılıb

Xeberler.az bildirir ki, NASA-nın Floridada yerləşən Keyp Kanaveral kosmodromundan Günəşi tədqiq edəcək “Solar Orbiter” kosmik zondu ilə təchiz edilən “Atlas V 411” raketdaşıyıcısının buraxılışı həyata keçirilib. 

“Solar Orbiter” layihəsi ABŞ Kosmik Agentliyi (NASA) və Avropa Kosmik Agentliyinin (ESA) 1,5 milyard dollar dəyərində birgə layihəsidir. Peykin kosmosdakı missiyası yeddi il təşkil edəcəkdir. Bu müddət ərzində çəkisi 2 tona yaxın olan kosmik aparat Günəş aktivliyini və ulduzun qütb sahələrini müşahidə edəcək. “NASA” nümayəndələrinin sözlərinə görə,

“Solar Orbiter” heliofizikanın əsas məsələsi – Günəşin Günəş sistemində daim dəyişən kosmik mühiti necə yaratması və nəzarət etməsi ilə məşğul olacaq. Missiya Avropa Kosmik Agentliyinin Almaniyanın Darmştat şəhərində yerləşən Baş Missiya İdarə Mərkəzindən idarə olunacaqdır. İlk nəticələrin 2021-ci ilin noyabr ayında əldə olunması nəzərdə tutulub.

“Solar Orbiter” zondu 10 müxtəlif cihazla təchiz edilib ki, həmin cihazların altısı daim Günəşə tərəf yönəldiləcək, dördü isə aparat ətrafında mühitin vəziyyətinin öyrənilməsi üçün istifadə ediləcək.

Bundan başqa, “Solar Orbiter” zonduna Günəşə 42 milyon kilometr məsafəyədək yaxınlaşmağa imkan verəcək xüsusi istilikqoruyucusu quraşdırılıb. Qeyd olunan məsafədə qoruyucu elementin kənar səthi, Selsi üzrə 500 dərəcədən çox qızacaq,
istilikqoruyucusunun arxasında yerləşən cihazların temperaturu isə Selsi üzrə 50 dərəcəyə yaxın olacaq. Peykin bu cür unikal imkanlarının olması, bizə Günəş qütblərinin görüntülərini çəkmək, Günəşi yüksək enliklərdə öyrənmək, yerində və uzaqdan zondlama müşahidələrini birləşdirərək ulduzumuzun necə yaşamasının sirrini açmaq, gələcəkdəki kosmik tədqiqatlar zamanı yeni yüksək temperaturda çalışan texnologiyalardan istifadə etmək, Avropanı ilk dəfə Merkuri planetinin orbitinə çıxarmaq və kosmik havanı daha yaxşı başa düşmək üçün Günəş-Yer əlaqələrini daha dərindən araşdırmağa imkan verəcəkdir.

Avropa Kosmik Agentliyi tərəfindən peykin kosmosa buraxılmasının izlənməsi, uçuş direktoru və  uçuşu idarə edən heyyətlə görüş üçün müsabiqə yolu ilə astrofiziklər, mühəndislər  və aparıcı media nümayəndələrindən ibarət 30 nəfərlik nümayəndə heyyəti seçilmişdir. Həmin tədbirdə AMEA N.Tusi adına Şamaxi Astrofizika Rəsədxanasının "Kosmik plazma və Heliogeofiziki problemlər" şöbəsinin elmi işçisi Famil Mustafa da dəvət alanlar sırasında olmuşdur.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Solar Orbiter” zondu Günəşin cənub qütbünün təsvirini əldə edib

12-06-2025

ABŞ Çin ilə kosmik layihədə iştirak etmək istəyir

01-10-2015

NASA Günəşdəki partlayışın şəklini çəkib

25-08-2015

Messenger kosmik zondu missiyasını başa vurdu

01-05-2015

NASA öz kosmik gəmisi ilə əlaqəni itirib

11-12-2025

“Orion” kosmik gəmisi Aya uçuşunu başa vurub

07-04-2026

Azərbaycanlı astronom NASA-da elmi-tədqiqat aparır

03-04-2026

“Blue Ghost” kosmik aparatı Aya eniş edib

03-03-2025

Kosmosda hansı ölkənin lider olması məlum olub

15-07-2015

NASA Yerin "Orion"dan çəkilmiş ilk şəkillərini yayımlayıb

04-04-2026

NASA Ayın nadir fotolarını lentə alıb

06-08-2015

NASA-nın kosmik gəmisi ilə əlaqəsi kəsilib

02-10-2021

Yaponiyanın kosmik gəmisi Aya göndərilib

12-12-2022

NASA Yupiterin peyki Avropada həyat axtaracaq

04-09-2024

NASA "Orion"un Ay trayektoriyasına daxil olmasına icazə verib

03-04-2026

“SpaceX” Beynəlxalq Kosmik Stansiyaya astronavt qrupu göndərib

13-02-2026

Avropa Kosmik Agentliyi Yupiter peykinə kosmik aparat buraxacaq

13-04-2015

NASA Azərbaycanda tədqiqatlar aparmaq istəyir

03-10-2023

Zəlzələni əvvəlcədən proqnozlaşdıran sistem yaradılır

30-11-2015

“Kosmik otel” fəaliyyətə başlayacaq

21-10-2010

ABŞ-lı astronavtlar 6 aydır Yerə qayıda bilmirlər

18-12-2024

NASA 3I/ATLAS kometasının yeni görüntülərini təqdim edəcək

19-11-2025

TESS orbital teleskopu əsas missiyasını başa vurub

12-08-2020

Azərbaycan NASA strukturları ilə sıx əlaqələr qurub

09-10-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə