Previous Next
Bağla

TOP-100 vergi ödəyicisi siyahısında İT sektorunun payı azalır - Osman Gündüz

09-04-2026 15:44
TOP-100 vergi ödəyicisi siyahısında İT sektorunun payı azalır - Osman Gündüz

Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz Dövlət Vergi Xidmətinin açıqladığı 2025-ci il üzrə ən çox vergi ödəyən 100 qurumun siyahısını şərh edib.

Xeberler.az bildirir ki, o, sosial media hesabında bildirib ki, siyahı şəffaflıq baxımından müsbət addım olsa da, texnologiya sektorunun payında azalma müşahidə olunur. Ekspertin sözlərinə görə, 2024-cü ildə TOP-100-də təxminən 12 texnologiya və telekommunikasiya şirkəti yer aldığı halda, 2025-ci ildə bu rəqəm 8-ə enib.

Osman Gündüzün sözlərinə görə, 2025-ci ildə ən çox vergi ödəyən texnologiya şirkətləri arasında Azercell (115,7 mln manat), Azerconnect Group (81,2 mln manat), ABC-Telecom (40,1 mln manat), Caspian Tech (39,8 mln manat), Bakcell (26,5 mln manat), Bestcomp Group (17,5 mln manat), Delta Telekom (17,0 mln manat) və AzerTelekom (15,5 mln manat) yer alıb.

Ekspert vurğulayıb ki, sektorun əsas vergi yükü yenə də mobil operatorlar və infrastruktur provayderlərinin üzərinə düşür. Dövlət sifarişləri ilə fəaliyyət göstərən bir çox İT şirkətlərin isə siyahıda yer almaması diqqət çəkir.

Osman Gündüz qeyd edib ki, bəzi şirkətlər üzrə maraqlı dəyişikliklər də müşahidə olunur. Məsələn, Bestcomp Groupun ödədiyi vergi artaraq 17,5 milyon manata çatıb, Delta Telekomun göstəriciləri isə azalıb. Bunun fonunda AzerTelekomun TOP-100-ə daxil olması diqqət çəkir.

Ekspertin fikrincə, İT sektorunda vergi ödəyicilərinin sayının və həcminin azalmasına bəzi siyasət qərarları, o cümlədən iri şirkətlərə verilən vergi güzəştləri təsir göstərə bilər. O əlavə edib ki, bu güzəştlərə baxmayaraq, ekosistemə, ixraca və məhsul yaradılmasına ciddi töhfələr hələlik gözə çarpmır.

Sonda Osman Gündüz hökuməti dövlət sifarişlərində rəqabətin artırılmasına, ixracyönümlü İT şirkətlərə dəstəyin gücləndirilməsinə, startap və KOB-ların bu sahəyə çıxışının genişləndirilməsinə çağırıb. Eyni zamanda, o, qlobal platformaların – Google, Meta, AppleTikTok kimi şirkətlərin Azərbaycanda ödədiyi vergilərin açıqlanmasının sektordakı real vəziyyətin daha aydın görünməsinə kömək edəcəyini bildirib.

 
 
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
İnternet resurslarının reklam gəlirləri artıb

İnternet resurslarının reklam gəlirləri artıb

25-07-2019
Dövlət qurumu 4 milyon manat mənfəətə çıxıb

Dövlət qurumu 4 milyon manat mənfəətə çıxıb

04-01-2019
Teleradio İstehsalat Birliyinin xalis zərəri 10 dəfəyə yaxın azalıb

Teleradio İstehsalat Birliyinin xalis zərəri 10 dəfəyə yaxın azalıb

03-07-2018
NEQSOL Holding şirkətləri Azərbaycanda ən iri vergi ödəyiciləri sırasında

NEQSOL Holding şirkətləri Azərbaycanda ən iri vergi ödəyiciləri sırasında

14-04-2026
Azərpoçt-un mənfəəti kəskin azalıb

Azərpoçt-un mənfəəti kəskin azalıb

27-12-2018
Azərbaycanda nağdsız ödənişlərin həcmi artıb

Azərbaycanda nağdsız ödənişlərin həcmi artıb

10-09-2016
Azərbaycanda nağdsız ödənişlərin həcmi azalıb

Azərbaycanda nağdsız ödənişlərin həcmi azalıb

10-08-2017
Osman Gündüz: İT sektorunun real çəkisi gözləniləndən aşağıdır

Osman Gündüz: İT sektorunun real çəkisi gözləniləndən aşağıdır

10-04-2026
Azərbaycanda Kiçik və Orta Sahibkarlıq Agentliyi yaradılacaq

Azərbaycanda Kiçik və Orta Sahibkarlıq Agentliyi yaradılacaq

23-12-2016
Rabitə və poçt müəssisələrinin gəlirləri 10 ay ərzində 32% artıb

Rabitə və poçt müəssisələrinin gəlirləri 10 ay ərzində 32% artıb

20-11-2010
Azərbaycan İKT avadanlıqlarının idxalını artırır

Azərbaycan İKT avadanlıqlarının idxalını artırır

04-09-2019
Azərbaycanın rabitə sektorunun satış həcmi $802,711 mln. təşkil edib

Azərbaycanın rabitə sektorunun satış həcmi $802,711 mln. təşkil edib

17-09-2009
Elektron ticarət əməliyyatlarının həcmi 20 mlrd. manatdan çox artıb

Elektron ticarət əməliyyatlarının həcmi 20 mlrd. manatdan çox artıb

29-02-2024
Müavinətlər üzrə 197 mln. manat, təqaüdlər üzrə 132 mln. manat ödənilib

Müavinətlər üzrə 197 mln. manat, təqaüdlər üzrə 132 mln. manat ödənilib

18-04-2022
Mobil operatorların gəlirləri  azalıb

Mobil operatorların gəlirləri azalıb

14-07-2016
“Qeyri-neft sektorundan əlavə 64 milyon manat daxil olub”

“Qeyri-neft sektorundan əlavə 64 milyon manat daxil olub”

04-10-2016
Azərbaycanda nağdsız ödənişlərin həcmi artıb

Azərbaycanda nağdsız ödənişlərin həcmi artıb

08-11-2016
Azərbaycanda ən çox vergi ödəyən 100 şirkətin adı açıqlanıb

Azərbaycanda ən çox vergi ödəyən 100 şirkətin adı açıqlanıb

08-04-2026
Elektron ticarət dövriyyəsi artıb

Elektron ticarət dövriyyəsi artıb

11-11-2015
NEQSOL Holding Azərbaycanda ən iri vergi ödəyiciləri sırasına daxil olub

NEQSOL Holding Azərbaycanda ən iri vergi ödəyiciləri sırasına daxil olub

06-03-2025
Azərbaycan İT ixracında region ölkələrindən geri qalır - Osman Gündüz

Azərbaycan İT ixracında region ölkələrindən geri qalır - Osman Gündüz

14-04-2026
Neft Fondunun ən çox yatırım etdiyi İT nəhəngləri: “Apple" və “NVIDIA”ya yatırımlar kəskin artıb

Neft Fondunun ən çox yatırım etdiyi İT nəhəngləri: “Apple" və “NVIDIA”ya yatırımlar kəskin artıb

25-10-2024
2016-cı ildə rabitə sahəsi üzrə xərclər müəyyənləşib

2016-cı ildə rabitə sahəsi üzrə xərclər müəyyənləşib

14-09-2015
Azərbaycanda e-ticarətin həcmi 60 faizdən çox artıb

Azərbaycanda e-ticarətin həcmi 60 faizdən çox artıb

12-05-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə