Previous Next
Bağla

Neft Fondunun ən çox yatırım etdiyi İT nəhəngləri: “Apple" və “NVIDIA”ya yatırımlar kəskin artıb

25-10-2024 12:50
Neft Fondunun ən çox yatırım etdiyi İT nəhəngləri: “Apple" və “NVIDIA”ya yatırımlar kəskin artıb

Son bir ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) listinqdə olan səhmlərinin dəyəri 31% və ya 3,2 mlrd. dollar artaraq 13,5 mlrd. dollara çatıb. Ötən ilin eyni dövründə bu rəqəm 10,3 mlrd. dollar təşkil edib.

Xeberler.az APA-ya istinadən məlumat verir ki, bu dövrdə Dövlət Neft Fondunun səhmlərinə ən çox yatırım etdiyi TOP-10 şirkətlərə yenə qlobal informasiya texnologiya şirkətləri başçılıq edib. ARDNF-nin ən çox yatırım etdiyi TOP-10 şirkətlərin səhm portfelində də dəyişiklik olub.

Fondun “Apple Inc”yə yatırımları bu ilin III rübündə ötən ilin eyni dövrünə nisbətən 134 mln. dollar artaraq 574 mln. dollara çatıb. Başqa sözlə, ARDNF-nin səhm portfelində “Apple Inc”in payı 4,3%-dən 4,9%-ə kimi yüksəlib.

Fondun “Microsoft”a yatırımlarının dəyəri 364 mln. dollardan 513 mln. dollara, səhm portfelində payı isə 3,5%-dən 4,3%-ə kimi artıb.

2023-cü ilin ilk yarısından etibarən ABŞ-ın ən iri çip və oyun konsolları üçün qrafik prosessor istehsalçısı “NVIDIA”nın Fondun portfelində payı artmağa başlayıb. Fondun qlobal şirkətdəki səhmlərinin dəyəri cari ilin III rübündə 175 milyon dollardan 505 milyon dollara yüksəlib. Yəni, “NVIDIA-ya yatırımlar son bir ildə 3 dəfə və ya 330 milyon dollar artıb. Bu nəticə ilə İT nəhəngi "Google" və "Amazon"u qabaqlayıb.

ARDNF-in “Amazon”a yatırımları isə son bir ildə 191 mln. dollardan 295 milyon dollara yüksəlib. Həmçinin, Fondun səhm portfelində “Amazon”un payı isə 1,9%-dən 2,5%-ə yüksəlib.

Ən çox yatırım edilən ilk beşliyə 2024-cü ilin ilk rübündən etibarən “Meta platforms” da daxil olub. ARDNF-nin Mark Zukerberqin şirkətinə yatırımları ilin ilk rübü ilə müqayisədə 179 mln. dollardan 212 mln. dollara, portfeldə çəkisi isə 1,4%-dən 1,8%-ə yüksəlib.

ARNDF-in həmçinin, “Google”a aid iki şirkətə ayrılıqda investisiyaları 165 mln. və 143 mln. dollar təşkil edib. TOP 10-luğu 129 mln. dollarla "Broadcom İnc", 127 mln. dollarla "Tesla" və 121 mln. dollarla səhiyyə şirkəti "Eli Lilly&Co" tamamlayır.

Ümumilikdə, ARDNF-nin TOP-10 qlobal nəhənglərin səhmlərinə yatırımları 2 mlrd. 784 mln. dollar təşkil edib.

Qeyd edək ki, bu portfel Dövlət Neft Fondunun “MSCI World” indeksi üzrə kotirovka olunan səhm investisiyalarıdır. Fondun “MSCI Europe ex UK” indeksini izləyən portfel və nağd vəsaitlərin həcmi isə 1.6 milyard ABŞ dolları təşkil edib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Dövlət Neft Fondu “Apple", “Microsoft" və “Amazon”a yatırımları 2 dəfədən çox artırıb

31-07-2023

Neft Fondu “Meta”nın 179 milyonluq səhmlərini alıb

29-04-2024

“Yahoo!”nun gəlirləri iki dəfə artıb

21-10-2010

“Dell” şirkətinin xalis mənfəəti 55% artıb

20-11-2010

“Google” mənfəətini artırdı

15-10-2010

“eBay” internet auksionunun mənfəəti artdı

22-07-2010

Facebook-un məşhurluğu MySpace-dən təxminən iki dəfə çoxdur

24-01-2009

ADNF pulları texnologiyalara yatırır-RƏY

31-07-2023

MySpace və Facebook gözləniləndən az gəlir əldə ediblər.

27-12-2008

Elektron ticarət əməliyyatlarının həcmi 20 mlrd. manatdan çox artıb

29-02-2024

Dövlət Neft Fondu hansı beynəlxalq şirkətlərin səhmlərini alıb ?

24-01-2024

May ayında Azərbaycanın peyk xidmətlərindən gəlirləri kəskin azalıb

01-07-2021

“Meta” səhm bazarlarındakı üstünlüyünə görə birinci yerdədir

05-02-2025

Azərbaycanın peyk xidmətlərinin ixracı artıb

31-01-2022

Dövlət qurumu 4 milyon manat mənfəətə çıxıb

04-01-2019

AzInTelecom Vodafone Ukraine-ı satın ala bilər

17-07-2019

Ölkədə külək elektrik stansiyalarında istehsal azalıb

21-08-2017

Microsoft şirkətinin mənfəəti artıb

01-05-2011

Amazon Facebook-u geridə qoydu

02-08-2016

Azərbaycanda nağdsız ödənişlərin həcmi artıb

08-11-2016

Azərbaycanda nağdsız ödənişlərin həcmi artıb

10-09-2016

“Qeyri-neft sektorundan əlavə 64 milyon manat daxil olub”

04-10-2016

Azexport portalına daxil olan ixrac sifarişlərin dəyəri azalıb

30-09-2022

Apple-ın mənfəəti aşağı düşüb

31-07-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə