Previous Next
Bağla

Azərbaycan İT ixracında region ölkələrindən geri qalır - Osman Gündüz

14-04-2026 21:44
Azərbaycan İT ixracında region ölkələrindən geri qalır - Osman Gündüz

Region ölkələri son illərdə informasiya texnologiyaları (İT) ixracını sürətlə artıraraq milyard dollarlıq göstəricilərə çatdığı halda, Azərbaycanda bu sahədə artım tempinin zəif olduğu bildirilir.

Xeberler.az bildirir ki, AzəAzərbaycan İT ixracında regiondan geri qalırrbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz sosial şəbəkə hesabında paylaşdığı təhlildə qeyd edib ki, son 5 ildə region ölkələri İT ixracında ciddi irəliləyiş əldə edib.

Onun sözlərinə görə, Qazaxıstan 2020-ci ildə 30 milyon dollar olan İT ixracını 2023-cü ildə 500 milyon dollara, hazırda isə təxminən 1,2 milyard dollara çatdırıb. Özbəkistan 2022-ci ildə 100 milyon dollar olan göstəricini qısa müddətdə 1 milyard dollara yaxınlaşdırıb. Ermənistan isə 5 il öncəki 300 milyon dollarlıq İT ixracını 2025-ci ildə 1 milyard dollardan yuxarı səviyyəyə yüksəldib və xidmət ixracının 20%-i bu sektorun payına düşür. Ukrayna isə artıq uzun müddətdir ki, milyardlıq həddi keçərək hazırda 5–6 milyard dollar həcmində İT ixracına malikdir.

Ekspert bildirib ki, Azərbaycanda İT ixracı təxminən 100 milyon dollar səviyyəsində qiymətləndirilir və bu göstərici region ölkələri ilə müqayisədə xeyli aşağıdır.

O qeyd edib ki, ölkədə son dövrlər rəqəmsal transformasiya, infrastrukturun yenilənməsi və dövlət səviyyəsində qəbul edilən qərarlar müsbət dinamika yaratsa da, proseslər yetərincə sürətli getmir. Bu məqsədlə yeni koordinasiyaedici qurum – Rəqəmsal İnkişaf Şurasının yaradıldığı və maliyyə dayaqlarına əsaslanan fəaliyyət planının qəbul edildiyi xatırladılıb.

Bununla belə, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İT sektoruna dəstək tədbirlərinin hələlik qənaətbəxş olmadığı, proseslərin ləng irəlilədiyi vurğulanıb.

Ekspert həmçinin Dövlət Vergi Xidmətinin açıqladığı “100 ən çox vergi ödəyicisi” siyahısına diqqət çəkərək bildirib ki, bu siyahıda İT sektorunun zəif təmsil olunması mövcud vəziyyəti açıq şəkildə göstərir.

Paylaşımda daha bir diqqətçəkən məqam kimi Aztelekomun siyahıda yer almaması qeyd olunub. Bildirilib ki, dövriyyəsinin 1 milyard manatdan çox olduğu iddia edilən və geniş xidmət şəbəkəsinə malik dövlət operatorunun TOP-100 vergi ödəyiciləri sırasında olmaması suallar doğurur.

Ekspert əlavə edib ki, özəl operatorlar – AzerTelecomDelta Telecom milyonlarla vergi ödədiyi halda, dövlət qurumunun siyahıda yer almaması izaha ehtiyac yaradır.

O hesab edir ki, mövcud vəziyyət fonunda İT sektorunun inkişafı üçün daha çevik və effektiv qərarların qəbuluna, real dəstək mexanizmlərinin tətbiqinə və bizneslə startapların böyük layihələrə cəlb olunmasına ehtiyac var. Eyni zamanda, bəzi dövlət qurumlarının fəaliyyət modelinə yenidən baxılması və özəlləşdirmə məsələsinin gündəmə gətirilməsi də məqsədəuyğun ola bilər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
OpenAI reklamlardan 2,5 milyard dollar gəlir əldə etməyi planlaşdırır

OpenAI reklamlardan 2,5 milyard dollar gəlir əldə etməyi planlaşdırır

10-04-2026
Microsoft şirkətinin mənfəəti artıb

Microsoft şirkətinin mənfəəti artıb

01-05-2011
Azərbaycanda SMS və danışıq dəqiqələrinə təlabat kəskin azalıb

Azərbaycanda SMS və danışıq dəqiqələrinə təlabat kəskin azalıb

05-09-2025
Azərbaycanda startaplara edilən investisiyalar gizli saxlanılır-Ekspert

Azərbaycanda startaplara edilən investisiyalar gizli saxlanılır-Ekspert

05-06-2023
Dünya İT bazarında durğunluq gözlənilir

Dünya İT bazarında durğunluq gözlənilir

10-07-2019
Seçim olmayan internet bazarı, susan tənzimləyicilər - Təhlil

Seçim olmayan internet bazarı, susan tənzimləyicilər - Təhlil

30-12-2025
NEQSOL Holding şirkətləri Azərbaycanda ən iri vergi ödəyiciləri sırasında

NEQSOL Holding şirkətləri Azərbaycanda ən iri vergi ödəyiciləri sırasında

14-04-2026
Microsoft ofşor zonasında nə qədər vəsait saxlayır?

Microsoft ofşor zonasında nə qədər vəsait saxlayır?

13-08-2015
Uber 1,46 milyard dollar zərər edib

Uber 1,46 milyard dollar zərər edib

30-11-2017
Osman Gündüz: İT sektorunun real çəkisi gözləniləndən aşağıdır

Osman Gündüz: İT sektorunun real çəkisi gözləniləndən aşağıdır

10-04-2026
"OpenAI"nin illik gəliri 10 milyard dollara çatıb

"OpenAI"nin illik gəliri 10 milyard dollara çatıb

10-06-2025
Microsoft 1,3 milyard dollarlıq şirkət səhmlərini satışa çıxardı

Microsoft 1,3 milyard dollarlıq şirkət səhmlərini satışa çıxardı

10-11-2010
Adobe-un rüblük mədaxili ilk dəfə olaraq $1 milyardı keçib

Adobe-un rüblük mədaxili ilk dəfə olaraq $1 milyardı keçib

27-12-2010
Ekspert: Azərbaycanın startap ekosisteminin vəziyyəti düşündürücüdür

Ekspert: Azərbaycanın startap ekosisteminin vəziyyəti düşündürücüdür

22-08-2025
Yarımkeçirici mikrosxem bazarının həcmi rekord həcmə çatıb

Yarımkeçirici mikrosxem bazarının həcmi rekord həcmə çatıb

02-03-2011
Maliyyə texnologiyaları bazarının həcmi artıb

Maliyyə texnologiyaları bazarının həcmi artıb

03-11-2014
Azərbaycanda ölkədaxili elektron ticarətin həcmi 80 faiz artıb

Azərbaycanda ölkədaxili elektron ticarətin həcmi 80 faiz artıb

24-11-2025
“X”in dəyəri 44 milyard dollaradək artıb

“X”in dəyəri 44 milyard dollaradək artıb

24-03-2025
Azərbaycan iqtisadiyyatı rekord həddə çatıb – 80 milyard dollar

Azərbaycan iqtisadiyyatı rekord həddə çatıb – 80 milyard dollar

10-01-2023
Facebook-da istifadəçi sayı 2 milyarda çatır

Facebook-da istifadəçi sayı 2 milyarda çatır

04-05-2017
Dünya "PropTech" bazarı 2026-cı ilədək 53 milyard dolları ötəcək

Dünya "PropTech" bazarı 2026-cı ilədək 53 milyard dolları ötəcək

19-05-2026
Avropada startaplara görə ən çox hansı ölkələr yatırım alıb?-Siyahı

Avropada startaplara görə ən çox hansı ölkələr yatırım alıb?-Siyahı

03-08-2016
Ərəb ölkələri anti-dron texnologiyası üçün Ukraynaya müraciət edir - Ekspert

Ərəb ölkələri anti-dron texnologiyası üçün Ukraynaya müraciət edir - Ekspert

10-03-2026
OpenAI 25 milyard dollar həcmində investisiya əldə edə bilər

OpenAI 25 milyard dollar həcmində investisiya əldə edə bilər

31-01-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə