Previous Next
Bağla

TRT erməni dilində telekanal açacaq

05-01-2009 18:00
TRT erməni dilində telekanal açacaq

Erməni dilində TV açılması üçün Türkiyə Xarici İşlər Nazirliyindən də razılıq alınıb

Türkiyənin TRT kanalı kürd dilində telekanalın açılmasından sonra Türkiyə tarixində daha bir ilki gerçəkləşdirmək istəyir. ANS PRESS-in Türkiyənin "Yeni Asır" qəzetinə istinadən verdiyi məlumata görə, TRT 2009-cu ilin sonundan fəaliyyətə başlayacaq erməni dilində TV üçün hazırlıq işləri görür. Bunun üçün Türkiyə Xarici İşlər Nazirliyindən də razılıq alınıb.

TRT-nin fevral ayında fəaliyyətə başlayacaq erməni dilində radio və veb saytı da, telekanalının yaradılması üçün baza rolunu oynayacaq. Telekanalda Ara Gevorgian, Tata, Nune Yesayan, Andre, Siruşo kimi erməni musiqiçilərinin mahnıları ilə yanaşı Türkiyədə erməni dilində mahnılar oxuyan qruplar da çıxış edəcək. Xaraktercə ailə kanalı kimi fəaliyyət göstərəcək telekanalda Türkiyə və Ermənistanda baş verən ən son hadisələr yer alacaq. Kanalın 2009-cu ilin sonlarında yayımlanacağı planlaşdırılır. Peyk vasitəsilə yayımlanacaq kanalı Türkiyədəki ermənilərlə yanaşı, Ermənistanda yaşayanlar da izləyə biləcək.

TRT-nin prezidenti İbrahim Şahin, kanalın bundan sonra bütün insanları cəlb edəcəyini bildirib: "TRT ekranlarında bütün təbəqələrdən insanları görə bilərsiniz. Şiə, kürd, erməni, demokrat, mühafizəkar, liberal. Bu cəmiyyət hansı zənginliklərə sahibdirsə, biz onu işıqlandırmağa məcburuq. Hazırda Türkiyədə, Türkiyə vətəndaşı olan ermənilərin sayı 60-70 min nəfərdir". ANS PRESS

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Türkiyədə erməni dilində radio açılır

26-03-2009

TRT kanalının erməni dilində saytı fəaliyyətə başlayıb

15-10-2009

Türkiyədə erməni dilində xəbərlər yayınlanacaq

28-12-2009

Türkiyənin dövlət radiosu ermənicə yayıma başlayacaq

02-01-2009

Yeni telekanalın kadr məsələsi gündəmdə

25-03-2009

TRT Anadolu yayıma başladı

01-11-2010

TRT telekanalı Qarabağ problemi barədə veriliş və sənədli filmlər hazırlayıb

28-12-2010

Türkiyənin TRT-1 kanalı Azərbaycanın milli tezliyində yayımlanacaq

29-04-2009

Azərbaycanda erməni dilində də xəbər yayımlayacaq telekanal bu ayın sonlarında fəaliyyətə başlayacaq

04-09-2009

Ermənilər “Türklərdən üzr istəyirik” kampaniyasına başlayır

02-02-2009

“TRT Türk” kanalı 24 saatlıq xəbər yayımına başlayıb

09-05-2009

TRT Türk-erməni dostluğu haqqındada serial çəkir

27-01-2009

TRT-nin yayımı dayandırıldı

01-11-2016

Ən iri texnologiya məhsulları şirkəti olan HP Türkiyədə istehsala başlayır

07-01-2010

İsmayıl Ömərov kommunikasiya məsələləri üzrə beynəlxalq tədbirdə iştirak edir

10-07-2009

“ATV İnternational” oktyabrın 5-də efirə çıxacaq

03-10-2009

Erməni dilində də verilişlər yayımlayacaq televiziyanın açılması ilə əlaqədar MTRŞ-nın iclası keçirilib

05-03-2009

Türk hakerlər Ermənistanın rəsmi saytını dağıtdılar

29-12-2010

Türkdilli dövlətlərin ortaq televiziyası nə vaxt yaradılacaq?

03-07-2009

Ermənistan və Türkiyə telekanallar arasında memorandum imzalanıb

17-12-2009

Erməni dilində xəbərlər yayımlayacaq telekanala Azərbaycanda ehtiyac varmı?

07-09-2009

Azərbaycanda TRT-1-in yerüstü yayımı dayandırılıb

10-01-2022

Türkiyədə Ermənistanla sərhədlərin açılmasına qarşı internet-kampaniya başlayıb

08-04-2009

"Google" xəritələrində Azərbaycan şəhər və kəndlərinin erməni dilində adları tam silinə bilər

11-01-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə