Previous Next
Bağla

Erməni dilində xəbərlər yayımlayacaq telekanala Azərbaycanda ehtiyac varmı?

07-09-2009 15:02
Erməni dilində xəbərlər yayımlayacaq telekanala Azərbaycanda ehtiyac varmı?

Daha öncə də məlumat verdiyimiz kimi, Azərbaycanın ilk beynəlxalq televiziyası olacaq “ATV İnternational” (“ATV İnt”) kanalı bu ayın sonlarında fəaliyyətə başlaya bilər.

Xeberler.az bildirir ki, ATV-nin “Xəbərlər” departamentinin baş redaktoru Vaqif Aydınoğlunun verdiyi məlumata görə, “ATV İnt” beş dildə xəbər yayımlayacaq. Azərbaycan, fars, ingilis, rus və erməni dillərində yayımlanacaq xəbərlər üçün 30-a qədər kadr seçilib.V.Aydınoğlunun sözlərinə görə, televiziya Azərbaycanın təbliği ilə bağlı yaradıldığından bu istiqamətdə xəbərlərə daha çox üstünlük veriləcək.

Erməni dilli kadrlara gəlincə, V.Aydınoğlunun sözlərinə görə, düşmən ölkənin dilində danışa bilən kadrlar doğrundan da azdır: “Erməni dilli kadrlar tapmaq çətin oldu. Gənc kadrlar arasında demək olar ki, bu dili bilən yoxdur. Bakı Dövlət Universitetində erməni dili hazırlığı keçilir. Lakin bu hazırlığı keçmiş şəxslər erməni dilini çox zəif bilirlər. Buna görə də biz xəbərlərin erməni dili üzrə qrupunu yaşlı nəslin hesabına təşkil etdik. Qrupda vaxtilə Ermənistan Dövlət Universitetində dərs demiş müəllim, erməni dilli qəzetlərdə işləmiş şəxslər var. Hələlik televiziyanın ”Xəbərlər" xidmətinin neçə saatdan bir efirə verilməsi üzərində müzakirələr gedir. Ümumilikdə isə “ATV İnt”-in bir xəbər buraxılışı 12-15 dəqiqədən ibarət olacaq".

Maraqlıdır, erməni dilində xəbərlərin hazırlanıb, efirə verilməsi nə dərəcədə əhəmiyyətlidir? Ümumiyyətlə, düşmən millətə xəbərçilik xidməti göstərmək üçün bunca vəsait və enerjiyə nə ehtiyac var?

Media eksperti Zeynal Məmmədli hesab edir ki, bu verilişlər Azərbaycanın potensial erməni vətəndaşları üçün nəzərə alınaraq hazırlanıbsa, anlaşılandır. Bu haqda Zeynal müəllim  "Yeni Müsavat" qəzetinə müsahibəsində bildirib.Onun fikrincə, bu addım Dağlıq Qarabağ probleminin həlli, eləcə də ölkəmizdəki sosial-mədəni gəlişmələrin sözügedən bölgədə yaşayan erməniləri nəzərə alaraq atılmış sayıla bilər: “Amma Ermənistandakı vətəndaşların buna qulaq asması nəzərə alınıbsa, bunun hər hansı əhəmiyyətini anlaya bilmirəm. Sırf bu məqsədlə həmin sahəyə pul və enerji xərclənməsini gərəksiz sayıram. Hesab edirəm ki, Azərbaycan və Ermənistan vətəndaşları arasında sürəkli, düşünülmüş debatların keçirilməsinə daha çox ehtiyac var, nəinki belə verilişlərin”.

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda erməni dilində də xəbər yayımlayacaq telekanal bu ayın sonlarında fəaliyyətə başlayacaq

Azərbaycanda erməni dilində də xəbər yayımlayacaq telekanal bu ayın sonlarında fəaliyyətə başlayacaq

04-09-2009
“ATV İnternational” oktyabrın 5-də efirə çıxacaq

“ATV İnternational” oktyabrın 5-də efirə çıxacaq

03-10-2009
Azərbaycanın ilk beynəlxalq telekanalı fəaliyyətə başlayıb

Azərbaycanın ilk beynəlxalq telekanalı fəaliyyətə başlayıb

05-10-2009
Erməni dilində də verilişlər yayımlayacaq televiziyanın açılması ilə əlaqədar MTRŞ-nın iclası keçirilib

Erməni dilində də verilişlər yayımlayacaq televiziyanın açılması ilə əlaqədar MTRŞ-nın iclası keçirilib

05-03-2009
Yeni telekanalın kadr məsələsi gündəmdə

Yeni telekanalın kadr məsələsi gündəmdə

25-03-2009
Türkiyədə erməni dilində radio açılır

Türkiyədə erməni dilində radio açılır

26-03-2009
TRT kanalının erməni dilində saytı fəaliyyətə başlayıb

TRT kanalının erməni dilində saytı fəaliyyətə başlayıb

15-10-2009
“Azad Azərbaycan İnternational” televiziya kanalının rəsmi açılış mərasimi keçirilib

“Azad Azərbaycan İnternational” televiziya kanalının rəsmi açılış mərasimi keçirilib

24-12-2009
TRT erməni dilində telekanal açacaq

TRT erməni dilində telekanal açacaq

05-01-2009
Türkiyədə erməni dilində xəbərlər yayınlanacaq

Türkiyədə erməni dilində xəbərlər yayınlanacaq

28-12-2009
Azərbaycanda erməni dilində də verilişlər yayımlanacaq!!!

Azərbaycanda erməni dilində də verilişlər yayımlanacaq!!!

02-03-2009
Xankəndidə radio-televiziya yayımı bərpa olunur

Xankəndidə radio-televiziya yayımı bərpa olunur

02-10-2023
Azərbaycanlı hakerlər “garabagh.org” saytını dağıdıblar

Azərbaycanlı hakerlər “garabagh.org” saytını dağıdıblar

28-01-2011
Qarabağdakı erməni separatçıları ağ bayraq qaldırıb və təslim olublar

Qarabağdakı erməni separatçıları ağ bayraq qaldırıb və təslim olublar

20-09-2023
Qarabağın erməni sakinlərinin nümayəndələri görüş üçün Yevlaxa gəlib

Qarabağın erməni sakinlərinin nümayəndələri görüş üçün Yevlaxa gəlib

21-09-2023
Osman Gündüz: "fake" xəbərlərin yayılması düşmənin marağındadır"

Osman Gündüz: "fake" xəbərlərin yayılması düşmənin marağındadır"

16-10-2020
Erməni porno-ulduzu Twitter-də təbliğata davam edir

Erməni porno-ulduzu Twitter-də təbliğata davam edir

21-12-2010
"Google" xəritələrində Azərbaycan şəhər və kəndlərinin erməni dilində adları tam silinə bilər

"Google" xəritələrində Azərbaycan şəhər və kəndlərinin erməni dilində adları tam silinə bilər

11-01-2022
Ermənilər “Türklərdən üzr istəyirik” kampaniyasına başlayır

Ermənilər “Türklərdən üzr istəyirik” kampaniyasına başlayır

02-02-2009
Erməni hakerlər dövlət qurumunun saytını dağıdıb

Erməni hakerlər dövlət qurumunun saytını dağıdıb

01-03-2013
"1news" artıq türk dilində

"1news" artıq türk dilində

07-09-2010
Azərbaycanın və Türkiyənin internet resurslarına hücum oluna bilər

Azərbaycanın və Türkiyənin internet resurslarına hücum oluna bilər

22-04-2015
Erməni telekanalları Azərbaycan efirində!!!

Erməni telekanalları Azərbaycan efirində!!!

14-04-2009
Müdafiə Nazirliyi: "Lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub"

Müdafiə Nazirliyi: "Lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub"

20-09-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə