Bu gündən etibarən Bakıda Uber-lə etdiyiniz gedişləri nəğd və ya kredit kartı ilə ödəyə biləcəksiniz.
Xeberler.az-a şirkətin rəmi məlumatına istinadən bildirir ki, Uber ilə səyahət ödənişini artıq nəğd ödəyərək də təcrübə edə bilərsiniz.
Əgər nəğd ödəmək istəyirsinizsə, sadəcə NƏĞD funksiyasını seçin, gediş edin və səyahətin sonunda ödənişi birbaşa sürücüyə təqdim edin.
Şirkət qeyd edib ki, hazırda yeni xidmət sınaq edildiyi üçün tətbiqdən istifadə zamanı yeni funksiyanı görməyə bilərsiniz.
Məlumatda bildirilib, bir neçə həftə ərzində hər bir istifadəçi üçün aktivləşdiriləcək.
Niyə Bakı?
Şirkət Bakıda nəğd ödənişə keçməyinin səbəbini də açıqlayıb:
"Bakı Uberin qlobal şəbəkəsində Rusiyanın bəzi şəhərləri ilə eyni tarixdə nəğd ödəmə üsulunun test edildiyi bir neçə şəhərdən sadəcə biridir. Kifayət qədər kredit kartı istifadəçisi mövcud olmasına baxmayaraq, şəhərdə əməliyyatların 90%-in nəğd ödəniş üsulu ilə baş tutduğunu bilmək sizi təəccübləndirə bilər. Bakıdakı Uber istifadəçiləri artıq rahat və təhlükəsiz nəqliyyat vasitəsinə sahibdir, nəğdin aktivlədirilməsi isə daha çox Bakı sakinlərinin bu xidmətdən yararlanmasına kömək edəcək".
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri