Previous Next
Bağla

Uber-in yeni aksiyasından 21 cütlük faydalanıb-Foto

20-02-2017 15:26
Uber-in yeni aksiyasından  21 cütlük faydalanıb-Foto

Şəhər üzrə avtomobil sifarişi üçün mobil tətbiq hazırlayan Uber beynəlxalq texnologiya şirkəti Bakıda Sevgililər gününə həsr olunmuş “UberSERENADA” adlı birgünlük aksiyanı uğurla başa çatdırıb.

Belə ki, fevralın 14-də saat 12:00-dan 16:00-dək hər bir Uber istifadəçisinə “UberSERENADA” opsiyası vasitəsi ilə öz sevgililəri üçün serenada sifariş vermək və peşəkar musiqiçilərin köməyi ilə öz məhəbbətlərini etiraf etmək imkanı yaradılıb.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, gün ərzində avtomobil yollarında yüksək aktivliyə baxmayaraq Uber-in müasir texnologiyaları sayəsində sürücülər sifarişlərin qəbul olunmasından bir neçə dəqiqə sonra ifaçıları sifariş olunan ünvanlara çevik çatdırıb.

Serenadaları peşəkar musiqiçilər və musiqi qrupları ifa ediblər – vokal ansambllar, gitaraçılar, saksofonçular – onlar sevgiyə aid “Can't take my eyes off you” (Frenki Valli), “Ya tebya lyublyu” (Adriano Çelentano), “Historia de un Amor” (Lus Kasal) kimi dünyaca məşhur musiqi kompozisiyalarını ərsəyə gətiriblər. İfaçılar arasında "Jam Group”, “The owl and the lark”, “Retro Jazz Band” qrupları, və gitaraçı Fəxri olublar. Unudulmaz ifadan başqa, musiqiçilər sevgililərə Uber-dən xatirə hədiyyələri təqdim ediblər.

Qeyd edək ki, “UberSERENADA” opsiyasını Bakı şəhərinin administrativ sərhədləri çərçivəsində istifadə etmək mümkün idi, fevral ayının soyuq hava şəraitini nəzərə alaraq musiqiçilər əksər hallarda serenadaları qapalı məkanlarda ifa ediblər. “UberSERENADA” mənzillər, kafe və restoranlar, kinoteatrlar, gözəllik salonları, ticarət mərkəzləri və bu kimi yerlərə sifariş olunub. “UberSERENADA” aksiyasından 21 cütlük istifadə edib.

 

Günel

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Uber Bakıda Sevgililər Gününə özəl aksiya keçirir

13-02-2017

Uber dondurmaların çatdırılması üzrə kampaniyaya başlayır

13-07-2016

Uber Bakıda dondurma aksiyasına başlayır

24-08-2017

Yeni il gecəsi minlərlə Bakı sakini Uber-dən yararlanıb

05-01-2017

Uber Bakıda istifadəçilərə idman avtomobilləri təqdim edəcək

28-06-2016

Uber Bakıda istifadəçilərə pulsuz şirniyyat çatdıracaq

10-03-2017

Uber Bakıda istifadəçilərə Yeni il yolkaları çatdıracaq

13-12-2016

Uber Bakıda nağd ödəniş sistemini istifadəyə verib

19-07-2016

Uber Bakıda daha bir yeni xidmət istifadəyə verdi

28-09-2016

Uber və Mastercard Bakıda birgə aksiya keçirir

25-07-2016

Uber Bakıda yeni xidmət istifadəyə verdi

09-09-2016

Uber şopinq həvəskarları üçün yeni kampaniya keçirir

01-08-2016

Uber Bakıda idman avtomobilləri ilə xidmətə başladı-Fotolar

04-07-2016

“WhatsApp”a yeni funksiya əlavə edilib

22-01-2025

Mastercard və Uber Bakıda birgə aksiya keçirir

24-04-2017

Uber və Bravo Bakıda yeni kampaniyaya başlayıb

19-04-2017

Uber Bakıda sürücüləri mükafatlandırdı

11-09-2017

Bakıda yarım milyondan çox insan Uber tətbiqindən istifadə edir

31-05-2016

Azərbaycanlılar Uber-dən ən çox hansı ölkədə istifadə edir?

31-10-2017

UberX indi daha sərfəli oldu- Qiymətləri endirdi

11-03-2016

Bakıda Uber-in yeni xidməti fəaliyyətə başladı

04-06-2015

Facebook-dan yenilik

07-11-2015

Uber-in rəhbəri şirkətdən ayrılıb

14-06-2017

Fransa Uber-ə 1.2 milyon avro cəza kəsdi

28-01-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə