Şəhər üzrə avtomobil sifarişi üçün mobil tətbiq hazırlayan Uber beynəlxalq texnologiya şirkəti 2017-ci ilin ilk gecəsinin yekunlarını paylaşıb.
Şirkətdən Xeberler.az-a verilən məlumata görə, yeni il gecəsində gedişlərə tələb yüksək olub. Belə ki, sifarişlərin sayı bir neçə minə çatsa da, sistem bütün sifarişlərin öhdəsindən müvəffəqiyyətlə gəlib. Bununla yanaşı, şəhər üzrə avtomobilin sifarişçiyə çatdırılma vaxtı beş dəqiqəni ötməyib.
“Bir sıra istifadəçilər Uber xidmətinə yeni il gecəsinin ən mühüm məqamını – 2017-ci ilin ilk dəqiqələrini ailə və yaxınların əhatəsində keçirmək imkanını etibar ediblər: yüzlərlə insan gecə yarısına bir neçə dəqiqə qalmış Uber avtomobillərindən enirdilər”, - deyə şirkətdən daxil olan məlumatda qeyd olunub. İstifadəçilər həmçinin gediş marşrutu haqda məlumatı, təqribi çatma vaxtını qohum və dostlarla paylaşıb, gediş haqqını öz yoldaşları və yaxınları ilə bölüşərək yeni il gecəsi xərclərinə qənaət ediblər.
2017-ci il başlayandan sonra da Bakı sakinləri yeni ili qeyd etməyə davam ediblər.
Ən fəal istifadəçilər bayram gecəsi ərzində 7 gediş ediblər.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri