Previous Next
Bağla

Azərbaycanlılar Uber-dən ən çox hansı ölkədə istifadə edir?

31-10-2017 13:01
Azərbaycanlılar Uber-dən ən çox hansı ölkədə istifadə edir?

Uber beynəlxalq texnologiya şirkəti Azərbaycandan olan turistlərin ən çox Uber xidmətindən istifadə etdiyi ölkələrin reytinqini dərc edib.

Maraqlısı odur ki, Uber-in təklif etdiyi opsiyalar şəhərdən şəhərə asılı olaraq fərqlənə bilər.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, Uber-in reytinqində birinci yerdə Rusiya qərarlaşıb.

Xatırladaq ki, Moskvada istifadəçilər “UberKIDS” (uşaq üçün oturacağı olan avtomobil sifarişi) opsiyasından, həmçinin “UberEATS” yemək çatdırılma xidmətindən yararlana bilər.

ABŞ siyahının ikinci yerindədir. Amerikaya gedib, Uber-dən istifadə etməmək, demək olar ki, mümkün deyil.

Xüsusən ona görə ki, “UberPOOL” servisi az bir qiymətə birgə gediş etmək imkanı verir.

İstifadəçi şəhər üzrə rahat hərəkət edib, Uber qonşuları ilə ünsiyyət qurub, yerli sakindən harada səhər yeməyi yemək və ya nahar etmək daha yaxşıdır kimi tövsiyə ala bilər.

Siyahının üçüncü pilləsində yer alan Ukraynada, daha doğrusu Kiyevdə, rahatlıq və komforta qiymət verən istifadəçilər üçün nəzərdə tutulmuş “UberBLACK” premium servisi istifadəyə verilib.

Şəhər üzrə böyük kompaniya ilə hərəkət etmək istəyənlər üçün isə reytinqin dördüncü yerində qərarlaşan Türkiyədə – İstanbulda – “UberSUV” opsiyası əlçatandır.

Siyahını Böyük Britaniya tamamlayır: Londonda “uberXL” opsiyası mövcuddur ki, bu da çoxlu sayda dost və qohumları ilə səyahət edənlər və ya şopinqdən sonra yüklü olanlar üçün olduqca rahatdır.

Qeyd edək ki, Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin ilk yarısında turizm agentlikləri və turoperatorlar vasitəsilə xaricə səyahət edən Azərbaycan vətəndaşlarının sayı 20 min təşkil edib.

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bakıda turistlər hansı taksi xidmətindən istifadə edir?

03-04-2017

“Hər gün 5 milyondan çox Uber səyahəti gerçəkləşir”

19-10-2016

Uber Bakıda yeni xidmət istifadəyə verdi

09-09-2016

Uber dondurmaların çatdırılması üzrə kampaniyaya başlayır

13-07-2016

Yeni il gecəsi minlərlə Bakı sakini Uber-dən yararlanıb

05-01-2017

UberX indi daha sərfəli oldu- Qiymətləri endirdi

11-03-2016

Uber və Bravo Bakıda yeni kampaniyaya başlayıb

19-04-2017

Uber Bakıda nağd ödəniş sistemini istifadəyə verib

19-07-2016

Uber Bakıda istifadəçilərə pulsuz şirniyyat çatdıracaq

10-03-2017

Uber-in xidmətindən pulsuz istifadə imkanı

21-08-2015

Uber və Mastercard Bakıda birgə aksiya keçirir

25-07-2016

Uber şopinq həvəskarları üçün yeni kampaniya keçirir

01-08-2016

Bakıda yarım milyondan çox insan Uber tətbiqindən istifadə edir

31-05-2016

Mastercard və Uber Bakıda birgə aksiya keçirir

24-04-2017

Uber Bakıda istifadəçilərə idman avtomobilləri təqdim edəcək

28-06-2016

Uber Bakıdakı fəaliyyətini dayandırır?

11-02-2016

Uber-dən istifadə qadağan ediləcək

01-10-2015

Uber taksi xidmətindən istifadə edirsiniz? -Sorğu

22-09-2017

Uber dünya üzrə 5 milyard səfər həyata keçirib

03-07-2017

“Uber yeni xəbərlərlə istifadəçilərini sevindirəcək”

05-11-2015

Bayramda Uber-lə hər şeyi çatdırmaq mümkündür

27-12-2017

Azərbaycan Uber-in reytinq siyahısında 3-cü oldu

21-09-2017

Uber-in yemək paylama xidməti fəaliyyətə başladı

29-04-2015

Uber Bakıda yeni xidmət istifadəyə verdi

28-08-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə