Previous Next
Bağla

Vahid Mürsəliyev ilin şirkət rəhbəri seçilib-Foto

27-05-2016 12:17
Vahid Mürsəliyev ilin şirkət rəhbəri seçilib-Foto

Azercell Telekom-un prezidenti Vahid Mürsəliyev nüfuzlu  beynəlxalq “The Business Year” dərgisi tərəfindən “İlin şirkət rəhbəri” mükafatına layiq görülüb.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, Vahid Mürsəliyev istehlakçıların məlumatlandırılması və maarifləndirilməsi, həmçinin Azərbaycanda pərakəndə satış təcrübəsinin səviyyəsini yüksəltmək üçün innovativ vasitə olan Azercell Ekspress Ofisin yaradılmasına görə bu mükafatla təltif olunub.

“İlin şirkət rəhbəri” mükafatı müxtəlif sahələrdə böyük uğurlar əldə edən rəsmi şəxslərə, kommersiya və qeyri-hökumət strukturlarına rəhbərlik edən şəxslərə təqdim olunur. Mükafatı Azercell-in rəhbərinə AR Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov  25 may tarixi, Four Seasons otelində baş tutan təntənəli mərasimdə təqdim edib.

Dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, KİV-lərin və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi mükafatın təqdimat mərasimində çıxış edən Vahid Mürsəliyev Azercell-in Azərbaycanda telekommunikasiya sahəsinin inkişafında oynadığı roldan, gələcək perspektivlərdən danışıb. Lider operatorun qeyri-neft sektorunda ölkəmizin ən iri vergi ödəyicisi olduğunu bildirən şirkətin rəhbəri gələcəkdə də Azərbaycan iqtisadiyyatına töhfə verəcəklərini söyləyib.

Məlumat üçün bildirək ki,“The Business Year” dünyanın ayrı-ayrı bölgələrində iqtisadi prosesləri yaxından izləyən, onu peşəkar şəkildə işıqlandıran, təhlil edən və müsbət təcrübələri öz auditoriyası ilə bölüşən nüfuzlu nəşrdir.Jurnal bir çox ölkələrin sosial-iqtisadi durumu və inkişaf meyilləri, biznes və investisiya mühiti, aparıcı şirkətləri və digər məsələlər haqqında ildə 20-dən çox xüsusi buraxılış hazırlayır və bütün dünyada yayır. 2011-ci ildən Azərbaycan ilə yaxından əməkdaşlıq etməyə başlayan “The Business Year” nəşri ötən altı ildə ölkəmizə həsr etdiyi xüsusi buraxılışlarda Azərbaycanın daxili və xarici siyasəti, iqtisadiyyatı və onun ayrı-ayrı seqmentləri, sosial, mədəniyyət, idman və cəmiyyət həyatının digər sahələrini hərtərəfli əks etdirib.

Günel

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azercell-in prezidenti qızıl medal aldı

13-10-2017

Azercell “İlin Mobil Operatoru” seçildi

18-12-2015

“Azercell” “İlin telekommunikasiya Şirkəti” oldu

21-12-2009

Vahid Mürsəliyev Azercell-in prezidenti təyin olundu

01-12-2015

Vahid Mürsəliyev Beynəlxalq Rabitə Akademiyasına üzv seçilib

31-05-2016

“Azercell telekommunikasiyanın inkişafına 68 milyon manat vəsait ayırıb”

24-02-2016

Azercell beynəlxalq mükafata layiq görülüb

27-08-2015

Azercell-in prezidenti vəzifədən gedir

25-12-2014

Azercell-in prezidenti tələbələrlə görüşüb-Foto

15-12-2017

Azercell beynəlxalq qurum tərəfindən mükafatlandırıldı

11-07-2018

“Azercell” telekom sahəsinin lideri seçilib

08-12-2010

Azercell-dən ADNSU tələbələrinə əməkdaşlıq imkanı

05-04-2016

“Azercell” təmsilçisi Londonda Azərbaycan İnvestisiya Sammitində çıxış edib

11-12-2009

Azercell İnvestisiya Sammitinə qatılıb - Foto

19-03-2015

İsveç Azercell-in fəaliyyətini yüksək qiymətləndirdi

14-11-2017

Azercell Milli Olimpiya Komitəsi ilə əməkdaşlıq Memorandumu imzalayıb

28-02-2020

Azercell daha bir uğura imza atdı

26-03-2019

Azercell 2019-cu ildə rebrendinq edəcək

04-12-2018

Azercell 4G şəbəkəsini genişləndirir

15-11-2015

Azercell prezidenti mükafatlandırıldı

10-12-2016

Azercell-ə Romada xüsusi mükafat təqdim edilib-Foto

25-10-2016

Prezident Administrasiyasının yeni strukturu məlum oldu

30-11-2019

Azercell Olimpiada qaliblərini mükafatlandırıb

13-08-2019

Azercell Kanada ilə əməkdaşlığı genişləndirir

06-09-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə