Previous Next
Bağla

Azercell-ə Romada xüsusi mükafat təqdim edilib-Foto

25-10-2016 15:06
Azercell-ə Romada xüsusi mükafat təqdim edilib-Foto

Stevie Beynəlxalq Biznes Mükafatı üzrə  “İlin telekommunikasiya şirkəti” və "İlin Korporativ Ünsiyyət Departamenti” adlarına layiq görülən  Azercell Telekom Azərbaycanı beynəlxalq aləmə bir daha tanıtdırıb.

Xeberler.az-ın məlumatına görə, eyni zamanda, Azercell-in Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin nəzdində yaranaraq fəaliyyət göstərən Sumaks şirkəti isə "İlin Startapı” nominasiyası üzrə gümüş mükafata layiq görülüb. Mükafatın təntənəli təqdimolunma mərasimi İtaliyanın paytaxtı Roma şəhərində keçirilib.

Qala gecəsində Azercell Telekom MMC-nin Korporativ Ünsiyyət  rəhbəri Nigar Şıxlinskaya və Azercell Innovasiyalar və Sahibkarlıq şöbəsinin rəhbəri İmran Bağırov iştirak edib. Mükafatı qəbul edən Nigar Şıxlinskaya şirkətin əldə etdiyi yüksək nailiyyətlərdə bütün Azercell əməkdaşlarının böyük rolu olduğunu vurğulayaraq bildirib ki, şirkət yeni texnologiyalar və inovasiyalar tətbiq etməklə insan həyatını asanlaşdırmağa çalışır. O, həmçinin münsiflər heyətinə Azercell-i və Barama mərkəzini 3 nominasiyada seçdiklərinə görə təşəkkürünü bildirib.

Məlumat üçün bildirək ki, Stevie mükafatı üzrə beynəlxalq münsiflər heyəti Azercell-in ölkədə keçirdiyi bir sıra əhəmiyyətli layihə və təşəbbüsləri nəzərə alaraq şirkəti mükafatlandırıb.

Şuranın rəylərinə əsasən:

"Ölkənin qərb sərhədlərində hərbi vəziyyətlə əlaqədar Azercell-in öz abunəçilərini fasiləsiz əlaqə ilə təchiz etməsi və eyni zamanda, gərgin döyüşlərin getdiyi vaxtda bir həftə ərzində ön cəbhəyə yaxın ərazilərdə 3G şəbəkəsinin əhatə dairəsini 30% gücləndirməsi Azercell şirkətinin nümunəvi mobil operator olduğunu sübut edir”.

Azercell-in Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin nəzdində fəaliyyət göstərən "Sumaks Startapı” isə Innovativ Avtomaks ve məişət proseslərinin idarə edilməsi üzrə layihələrə görə gümüş mükafatına layiq görülüb.

Qeyd edək ki, Azərbaycanda bir ilk olan Avtomaks qurğusunun əsas məqsədi avtomobilin təhlükəsizliyini təmin etmək və ona məsafədən nəzarəti həyata keçirmək, iş prosesini asanlaşdırmaqdan ibarətdir.

Xatırladaq ki, dünyanın 200-dən çox nüfuzlu biznes eksperti, şirkət sahibi və iş adamlarından ibarət beynəlxalq münsiflər heyətinin səsverməsi nəticəsində baş tutan Stevie mükafatının məqsədi dünyanın müxtəlif ölkələrində uğur qazanmış şirkətlərin tanıdılmasıdır.

Qeyd edək ki, Azercell Telekom 2011-ci ildə Sosial Məsuliyyət layihələrinə görə "İlin İctimaiyyətlə Əlaqələr Şirkəti", 2012-də ətraf mühitin qorunmasına xidmət edən "Karbon Kalkulyator" layihəsinə görə "İlin Kreativ Komandası" nominasiyasında, 2014-cü və 2015-ci illərdə isə İlin ən yaxşı məhsulu ("Bölgə" tarifinə görə), İlin Telekommunikasiya Şirkəti (telekommunikasiya sahəsindəki nailiyyətlərə görə), İlin ən yaxşı Müştəri Xidməti (Müştəri Loyallığı İndeksinin ölçülməsinə dair layihəyə görə) nominasiyalarında Stevie mükafatına layiq görülüb.

 

 Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Startapımız beynəlxalq mükafata layiq görülüb

Startapımız beynəlxalq mükafata layiq görülüb

16-08-2016
Azercell beynəlxalq mükafata layiq görülüb

Azercell beynəlxalq mükafata layiq görülüb

27-08-2015
Azercell növbəti beynəlxalq mükafatı qazandı

Azercell növbəti beynəlxalq mükafatı qazandı

21-08-2018
Azercell-in uğurlu fəaliyyəti diqqət mərkəzində

Azercell-in uğurlu fəaliyyəti diqqət mərkəzində

11-01-2019
Azercell İlin Telekommunikasiya Şirkəti seçilib

Azercell İlin Telekommunikasiya Şirkəti seçilib

26-09-2019
Azercell daha bir uğura imza atdı

Azercell daha bir uğura imza atdı

26-03-2019
Azercell dünya işgüzar aləmində ən nüfuzlu mükafatlardan birinə layiq görülüb

Azercell dünya işgüzar aləmində ən nüfuzlu mükafatlardan birinə layiq görülüb

25-08-2023
Azercell-in prezidenti: “Əsas məqsədimiz rəqəmsal mühitə qoşulmanı asanlaşdırmaqdır”

Azercell-in prezidenti: “Əsas məqsədimiz rəqəmsal mühitə qoşulmanı asanlaşdırmaqdır”

20-12-2021
Barama İnnovasiya Mərkəzi yeni ofisini istifadəyə verdi

Barama İnnovasiya Mərkəzi yeni ofisini istifadəyə verdi

23-05-2019
Azercell nüfuzlu Oracle Innovation Award ilə təltif edildi

Azercell nüfuzlu Oracle Innovation Award ilə təltif edildi

13-02-2019
Azercell mükafata layiq görüldü

Azercell mükafata layiq görüldü

03-11-2015
“Azercell” “İlin telekommunikasiya Şirkəti” oldu

“Azercell” “İlin telekommunikasiya Şirkəti” oldu

21-12-2009
Azercell “İlin Mobil Operatoru” seçildi

Azercell “İlin Mobil Operatoru” seçildi

18-12-2015
“Azercell Telecom” STEVİE Beynəlxalq Biznes Mükafatlarının qızıl laureatı olub

“Azercell Telecom” STEVİE Beynəlxalq Biznes Mükafatlarının qızıl laureatı olub

19-08-2021
Ölkənin lider mobil operatoru iki qızıl mükafata layiq görüldü!

Ölkənin lider mobil operatoru iki qızıl mükafata layiq görüldü!

10-10-2024
Azercell beynəlxalq səviyyədə “İlin şirkəti” seçildi

Azercell beynəlxalq səviyyədə “İlin şirkəti” seçildi

15-09-2020
Barama ölkəmizi Seedstars-da təmsil edib

Barama ölkəmizi Seedstars-da təmsil edib

14-12-2017
İsrailin Azərbaycandakı səfiri Azercell-in Barama Mərkəzini ziyarət etdi

İsrailin Azərbaycandakı səfiri Azercell-in Barama Mərkəzini ziyarət etdi

31-05-2018
“Nar” “Stevie” mükafatına layiq görüldü

“Nar” “Stevie” mükafatına layiq görüldü

24-08-2023
“Nar” “Stevie” mükafatına layiq görüldü

“Nar” “Stevie” mükafatına layiq görüldü

24-08-2023
“Azercell” telekom sahəsinin lideri seçilib

“Azercell” telekom sahəsinin lideri seçilib

08-12-2010
 Azercell-in prezidenti qızıl medal aldı

Azercell-in prezidenti qızıl medal aldı

13-10-2017
Azercell beynəlxalq qurum tərəfindən mükafatlandırıldı

Azercell beynəlxalq qurum tərəfindən mükafatlandırıldı

11-07-2018
“Nar” nüfuzlu “Stevie” mükafatına layiq görülüb

“Nar” nüfuzlu “Stevie” mükafatına layiq görülüb

19-08-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə