“Visions of Azerbaijan” jurnalının yeni internet portalı hazırlanıb

01-01-2011 / 13:19

Cəmiyyətdən  verilən məlumata görə, artıq jurnalın www.visions.az internet ünvanı istifadəçilərə təqdim edilib.

İngilis dilli portalda Azərbaycan haqqında mühüm məlumatlarla birgə, ölkənin iqtisadiyyatı, tarixi, ədəbiyyatı, mədəniyyəti və incəsənəti, mətbəxi haqqında bölmələr var. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair Azərbaycanın haqlı mövqeyi haqqında faktlar və mütəxəssislərin dərin təhlilə əsaslanan məqalələri də saytda yerləşdirilib. Fotoqalereya bölməsində Azərbaycanı tanıtdıran nadir fotolar toplanıb. İstifadəçilər portalın arxivinə daxil olmaqla 2006-cı ildən bəri “Visions of Azerbaijan” jurnalında nəşr edilmiş məqalə və müsahibələrlə də tanış olo biləcəklər.

Qeyd edək ki, “Visions of Azerbaijan” jurnalı Avropa Azərbaycan Cəmiyyəti tərəfindən 2006-cı ildə təsis edilib. İki aydan bir ingilis dilində nəşr edilən jurnalın yaradıcılıq konsepsiyasının əsası Azərbaycanın dünyada tanıdılması və ölkə barədə akademik informasiya mənbələrinin yaradılmasına dəstək verməkdir. Jurnal Azərbaycan Hava Yollarının beynəlxalq uçuş reyslərində, dünyanın tanınmış elm və təhsil ocaqlarında, tədqiqat mərkəzlərində, həmçinin beynəlxalq təşkilatlarda və Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərində müntəzəm yayılır.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə