Previous Next
Bağla

NRYTN-nin beynəlxalq jurnalı təsir əmsalı indeksinə görə dünyada 10-cu yerə yüksəlib

02-07-2021 12:30
NRYTN-nin beynəlxalq jurnalı təsir əmsalı indeksinə görə dünyada 10-cu yerə yüksəlib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı Dövlət Universitetinin nəzdində olan Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutu və AMEA-nın təsisçiliyi ilə dərc edilən,"Web of Science" bazasının Q1 siyahısında yer alan “Applied and Computational Mathematics” (Tətbiqi və Hesablama Riyaziyyatı) beynəlxalq jurnalının təsir əmsalı (Impact Factor) 2.354-dən 3.898-ə qalxıb. 5 illik təsir əmsalı isə 2.752 olub. Dünyanın tanınmış universitet və elmi tədqiqat mərkəzlərində çalışan alimlər öz əsərlərində jurnalda nəşr olunan məqalələrə istinad edirlər. Bu istinadların sayı da jurnalın qeyd olunan reytinqini müəyyən edir.

Jurnal dünyada riyaziyyat, tətbiqi riyaziyyat kateqoriyası üzrə yer alan 265 beynəlxalq nəşr arasında 10-cu, Avropa İttifaqında isə 8-ci yerdə qərarlaşıb. MDB ölkələri sırasında isə jurnal öz liderliyini qoruyub saxlayır. Beynəlxalq elmi jurnalın redaksiya heyətinə dünyanın 20 ölkəsindən 38 görkəmli alim daxildir.

Bu günədək 51 nömrəsi çap edilən jurnalda dünyanın 50-dən çox ölkəsini təmsil edən müəlliflərin 500-dən artıq məqaləsi dərc olunub.

Qeyd edək ki, 2008-ci ildə jurnal “Thomson Reuters” agentliyinin (indiki Clarivate Analytics) “Science Citation Index Expanded” siyahısına daxil edilib. Bu təşkilatın illik hesabatına əsasən (2009 Journal Citation Reports) 2010-cu ildə Azərbayan elm tarixində ilk dəfə olaraq jurnal 0.633 təsir əmsalına layiq görülüb.

Jurnalda tətbiqi və hesablama riyaziyyatının müxtəlif sahələrinə aid yüksək səviyyəli, əsaslı rəydən keçmiş elmi məqalələr çap edilir. Nəşr olunduğu 19 il ərzində jurnal 50-dən çox ölkənin 250-dən artıq universitet və elmi müəssisəsi ilə mübadilə
həyata keçirib.

Qeyd edək ki, jurnalın fəxri redaktoru İllinois Universitetinin (ABŞ) professoru Tamer Başar, baş redaktorları – Bakı Dovlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunun direktoru, AMEA-nın Rəyasət Heyətinin üzvü, akademik Fikrət Əliyev, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun baş direktoru, akademik Əli Abbasov, Ukrayna MEA-nın Mexanika Problemləri İnstitutunun professoru Vladimir Larindir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Clarivate Analytics Agentliyi illik hesabatını açıqlayıb

Clarivate Analytics Agentliyi illik hesabatını açıqlayıb

28-06-2018
Nazir beynəlxalq jurnal əməkdaşlarını mükafatlandırıb

Nazir beynəlxalq jurnal əməkdaşlarını mükafatlandırıb

15-07-2017
Əli Abbasov  beynəlxalq elmi jurnalın redaksiya heyətinin üzvü seçilib

Əli Abbasov beynəlxalq elmi jurnalın redaksiya heyətinin üzvü seçilib

04-11-2015
Lütfi Zadənin 100 illiyinə həsr olunmuş beynəlxalq nəşr təqdim edilib

Lütfi Zadənin 100 illiyinə həsr olunmuş beynəlxalq nəşr təqdim edilib

08-03-2021
NRYTN-in dəstəyi ilə koronavirusa qarşı yeni nəşr həsr edilib

NRYTN-in dəstəyi ilə koronavirusa qarşı yeni nəşr həsr edilib

08-05-2020
Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Ümumi yığıncağının onlayn iclası keçirilib

Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Ümumi yığıncağının onlayn iclası keçirilib

21-07-2022
Azərbaycanda yeniyetmələr üçün ilk elmi kütləvi jurnal nəşr olunub

Azərbaycanda yeniyetmələr üçün ilk elmi kütləvi jurnal nəşr olunub

24-11-2009
İnformasiya Texnologiyaları İnstitutunun stendi nümayiş olunub

İnformasiya Texnologiyaları İnstitutunun stendi nümayiş olunub

28-04-2017
Azərbaycan aliminin məqaləsi “Soft Computing” jurnalında dərc olunub

Azərbaycan aliminin məqaləsi “Soft Computing” jurnalında dərc olunub

17-03-2023
Azərbaycanlı elmi işçisinin nüfuzlu “Applied Energy” jurnalı ilə əməkdaşlığı yüksək qiymətləndirilib

Azərbaycanlı elmi işçisinin nüfuzlu “Applied Energy” jurnalı ilə əməkdaşlığı yüksək qiymətləndirilib

11-04-2023
NRYTN Lütfi Zadənin 100 illiyinə həsr olunmuş konfrans keçirib

NRYTN Lütfi Zadənin 100 illiyinə həsr olunmuş konfrans keçirib

25-06-2021
SCOPUS Mükafatı Azərbaycan-2016 tədbiri keçirilib

SCOPUS Mükafatı Azərbaycan-2016 tədbiri keçirilib

26-01-2016
Dünya alimləri Bakıya toplaşıb

Dünya alimləri Bakıya toplaşıb

11-07-2018
İnformasiya Texnologiyaları İnstitutunun alimləri ABŞ universitetinin qiymətləndirmə siyahısına düşüb

İnformasiya Texnologiyaları İnstitutunun alimləri ABŞ universitetinin qiymətləndirmə siyahısına düşüb

15-11-2021
Akademik Əli Abbasov:”Festivalda sərgilənən PUA-nın real nümunəsinin hazırlanması üçün razılıq əldə olunub”

Akademik Əli Abbasov:”Festivalda sərgilənən PUA-nın real nümunəsinin hazırlanması üçün razılıq əldə olunub”

03-06-2022
“Sosial tədqiqatlar və süni intellekt” jurnalı təsis edilib

“Sosial tədqiqatlar və süni intellekt” jurnalı təsis edilib

26-05-2026
İnformasiya Texnologiyaları İnstitutunda son zamanlar həyata keçirilmiş işlərin təqdimatı olub

İnformasiya Texnologiyaları İnstitutunda son zamanlar həyata keçirilmiş işlərin təqdimatı olub

16-04-2012
“Azərbaycanda riyaziyyat fənninin tədrisi ilə bağlı  ciddi problemlər var”

“Azərbaycanda riyaziyyat fənninin tədrisi ilə bağlı ciddi problemlər var”

16-03-2018
Təhsil Nazirliyi Thomson Reuters-lə əməkdaşlıq müqaviləsi imzaladı

Təhsil Nazirliyi Thomson Reuters-lə əməkdaşlıq müqaviləsi imzaladı

22-12-2015
Kimya jurnalının saytı təqdim edildi

Kimya jurnalının saytı təqdim edildi

29-06-2017
“İKT-nin problemlərinin araşdırılması mühüm əhəmiyyət kəsb edir”

“İKT-nin problemlərinin araşdırılması mühüm əhəmiyyət kəsb edir”

14-10-2016
“Kibernetika və informatikanın problemləri” adlı konfrans keçirilir

“Kibernetika və informatikanın problemləri” adlı konfrans keçirilir

26-08-2025
“Akademik İbrahim İbrahimov Azərbaycanda riyaziyyat elmini dünya səviyyəsinə yüksəldən alimlərimizdəndir”

“Akademik İbrahim İbrahimov Azərbaycanda riyaziyyat elmini dünya səviyyəsinə yüksəldən alimlərimizdəndir”

30-06-2022
13-cü IOI konfransı keçirilib

13-cü IOI konfransı keçirilib

06-08-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə