Bu gün “Xalq kompüteri” layihəsinin başlanması ilə bağlı təntənəli mərasim keçiriləcək. Tədbirdə Azərbaycan Respublikası rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, təhsil naziri Misir Mərdanov, HP şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Rüfət Hacıəlibəyov, Microsoft Azərbaycan şirkətinin baş meneceri Teymur Axundov və digər dəvət olunmuş qonaqlar iştirak edəcək. Tədbirdə layihə ilə bağlı iştirak edən tərəflərin sənədin imzalanması da gözlənilir.
Layihə çərçivəsində əvvəlcə 5 tip kompüter və noutbukların güzəştli şərtlərlə təqdim olunması planlaşdırılır. “Xalq kompüteri” layihəsindən ilk olaraq orta məktəb müəllimləri yararlana biləcəklər.
Qeyd edək ki, layihənin ümumi konsepsiyası bir sıra mühüm dövlət proqramlarına, o cümlədən “Elektron Azərbaycan” Dövlət Proqramına və “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”-na tam uyğundur.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri