Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) rəisi general-leytenant İlqar Musayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Çinə işgüzar səfəri davam edir.
Xeberler.az XRİTDX-nin yaydığı məlumata istinadla xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti bulud həlləri üzrə dünya liderlərindən olan “Alibaba Cloud” şirkətinin Çinin Hanqjou şəhərində yerləşən baş ofisində olublar.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin nümayəndə heyəti ilə “Alibaba Cloud” şirkətinin prezidenti Selina Yuan və şirkətin əməkdaşları arasında görüş keçirilib. Görüşdə şirkətin mütəxəssisləri “Alibaba Cloud”un bulud həllərinin müxtəlif tətbiq istiqamətləri, bulud həllərində informasiya təhlükəsizliyi, məlumatların saxlanması, verilənlər bazası, süni intellekt həlləri, eləcə də, maye soyutmalı məlumat mərkəzlərinin qurulması təcrübələri haqqında ətraflı məlumat verib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, “Gartner” analitik şirkətinin məlumatına görə, “Alibaba Cloud” Çində və Asiya-Sakit okean regionunda ən böyük bulud hesablama şirkətidir. Belə ki, şirkət dünya üzrə 24-dən çox regionda və 74 əlçatanlıq zonasında məlumat mərkəzlərini idarə etməklə geniş müştəri spektrinə, o cümlədən dövlət qurumları, bütün ölçülərdə onlayn bizneslər və iri müəssisələrə bulud hesablama xidmətləri göstərir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri