Previous Next
Bağla

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti təhsil müəssələri ilə əməkdaşlığı genişləndirir

22-12-2023 13:16
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti təhsil müəssələri ilə əməkdaşlığı genişləndirir

Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) rəisi general-leytenant İlqar Musayev Xidmətin bir qrup əməkdaşları ilə birlikdə Bakı Biznes Universitetində olub. Xidmət rəisi və Universitetin rektoru Ulu Öndər Heydər Əliyevin büstü və şəhidlərimizin əziz xatirəsinə həsr edilmiş guşəyə gül dəstələri düzüblər.

Bakı Biznes Universitetinin rektoru professor İbad Abbasov qonaqları Universitetlə yaxından tanış edib, universitetdə tədris edilən ixtisaslar, informasiya texnologiyaları və kibertəhlükəsizliklə bağlı həyata keçirilən yeniliklər və layihələr barədə məlumat verib. XRİTDX-nın nümayəndələri Universitetin maddi-texniki bazası, burada fəaliyyət göstərən İKT laboratoriyaları, “İnformasiya texnologiyaları” kafedrası, real dərs mühiti, tələbələrin təhsil şəraiti, zəngin çeşidə malik müasir elektron kitabxanası ilə tanış olublar.

XRİTDX-nın rəisi ölkəmizdə kibertəhlükəsizlik strategiyasının əsas istiqamətləri, bu sahəyə dövlət dəstəyi, Xidmət tərəfindən həyata keçirilən innovativ layihələr və dövlət orqanlarına münasibətdə kibertəhlükəsizlik sahəsində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat vermişdir. Eləcə də İlqar Musayev qeyd etmişdir ki, ardıcıl həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində informasiya təhlükəsizliyi sahəsi yeni inkişaf mərhələsinə qədəm qoymuş və bu sahədə inkişaf sürətli templə davam edir. Xidmət rəisi ölkəmizdə kibertəhlükəsizlik sahəsində təhsilin inkişaf etdirilməsinə böyük diqqət verilməsi və bu sahədə kadr bazasının formalaşdırılması və daha da təkmilləşdirilməsini əsas məqsədlərdən biri olduğunu vurğulayıb.

Daha sonra Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Bakı Biznes Universiteti arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb. Əməkdaşlıq Memorandumunun tədris-elm-innovasiya infrastrukturundan qarşılıqlı faydalanmaqla yüksəkixtisaslı kadrların hazırlanması, kibertəhlükəsizlik və informasiya texnologiyaları sahələrində innovasiyayönümlü birgə fəaliyyətin həyata keçirilməsi, qarşılıqlı texnologiya, məlumat və təcrübə mübadiləsi məqsədilə həyata keçirilməsi qeyd olunub.

İmzalanma mərasimində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi general-leytenant İlqar Musayev, Bakı Biznes Universitetinin rektoru professor İbad Abbasov və hər iki tərəfdən nümayəndələr iştirak edib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Əməkdaşlıq memorandumu imzalanıb

22-12-2023

XRİTDX ilə BANM arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

13-06-2024

XRİTDX və Odlar Yurdu Universiteti əməkdaşlıq edəcək

19-03-2026

XRİTDX nümayəndə heyəti İsraildə səfərdədir

07-03-2023

Xüsusi Rabitə vXRİTDX ilə TÜBİTAK arasında əməkdaşlıq davam edir

25-01-2023

Azərbaycan kibertəhlükəsizlik sahəsində daha bir ölkə ilə əməkdaşlığa başladı

27-04-2023

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin nümayəndə heyətinin Türkiyəyə səfəri bitib

27-01-2023

XRİTDX Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutu arasında əməkdaşlığını davam etdirir

29-10-2023

Azərbaycan Rumıniya ilə 8 istiqamət üzrə birgə tədqiqatlar aparacaq

26-04-2023

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti AzTU ilə əməkdaşlığa başladı

05-11-2022

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Parlamentdə keçirilmişdir

07-05-2024

İlqar Musayev: Texniki fasilələr kibertəhlükəsizliyin önəmini göstərir

03-02-2026

Dövlət Xidmətində ötən ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib

19-02-2025

İlqar Musayev: Süni intellekt kibermüdafiyə strategiyamızı gücləndirmək imkanı verir

15-10-2024

Orduda informasiya təhlükəsizliyi müzakirə edilib

17-08-2023

Kibertəhlükəsizlik sahəsində fərqlənən tələbələr mükafatlandırılıb

07-07-2025

XRİTDX beynəlxalq sahədə əməkdaşlığı davam edir

20-12-2024

XRİTDX-də ilk yarımilin yekunlarına həsr olunmuş müşavirə keçirilib

22-07-2025

Dövlət Xidmətinin rəisi "Huawei" şirkətinin vitse-prezidenti ilə görüşüb

04-11-2023

Kibertəhlükəsizlik sahəsində istedadlı tələbələr mükafatlandırılıb

30-11-2024

İlqar Musayev: “Qlobal kibertəhlükəsizliyi gücləndirmək üçün kompleks yanaşılmalıdır”

25-09-2024

Dövlət qurumlarının kibertəhlükələrə dayanıqlılığı yoxlanılacaq

19-09-2024

Dövlət Xidmətində 2023-cü ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib

26-01-2024

Dövlət qurumlarında kibertəhlükəsizliklə bağlı kadr çatışmazlığı var

25-09-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə