Previous Next
Bağla

XRİTDX beynəlxalq tədbirdə iştirak edib

08-05-2025 17:34
XRİTDX beynəlxalq tədbirdə iştirak edib

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) nümayəndə heyəti 6-8 may tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində yerləşən Dubay Dünya Ticarət Mərkəzində kibertəhlükəsizlik sahəsində beynəlxalq miqyasda ən nüfuzlu platformalardan biri olan “GISEC Global 2025” tədbirində iştirak edir. Tədbir BƏƏ Kibertəhlükəsizlik Şurası, BƏƏ Daxili işlər Nazirliyi, Dubay Polisi və Dubay Elektron Təhlükəsizlik Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutur. 

Xeberler.az bildirir ki, 160 ölkədən 18000-dən artıq informasiya təhlükəsizliyi mütəxəssisi, hökumət rəsmiləri, informasiya təhlükəsizliyi üzrə rəhbər şəxslər və 750-dən çox nüfuzlu brendi bir araya gətirən “GISEC Global 2025”in keçirilməsinin əsas məqsədi kritik informasiya infrastrukturunun təhlükəsizliyi, kibertəhlükəsizlik sahəsində ən son tendensiyalar, generativ süni intellekt, kvant kriptoqrafiyası, eləcə də zərərli proqram təminatı, dipfeyk texnologiyası ilə həyata keçirilən dələduzduq və süni intellektlə idarə olunan fidyə proqramları (ransomware) kimi aktual kibertəhdidlərə qarşı mübarizə yollarının müzakirəsi, bu istiqamətdə əməkdaşlıq imkanlarının genişləndirilməsi və innovativ həllərin təşviq olunmasından ibarətdir.

Tədbir çərçivəsində XRİTDX-nin baş idarə rəisi general-mayor Azər Əhədov “Milli kiberdayanıqlılığın sürətləndirilməsi: Azərbaycanın kritik infrastrukturun təhlükəsizliyinin təmin edilməsinə yanaşması” mövzusunda çıxış edib. O, çıxışında bu sahədə beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Eləcə də A. Əhədov qeyd edib ki, ölkəmizdə kritik informasiya infrastrukturunun və onun tərkibinə daxil olan informasiya sistemlərinin, informasiya-kommunikasiya şəbəkələrinin və avtomatlaşdırılmış idarəetmə sistemlərinin təhlükəsizliyinin gücləndirilməsi məqsədilə ardıcıl və kompleks tədbirlər həyata keçirilir.

Həmçinin cari ilin 9-10 oktyabr tarixlərində XRİTDX və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə təşkilatçılığı ilə “Ağıllı şəhərlərdə kibermüharibə” mövzusuna həsr olunacaq “CIDC-2025” tədbirinin keçiriləcəyini “GISEC Global 2025” iştirakçılarının diqqətinə çatdırılıb.

Tədbir çərçivəsində XRİTDX nümayəndə heyəti ilə Birləşmiş Ərəb Əmirliklərinin Kibertəhlükəsizlik Şurasının sədri Məhəmməd Əl Küveyti arasında görüş keçirilmiş, ikitərəfli əməkdaşlıq istiqamətində qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunmuşdur.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərbaycan qlobal kibertəhlükəsizlik konfransında təmsil edilib

Azərbaycan qlobal kibertəhlükəsizlik konfransında təmsil edilib

16-03-2023
Azərbaycan “Regional Kibertəhlükəsizlik Həftəsi”də təmsil olunub

Azərbaycan “Regional Kibertəhlükəsizlik Həftəsi”də təmsil olunub

16-09-2025
 Dövlət Xidmətinin nümayəndələri “CyCon 2025”də iştirak edir

Dövlət Xidmətinin nümayəndələri “CyCon 2025”də iştirak edir

30-05-2025
Azercell “CIDC 2025: 2-ci Kibertəhlükəsizlik Konfransı”nın sponsorudur

Azercell “CIDC 2025: 2-ci Kibertəhlükəsizlik Konfransı”nın sponsorudur

06-10-2025
XRİTDX nümayəndə heyəti İsraildə səfərdədir

XRİTDX nümayəndə heyəti İsraildə səfərdədir

07-03-2023
XRİTDX beynəlxalq konfransda iştirak edib

XRİTDX beynəlxalq konfransda iştirak edib

30-10-2024
"120-dən artıq dövlət qurumu daxili informasiya təhlükəsizliyi təlimatını təsdiqləyib"

"120-dən artıq dövlət qurumu daxili informasiya təhlükəsizliyi təlimatını təsdiqləyib"

23-09-2023
Dövlət qurumlarının informasiya sistemləri mütəmadi audit və monitorinq edilir

Dövlət qurumlarının informasiya sistemləri mütəmadi audit və monitorinq edilir

19-09-2024
Azərbaycan OIC-CERT təşkilatının növbəti iclasında təmsil olunub

Azərbaycan OIC-CERT təşkilatının növbəti iclasında təmsil olunub

18-09-2025
“Hack The Future 2” təlimlərinə qeydiyyat başlayıb

“Hack The Future 2” təlimlərinə qeydiyyat başlayıb

13-08-2025
XRİTDX “Gənclərin Kibertəhlükəsizlik Forumu 2025”də fəal iştirak edib

XRİTDX “Gənclərin Kibertəhlükəsizlik Forumu 2025”də fəal iştirak edib

25-04-2025
Kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə Komissiyanın iclası keçirilib

Kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə Komissiyanın iclası keçirilib

16-01-2026
CIDC-2025 tədbirinin rəsmiləri kibertəhlükəsizlik sərgisi ilə tanış olublar

CIDC-2025 tədbirinin rəsmiləri kibertəhlükəsizlik sərgisi ilə tanış olublar

11-10-2025
İsveçrədə Qlobal Kibertəhlükəsizlik Konfransı keçirilib

İsveçrədə Qlobal Kibertəhlükəsizlik Konfransı keçirilib

02-12-2024
XRİTDX Buxarest Rəqəmsal İnnovasiyalar Sammitində iştirak edir

XRİTDX Buxarest Rəqəmsal İnnovasiyalar Sammitində iştirak edir

10-04-2025
Bakıda kibertəhlükəsizlik konfransı keçiriləcək

Bakıda kibertəhlükəsizlik konfransı keçiriləcək

06-05-2025
Azərbaycan “KazHackStan 2025”də təmsil olunub

Azərbaycan “KazHackStan 2025”də təmsil olunub

19-09-2025
Azercell-in komandası “CIDC-2025” yarışında böyük uğur qazanıb

Azercell-in komandası “CIDC-2025” yarışında böyük uğur qazanıb

13-10-2025
Azərbaycan BƏƏ-də "Kibertəhlükəsizlik həftəsi 2023"də təmsil olunub

Azərbaycan BƏƏ-də "Kibertəhlükəsizlik həftəsi 2023"də təmsil olunub

19-10-2023
Kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı komissiya yaradılıb

Kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı komissiya yaradılıb

21-07-2025
XRİTDX Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutu arasında əməkdaşlığını davam etdirir

XRİTDX Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutu arasında əməkdaşlığını davam etdirir

29-10-2023
XRİTDX “İnnovasiyalar və Süni İntellekt” Konfransında iştirak edib

XRİTDX “İnnovasiyalar və Süni İntellekt” Konfransında iştirak edib

03-10-2025
Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin nümayəndələri “Kibertəhlükəsizlik həftəsi”ndə iştirak edib

Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin nümayəndələri “Kibertəhlükəsizlik həftəsi”ndə iştirak edib

17-10-2023
Azərbaycan “Global CyberDrill 2025” tədbirində təmsil olunub

Azərbaycan “Global CyberDrill 2025” tədbirində təmsil olunub

12-05-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə