Yahoo Mail ən populyar poçt servisi kimi qalır

16-01-2009 / 11:56


  Yahoo Mail poçt servisinin populyarlığı ötən il ərzində 11% artıb. Bu barədə comScore şirkətinin yeni araşdırmalarında qeyd olunur. Belə ki, comScore-nin məlumatlarına əsasən, 2008-ci il ərzində servisin aylıq istifadəçi sayı 91,9 milyon nəfər olub.

  Siyahının ikinci və üçüncü pillələrində AOL Mail (46,6 milyon istifadəçi) və Hotmail (43,5 milyon istifadəçi) servisləri yer alıblar.

  Bununla yanaşı ən böyük artımı Google-un Gmail poçt servisi təqdim edib. Onun populyarlığı il ərzində 43% artaraq təxminən aylıq 29,6 milyon unikal istifadəçi təşkil edib, Cnews yazır.

 

xeberler.az/Ellada


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə