Gmail Yahoo və Microsoft hesablarını da dəstəkləyəcək

12-06-2015 / 10:05

Məşhur elektron poçt proqramı Gmail artıq Yahoo və Microsoft hesablarını da dəstəkləyəcək.

Gmail təhlükəsizlik və təqdim etdiyi xidmət baxımından ən çox seçilən elektron poçt xidmətləri arasında yer alır. Mobil platformlardakı tətbiqlərinə böyük dəstək verən Gmail, bu gün Android platformasındakı tətbiqini yenilənib. 

Yenilənən tətbiqdə performans xüsusiyyətlərindən əlavə, Yahoo Mail və Microsoftun mail platforması outlook.com-a olan dəstəkdə yer alır. İstifadəçilər artıq fərqli mail tətbiqləri yerinə yalnız Gmail üzərindən YahooMicrosoft maillərini də idarə edə biləcək.

Gmail yenilənməsi ilə gələn bu funksiya hələlik yalnız Android istifadəçiləri istifadə edə bilər. Önümüzdəki günlərdə xidmət sahəsini genişlədən Gmail-in bu yeniliyi digər platformalara da təqdim edəcəyi də gözlənilir.  

                                                                                   

      Ağasəf Haqverdiyev


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə