Yeni «Google» telefonu göstərildi

19-11-2010 / 12:34

Yeni smartfon Web 2.0 Summit konfransında çıxışı zamanı baş direktorun əlində olub.

Xeberler.az portalı \"Milli.az\" portalına istinadən xəbər verir ki, qurğunun rəsmi təqdimat mərasimi isə hələ təşkil olunmayıb. Bir qədər əvvəl KİV-lərdə onun \"Nexus S\" adlandırılacağı və \"Samsung\" korporasiyasının zavodlarında istehsal olunacağı haqqında xəbər gəzirdi. E. Şmidt yeni smartfonun NFC (Near Field Communication) məlumat ötürülməsi texnologiyasını dəstəkləyəcəyini bildirib. Telefonlarda NFS modulunun olması smartfonları ödəmə vasitəsi kimi istifadə etmək imkanı yaradacaq. \"Google\"un baş direktoru hesab edir ki, gələcəkdə sözügedən texnologiya bank kartlarını əvəz edə bilər. Həmçinin E. Şmidt \"Android\" platformasının yeni \"Gingerbread\" versiyası haqqında da danışıb. Onun sözlərinə görə, \"Google\" mobil platforması “bir neçə həftə ərzində yenilənəcək”. \"Gingerbread\" bazasında ilk smartfon məhz \"Nexus S\" olacağı gözlənilir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə