Google yeni telefonunu təqdim edəcək

16-07-2015 / 17:08

Google bu ildən Nexus telefonlarını istehsal edəcək.

Xəbərlər-in xarici sayta istinadən verdiyi məlumata görə, yeni Nexus əvvəlki versiyadan kiçik olacaq. Google açıqlamasında bildirib ki, əvvəlki Nexus 6 ekran böyüklüyünə görə problem yaratmışdı.

Huwaei şirkətinin istehsal edəcəyi Nexus telefonları metal korpusa malik olacaq. Ekran böyüklüyü isə 5.7 düym QuadHD olacaq. Nexus Androidin  ən son versiyası olan Android M əməliyyat sistemi ilə çalışacaq.

Şirkət başqa bir telefonunu isə LG şirkəti üzərindən istehsal edəcək. Telefon 5.2 düymlük FullHD ekran  8 nüvəli Snapdragon 808 prosessor və 2.700 mAh batareyadan ibarət olacaq.

Hər 2 telefonun 2016-cı ilin sonuna təqdim ediləcəyi gözlənilir.

 

İsmayıl İsmayılov


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə