«Azdatacom» şəbəkəsinin yaradılması işləri başa çatmaq üzrədir

25-08-2009 / 11:39

Elektron idarəetmə şəbəkəsinin yaradılması istiqamətində BMT-nin İnkişaf Proqramının və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin birgə həyata keçirdiyi “E-idarəçilik təşəbbüsü” layihəsi çərçivəsində respublikanın bütün bölgələrini əhatə edəcək “AzDataCom” şəbəkəsi qurulma işləri artıq yekunlaşmaq üzrədir.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən verilən məlumata əsasən artıq Ələt qəsəbəsinin, Salyan, Biləsuvar, Masallı, Lənkəran, Astara, Cəlilabad,Şirvan rayonlarının 10 Qiqabaytlıq trafik sürəti ilə IP MPLS \"AzDataCom\" magistral şəbəkəsinə qoşulması üzrə işlər başa çatdırılıb.

Məlumat üçün bildirək ki, bu şəbəkə 10 Gb/san. sürətlə ölkədaxili məlumat ötürülməsinə imkan verir. Bu imkanlardan elektron hökumət, distant təhsil, elektron kommersiya, biznesin məsafədən idarə olunması və s. sahələrdə istifadə edilir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə