Previous Next
Bağla

“Azərpoçt” MMC və Beynəlxalq Miqrasiya Təşkilatı nümayəndələri arasında görüş olub

21-06-2022 11:22
“Azərpoçt” MMC və Beynəlxalq Miqrasiya Təşkilatı nümayəndələri arasında görüş olub

Bakıda “Azərpoçt” MMC və BMT-nin Miqrasiya Agentliyi – Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələri arasında pulköçürmələri sahəsində təcrübə mübadiləsi məqsədilə görüş keçirilib.

Xeberler.az bildirir ki, respublikada daxili və beynəlxalq pulköçürmələri üzrə geniş imkanlara və istifadəçi bazasına malik olan “Azərpoçt”un rəsmiləri BMT təmsilçiləri ilə bu istiqamətdə öz təcrübələrini bölüşüblər.

Görüş “Azərpoçt” MMC-nin İdarə Heyətinin üzvü İsi Mustafayev və “Azərbaycanda pulköçürmələrinin sosial-iqtisadi təsirlərinin gücləndirilməsi” layihəsi üzrə tədqiqat qrupunun rəhbəri, beynəlxalq ekspert Anna Proxorovanın rəhbərliyi ilə keçirilib. İştirakçılar “Azərpoçt”da tətbiq olunan beynəlxalq pulköçürmələri sistemləri, xaricdən və əks istiqamətdə pul köçürənlərin sosial-demoqrafik kimliyi, pulköçürmə prosesinin rəqəmsallaşması kimi mövzularda müzakirə aparıblar. Görüşün sonunda gələcəkdə beynəlxalq pulköçürmələrinin iştirakçıları üçün ən yaxşı əməliyyat nümunələrinin (nağd və ya qeyri-nağd üsullar, eləcə də alternativ pulköçürmə sistemlərindən istifadə və s.) bölüşülməsi, müvafiq funksiyaların effektivliyi, pulköçürmələrinin rəqəmsallaşması istiqamətində növbəti müzakirələrin keçirilməsi barədə razılığa gəlinib.

Məlumat üçün bildirək ki, “Azərpoçt” MMC “Western Union”, “Ucuz Para Transferi”, “Zolotoya Korona”, STEFI kimi beynəlxalq sistemlər vasitəsilə dünyanın istənilən istiqamətinə pulköçürmələrini təmin edir.

 

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərpoçt Litva ilə əməkdaşlığa başlayıb

19-08-2015

“Azərpoçt”la “Naxçıvanpoçt” yeni əməkdaşlığa başlayır

20-11-2024

Azərpoçt MMC-nin beynəlxalq ödəniş kartları Türkiyədə dəstəklənəcək

27-09-2018

Azərbaycan Litva poçtu ilə pulköçürmə xəttini sınaqdan keçirir

07-08-2015

“Azərpoçt” Rusiyadan Azərbaycana pul köçürmələri üçün alternativ kanal təqdim edib

22-08-2022

Azərbaycanda xarici pulköçürmə şikətin fəaliyyəti dayandırıldı

26-12-2017

“Azərpoçt”-da elektron ticarətlə bağlı platforma hazırlanır

01-06-2015

Unibank öz pulköçürmə sistemini yaradıb

20-10-2016

Poçt şöbələrinin kompüterləşdirilməsi davam etdirilir

04-05-2015

"Azərpoçt" bayram günlərində 30 mindən çox məktub çatdırıb

29-03-2022

Türkiyənin ən sərfəli pul köçürmələri “Azərpoçt”da

21-04-2021

Dünyada əməkçi miqrantların pulköçürmələrinin artımı zəifləyəcək

15-04-2015

Sentyabrda “Azərpoçt”-a 1682 müraciət qeydə alınıb

09-10-2023

Azərbaycan və Gürcüstan poçt nümayəndələrinin görüşü baş tutub

14-05-2025

“Azərpoçt” IX Beynəlxalq Bankçılıq Forumu 2025-də təmsil olunub

20-11-2025

Nazir: “Türkiyə və Azərbaycan poçtu yeni layihələrə imza atacaq”

14-01-2021

Sistem yenilənməsi ilə əlaqədar “Azərpoçt” bazar günü iş vaxtını qısaldır

15-01-2022

“Azərpoçt” Türkiyədəki zəlzələ ilə bağlı AFAD-a edilən ianələrdən komissiya tutmayacaq

08-02-2023

Azərpoçt-dan pulsuz danışıq dəqiqələri qazanmaq imkanı

31-08-2016

“Azərpoçt” MMC vətəndaşlara səyyar xidmət göstərir

09-04-2020

“AzPost Mobile” tətbiqi istifadəyə verilib

05-09-2024

“Azərpoçt” vətəndaşlara göstərdiyi səyyar xidməti davam etdirir

06-05-2020

"Azərpoçt" bayram günlərində işləyəcək

05-03-2022

Azərbaycanda yeni ödəniş sistemi istifadəyə verilir

28-01-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə