Previous Next
Bağla

Nazir: “Türkiyə və Azərbaycan poçtu yeni layihələrə imza atacaq”

14-01-2021 16:03
Nazir: “Türkiyə və Azərbaycan poçtu yeni layihələrə imza atacaq”

Xeberler.az bildirir ki, Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə ilə Türkiyənin “Poçt və Teleqraf Təşkilatı”nın (PTT) Baş direktoru arasında görüş keçirilib. Nazir
Vətən müharibəsi dövründə göstərilən mənəvi və siyasi dəstəyə görə Türkiyə tərəfinə minnətdarlığını ifadə edib.

“Cənab Prezidentin tapşırığı ilə biz hazırda işğaldan azad olunmuş ərazilərdə infrastrukturun bərpasına başlamışıq” – deyən nazir artıq Füzuli rayonundan tarixi Şuşa şəhərinə 1-ci dərəcəli yolun çəkilişinə başlanıldığını diqqətə çatdırıb.

Ramin Quluzadə bildirib ki, bu layihəyə Türkiyə şirkətləri də cəlb olunub. Nazir qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə innovativ layihələrin həyata keçirilməsi nəzərdə tutulur və bu, ölkəmiz üçün böyük əhəmiyyət kəsb edir.

“Smart city” layihələrinin icrası ilə bağlı hazırda tərəfimizdən dünyanın aparıcı şirkətləri ilə danışıqlar aparılır və görüləcək işlər, təbii olaraq, adıçəkilən ərazilərdə poçt sahəsinin də daha müasir tələblərlə inkişafına təkan verəcək”.

Daha sonra tərəflər iki ölkə arasında poçt və maliyyə xidmətləri sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, o cümlədən “Azərpoçt” ilə PTT arasında imzalanacaq müqavilələr barədə fikir mübadiləsi aparıb.

Nazir qeyd edib ki, respublikamızın əlverişli coğrafi mövqeyi və həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan Avrasiya regionunda əsas nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilib. Nəticədə ölkələrarası elektron ticarət məhsullarının poçtla daşınması və çatdırılması sahəsində “Azərpoçt” MMC üçün də geniş imkanlar yaranıb.

“Məhz bu imkanlar çərçivəsində artıq 5 ildir Azərbaycan Poçtu elektron ticarət məhsullarının emalı və daşınmasına yönəlmiş regional tranzit poçt mərkəzi-HUB layihəsini həyata keçirir. Elektron ticarət məhsullarının “Azərpoçt”un Çindəki
tərəfdaşlarından qəbul edilərək Bakıya – Heydər Əliyev Beynəlxalq Aeroportunun Logistika Mərkəzinə çatdırılması və burada “Azərpoçt” tərəfindən beynəlxalq poçt kimi emal olunaraq müvafiq təyinat ölkəsinə göndərilməsi təşkil olunur. Bu layihənin icrası zamanı Türkiyə Poçtu “Azərpoçt”un əsas tərəfdaşlarından biri olub”.

Nazir iki ölkə arasında elektron poçt, ticarət və pulköçürmələri sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib. Qurumların bu gün imzalayacaqları sənədlər iki ölkə arasında daşınan poçt həcminin, mübadilə olunan pulköçürmələrinin artırılmasına şərait yaradacaq, eləcə də beynəlxalq e-ticarətin inkişafına töhfə verəcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərpoçt MMC-nin beynəlxalq ödəniş kartları Türkiyədə dəstəklənəcək

27-09-2018

“Azərpoçt”la Türkiyə Poçtu müqavilələr imzaladı

15-01-2021

Azərpoçt e-ticarətlə bağlı yenilik edəcək

05-12-2017

Azərpoçt Rusiya poçtu ilə memorandum imzalayıb

07-12-2018

Nazir Ramin Quluzadə ilə ICESCO-nun Baş direktoru arasında görüş keçirilib

14-01-2021

“Azərpoçt” MMC-nin Baş direktoru PTT rəhbəri ilə onlayn görüş keçirib

14-04-2021

Ramin Quluzadə Özbəkistanın İnvestisiyalar və Xarici Ticarət naziri ilə görüşüb

15-10-2019

Ramin Quluzadə “Alibaba Group” şirkətinin nümayəndələri ilə görüşüb

01-09-2020

“Azərpoçt” MMC-nin Baş direktoru Latviya poçtunun rəhbəri ilə görüş keçirib

19-08-2021

Türkiyənin ən sərfəli pul köçürmələri “Azərpoçt”da

21-04-2021

Ramin Quluzadə Rumıniyanın Baş nazirinin müavini ilə görüşüb

17-03-2018

Azərbaycan-Avropa İttifaqı biznes-forumu keçirilib

05-06-2018

Ramin Quluzadə İranın rabitə və informasiya texnologiyaları naziri ilə görüşüb

29-12-2016

Nazir Ramin Quluzadə Böyük Britaniyanın ölkəmizdəki səfiri ilə görüşüb

01-12-2020

4-cü Azərbaycan-Belarus Biznes Forumu keçirilib

06-12-2018

Elektron imzaların qarşılıqlı tanınması ilə bağlı işlər aparılır

06-06-2018

Bakıda Koreya Dövlətinin Yaranması Günü münasibətilə tədbir keçirilib

09-10-2019

Ramin Quluzadə Avstriyanın vitse-kansleri ilə görüşüb

19-09-2018

Bakı Beynəlxalq Elektron Ticarət Forumu öz işini yekunlaşdırıb

25-09-2018

Azərbaycan və Rusiya arasında İKT və nəqliyyat sahələrində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib

27-11-2018

Nazir İran səfirinə Ermənistanın təcavüzkar siyasətindən danışıb

23-10-2020

“Azərpoçt” və “Silk Way West Airlines” memorandum imzalayıblar

17-11-2025

Elektron ticarətdə elektron identifikasiyanın tətbiqi ilə bağlı dəyirmi masa keçirilib

01-12-2018

Azərbaycanla Özbəkistan sənaye parkları sahəsində əməkdaşlıq edə bilər

22-08-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə