Previous Next
Bağla

“Azərpoçt” və “PostEurop” poçtun inkişaf perspektivlərini müzakirə edib

09-10-2026 17:32
“Azərpoçt” və “PostEurop” poçtun inkişaf perspektivlərini müzakirə edib

AZCON Holding şirkətlərindən olan “Azərpoçt” MMC-nin İdarə Heyəti sədri v.i.e. Manaf Babayev şirkətin rəhbər heyətinin üzvləri ilə birlikdə Bakıda keçirilən “PostEurop” Baş Assambleyası və Biznes Forumu çərçivəsində “PostEurop”un Baş katibi Botond Szebeny və təşkilatın İdarə Heyətinin sədri Elena Fernandez-Rodriguez ilə görüşüb.

Xeberler.az bildirir ki, görüşdə sürətlə dəyişən qlobal mühitdə poçt operatorlarının dayanıqlılığının qorunması və müştərilərin ehtiyaclarına uyğun xidmətlərin göstərilməsi müzakirə olunub. Fəaliyyətin fasiləsizliyi, transsərhəd ticarət və logistikadakı dəyişikliklər, xidmətlərin əlçatanlığı və iqtisadi səmərəlilik kimi mövzular diqqət mərkəzində olub.

Belə ki, poçt operatorlarının ənənəvi rolunun genişlənməsi bu məsələlərin əhəmiyyətini daha da artırır. Elektron ticarətin sürətli inkişafı, texnoloji yeniliklər, gömrük qaydalarındakı dəyişikliklər və müştəri gözləntilərinin artması poçt sektorunun fəaliyyət modelini əhəmiyyətli dərəcədə dəyişir. Bu proses poçt şəbəkələrinin logistika, maliyyə və rəqəmsal xidmətlər sahələrində imkanlarını genişləndirməsi üçün münbit şərait yaradır.

“Azərpoçt”un transformasiyası şirkətin daxil olduğu rəqəmsal ekosistemin fəaliyyəti ilə sıx əlaqəlidir. Əsas diqqət “Azərpoçt”un ölkə üzrə geniş şəbəkəsinin, müştəri əhatəsinin və mövcud imkanlarının rəqəmsal ekosistemin digər xidmətləri ilə qarşılıqlı əlaqədə inkişafına yönəlir. Bu çərçivədə poçt xidmətlərinin telekommunikasiya, bağlantı və rəqəmsal platformalarla bir-birini tamamlaması nəzərdə tutulur.

Görüşdə beynəlxalq təcrübə ətrafında fikir mübadiləsi aparılıb. “PostEurop” ilə əməkdaşlığın “Azərpoçt”un əməliyyat dayanıqlılığının gücləndirilməsində, xidmət keyfiyyətinin və əlçatanlığının artırılmasında, eləcə də uzunmüddətli inkişafının təmin olunmasında rolu müzakirə olunub.

Qeyd edək ki, “Azərpoçt”un ev sahibliyi ilə 7–8 oktyabr 2026-cı il tarixlərində Bakıda keçirilən “PostEurop” Baş Assambleyası və Biznes Forumu Avropanın poçt operatorlarını, beynəlxalq təşkilatların nümayəndələrini və sektorun aparıcı təmsilçilərini bir araya gətirib. Tədbirin gündəliyində poçt sektorunun strateji prioritetləri, əməliyyat dayanıqlılığı və xidmətlərin gələcək inkişaf istiqamətləri yer alıb.

 

 
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
“Azərpoçt” : Poçt sektoru görünməmiş transformasiya dövründən keçir

“Azərpoçt” : Poçt sektoru görünməmiş transformasiya dövründən keçir

07-10-2026
Azərbaycan nümayəndə heyəti “PostEurop” təşkilatının rəsmiləri ilə görüşüb

Azərbaycan nümayəndə heyəti “PostEurop” təşkilatının rəsmiləri ilə görüşüb

17-09-2025
“Azərpoçt” Xidmət Keyfiyyəti Fondunun İdarə Heyətinin 95-ci iclasına ev sahibliyi edir

“Azərpoçt” Xidmət Keyfiyyəti Fondunun İdarə Heyətinin 95-ci iclasına ev sahibliyi edir

16-07-2026
“Azərpoçt”un nümayəndə heyəti Almaniyada işgüzar səfərdə olub

“Azərpoçt”un nümayəndə heyəti Almaniyada işgüzar səfərdə olub

28-11-2025
“Azərpoçt”da Çin nümayəndə heyəti ilə görüş keçirilib

“Azərpoçt”da Çin nümayəndə heyəti ilə görüş keçirilib

30-07-2026
“Azexport.az” portalı və “Azərpoçt” MMC əməkdaşlığı genişləndirir

“Azexport.az” portalı və “Azərpoçt” MMC əməkdaşlığı genişləndirir

05-04-2021
"Azərpoçt"a yeni rəhbər təyin olunub

"Azərpoçt"a yeni rəhbər təyin olunub

20-04-2026
“Azərpoçt” MMC-nin Baş direktoru Latviya poçtunun rəhbəri ilə görüş  keçirib

“Azərpoçt” MMC-nin Baş direktoru Latviya poçtunun rəhbəri ilə görüş keçirib

19-08-2021
Azərbaycan və Gürcüstan poçt nümayəndələrinin görüşü baş tutub

Azərbaycan və Gürcüstan poçt nümayəndələrinin görüşü baş tutub

14-05-2025
Bakıda Avropa və MDB Poçt Liderlərinin I Forumu keçiriləcək

Bakıda Avropa və MDB Poçt Liderlərinin I Forumu keçiriləcək

12-05-2025
“Azərpoçt” “ISO 9001:2015” sertifikatı alıb

“Azərpoçt” “ISO 9001:2015” sertifikatı alıb

16-12-2025
“Poçt liderləri forumu” çərçivəsində “Azərpoçt”da növbəti görüş olub

“Poçt liderləri forumu” çərçivəsində “Azərpoçt”da növbəti görüş olub

14-05-2025
“Azərpoçt” IX Beynəlxalq Bankçılıq Forumu 2025-də təmsil olunub

“Azərpoçt” IX Beynəlxalq Bankçılıq Forumu 2025-də təmsil olunub

20-11-2025
ÜPİ ilə İKTA arasında əməkdaşlıq imkanları müzakirə edilib

ÜPİ ilə İKTA arasında əməkdaşlıq imkanları müzakirə edilib

13-05-2025
ÜPİ-nin Regional Strateji Forumunda “Azərpoçt” təmsil olunub

ÜPİ-nin Regional Strateji Forumunda “Azərpoçt” təmsil olunub

18-09-2024
“Azərpoçt”: Ötən il ərzində üç rəqəmsal layihə təqdim edilib

“Azərpoçt”: Ötən il ərzində üç rəqəmsal layihə təqdim edilib

07-02-2025
Azercell məhsulları artıq Azərpoçt məntəqələrində!

Azercell məhsulları artıq Azərpoçt məntəqələrində!

20-06-2022
Azercell-in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Azercell-in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

06-10-2026
“Azərpoçt” “Boston 2026” Dünya Filateliya Sərgisində təmsil olunub

“Azərpoçt” “Boston 2026” Dünya Filateliya Sərgisində təmsil olunub

11-06-2026
“Azərpoçt” media ilə əməkdaşlığı inkişaf etdirir

“Azərpoçt” media ilə əməkdaşlığı inkişaf etdirir

09-10-2025
Bakıda keçirilən “Poçt Liderləri Forumu” başa çatıb

Bakıda keçirilən “Poçt Liderləri Forumu” başa çatıb

15-05-2025
“Azərpoçt” və “Expressbank” Agent Bankçılıq layihəsinə start verib

“Azərpoçt” və “Expressbank” Agent Bankçılıq layihəsinə start verib

21-01-2026
Polşa poçtunun nümayəndələri Azərpoçt MMC-də olublar

Polşa poçtunun nümayəndələri Azərpoçt MMC-də olublar

07-06-2018
“Azərpoçt” MMC “Azercell”in bürünc sertifikatlı rəsmi dileri statusu alıb

“Azərpoçt” MMC “Azercell”in bürünc sertifikatlı rəsmi dileri statusu alıb

27-01-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə