Previous Next
Bağla

“Azərpoçt” “Boston 2026” Dünya Filateliya Sərgisində təmsil olunub

11-06-2026 14:38
“Azərpoçt” “Boston 2026” Dünya Filateliya Sərgisində təmsil olunub

AZCON Holding şirkətlərindən olan “Azərpoçt” MMC 23 – 30 may 2026-cı il tarixlərində Amerika Birləşmiş Ştatlarının Boston şəhərində keçirilən “Boston 2026” Dünya Filateliya Sərgisində təmsil olunub.

Xeberler.az məlumat verir ki, sərgi çərçivəsində Ümumdünya Poçt İttifaqı (ÜPİ) tərəfindən “Filateliyada idarəetmə, təhlükəsizlik və inkişafın yeni yanaşmaları” mövzusunda konfrans və işgüzar görüşlər təşkil edilib. Tədbirlər zamanı qanunsuz poçt markası emissiyalarının qarşısının alınması, poçt operatorlarının gəlir dayanıqlığının qorunması, Azərbaycan poçt markalarının Beynəlxalq Rəsmi Nömrələmə Sistemində (The WADP Numbering System – WNS) qeydiyyatı, rəqəmsal filateliya həlləri, e-kommersiya imkanları və filateliya biznesinin inkişafı ilə bağlı məsələlər müzakirə olunub.

Konfransın açılış nitqi ilə çıxış edən “Azərpoçt” MMC-nin Marka şöbəsinin müdiri, Ümumdünya Filateliyanın İnkişafı Assosiasiyasının prezidenti Sitarə Hüseynova qanunsuz marka emissiyalarına nəzarətin gücləndirilməsi, poçt operatorlarının kommersiya maraqlarının qorunması və “WNS” platformasının filateliya sahəsində yaratdığı yeni imkanlardan bəhs edib.

O bildirib ki, “WNS” platforması poçt markalarının sistemli şəkildə toplanması, rəsmi “e-shop” səhifələrinə inteqrasiya imkanlarının yaradılması və rəqəmsal filateliya irsinin idarə olunması baxımından mühüm əhəmiyyət daşıyır.

Həmçinin tədbir zamanı “Azərpoçt” MMC-nin bu istiqamətdə həyata keçirdiyi fəaliyyətlər barədə məlumat təqdim olunub, “WNS” platformasının Azərbaycanda təşviqi, filatelistlər, dilerlər və poçt operatorları arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi məsələləri diqqətə çatdırılıb.

Sərgi günlərində “Azərpoçt” MMC tərəfindən son iki il ərzində dövriyyəyə buraxılmış poçt markaları nümayiş etdirilib və beynəlxalq iştirakçılar tərəfindən maraqla qarşılanıb.

“Azərpoçt” MMC-nin beynəlxalq filateliya platformalarında iştirakı Azərbaycanın poçt markalarının beynəlxalq səviyyədə tanıdılması, filateliya sahəsində əməkdaşlığın genişləndirilməsi və poçt məhsullarının təhlükəsizliyinin təşviqi baxımından mühüm əhəmiyyət daşıyır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycan markaları “DUBAI 2026” sərgisində nümayiş etdirilib

20-02-2026

“Azərpoçt”un əməkdaşı regional qurumda vəzifəyə təyin olunub

02-07-2025

Azərbaycan “Avropa Poçtu Filateliya Forumu 2025”də təmsil olunub

11-06-2025

Azərpoçt AXC-nin buraxdığı markaları “WNS” ilə qeydiyyatdan keçirib

28-10-2025

Ucal Haqverdiyevə həsr olunan poçt markası dövriyyəyə buraxılıb

21-06-2025

İndiyədək 11 mindən çox poçt markası nəşr olunub

15-07-2017

Bakıfilekspo V Milli Filateliya sərgisi keçiriləcək

05-11-2018

BakıFilEkspo V Milli Filateliya sərgisi işə başlayıb

08-11-2018

Azərmarka beynəlxalq sərgilərdə mükafatlara layiq görülüb

23-10-2009

“Poçt liderləri forumu” çərçivəsində “Azərpoçt”da növbəti görüş olub

14-05-2025

“Azərpoçt” Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü münasibətilə poçt markası hazırlayıb

05-06-2026

ADR – 100 adlı poçt bloku beynəlxalq sərginin qran-prisini alıb

26-12-2019

ÜPİ-nin Regional Strateji Forumunda “Azərpoçt” təmsil olunub

18-09-2024

"Azərpoçt" ötən ilin yekunlarına dair brifinq keçirib

07-02-2025

“Azərpoçt” IX Beynəlxalq Bankçılıq Forumu 2025-də təmsil olunub

20-11-2025

“Azərpoçt” Ümumdünya Poçt İttifaqının seminarında təmsil olunub

27-11-2024

“Azərpoçt” MMC daha bir beynəlxalq səviyyəli sertifikata layiq görüldü

14-05-2020

ADPU-nun 100 illik yubileyinə həsr olunmuş poçt markası dövriyyəyə buraxılıb

23-12-2021

“Azərpoçt” MMC-nin Baş direktoru Latviya poçtunun rəhbəri ilə görüş keçirib

19-08-2021

Azərbaycan markası “WOPA+”da ilin ötən ən yaxşı markası kimi paylaşılıb

14-01-2026

"Azərpoçt"da yeni şöbə yaradılıb

22-09-2021

Azərbaycan Ümumdünya Poçt İttifaqının 28-ci Konqresində təmsil olunacaq

10-06-2025

Azərpoçt: 200-dən çox Şəxsi poçt markası sifariş olunub

01-04-2019

"Qlobal yük emissiyalarına təsir etmək üçün poçt şəbəkələrindən istifadə" yan tədbiri təşkil olunub

15-11-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə